İnfrastruktur layihələri neft
və qaz hasilatının
artırılmasına imkan yaradır
Ölkəmizin
neft-qaz sənayesinin infrastruktur imkanları getdikcə
yaxşılaşdırılır, dənizdə və quruda
yeni-yeni obyektlər inşa olunur. Prezident İlham Əliyevin
böyük diqqət və qayğısı, ölkəmizin
neft strategiyası çərçivəsində
reallaşdırılan iri miqyaslı işlərlə şəxsən
maraqlanması nəzərdə tutulan bütün layihələrin
vaxtında və yüksək keyfiyyətlə icra
olunmasını sürətləndirir. Məhz bunun nəticəsidir
ki, son illər Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi,
yeni obyektlərin tikintisi ilə bağlı işlər xeyli
intensivləşmişdir.
Neft sənayesi üzrə mühüm infrastruktur layihələrinin böyük bir hissəsi isə ARDNŞ-in "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir. Trestin inşaatçıları Azərbaycanın neft-qaz sektorunda mühüm əhəmiyyətə malik "Neft Daşları" və "Günəşli" yataqlarında nəhəng tikinti-quraşdırma işlərinin reallaşdırılmasında müstəsna rol oynayırlar. Məhz onların səyi ilə ötən illərdə Xəzər dənizinin Azərbaycan sektorunda saysız-hesabsız özüllər inşa olunmuş, neft və qaz ehtiyatlarının sahilə nəqlinə imkan yaradan minlərlə kilometr sualtı boru kəmərləri, eləcə də çoxsaylı sosial obyektlər tikilib istifadəyə verilmişdir. Elə qurudakı neft-qaz infrastrukturu obyektlərinin də böyük əksəriyyəti trest inşaatçılarının gərgin və səmərəli fəaliyyətinin nəticəsidir.
Bu baxımdan 2011-ci ilin ötən dövrü də inşaatçılar üçün əmək nailiyyətləri ilə zəngin bir dövr olmuşdur. Belə ki, ilin əvvəlindən etibarən "Günəşli" və "Neft Daşları" yataqlarında, eləcə də Qum adası, Pirallahı və Çilov adası ətrafında, Səngəçal-Duvannı ərazisində və digər yerlərdə çalışan fədakar inşaatçılar çoxsaylı hidrotexniki qurğuların tikintisi sahəsində yeni-yeni nailiyyətlərə imza atmışlar. Məhz onların gərgin əməyi sayəsində Xəzər dənizində dayaq bloklarının, estakadaların, estakadayanı meydançaların, neft-mədən qurğularının, qaz-kompressor stansiyalarının, yeraltı qazsaxlama anbarlarının inşası və ya yenidən qurulması, sualtı və yerüstü boru kəmərlərinin, rezervuarların, mədən-məişət və sosial obyektlərin tikintisi və təmiri sahəsində geniş miqyaslı işlər görülmüşdür. Bundan əlavə, inşaatçılar "Azəriqaz" və "Azərkimya" istehsalat birliklərinin sifarişi ilə magistral qaz xətlərinin təmiri və çəkilişi, eyni zamanda, quruda fəaliyyət göstərən bütün neft və qazçıxarma idarələri tərəfindən verilən sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsində xüsusi əzmkarlıq göstərmişlər.
"Neftqaztikinti" Tresti tərəfindən 2011-ci ildə podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə yanaşı, ARDNŞ rəhbərliyinin iştirakı ilə "Azneft" və "Azəriqaz" istehsalat birliklərinin müəssisələrində keçirilmiş texniki müşavirələrdə, tədbirlər proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Hazırda ARDNŞ-in təsdiq olunmuş tədbirlər proqramında nəzərdə tutulan nəhəng kompleks tikinti-təmir və yenidənqurma işləri uğurla yerinə yetirilməkdədir. ARDNŞ rəhbərliyinin iştirakı ilə keçirilmiş istehsalat müşavirələrində işlənməkdə olan ən böyük ehtiyata və məhsuldarlığa malik "Günəşli" yatağında neft və qaz hasilatının artırılması məqsədilə dərin dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan qazın itkisiz sahilə nəqlinin etibarlı sisteminin qurulması, neft və qaz kəmərlərinin təmir-tikintisi işləri də trestə həvalə olunmuşdur. Hazırda kollektiv tapşırılan işlərin vaxtında yerinə yetirilməsi məqsədilə kadr və texniki heyətin potensialından, maşın və mexanizmlərdən maksimum istifadə etməklə, böyük istehsalat nəticələrinə nail olmaq üçün daha böyük səylə çalışır.
2010-cu il "Neftqaztikinti"
Trestinin tarixində yeni bir səhifə
açmışdır. Belə
ki, il
ərzində inşaatçılar
ölkənin neft-qaz təsərrüfatına aid onlarca
istehsalat obyektinin tikintisini vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşlar.
"Səngəçal baş"
qurğuları - Qazıməmməd
kompressor stansiyası arası 47 kilometr uzunluğunda olan 1000 millimetrlik magistral qaz kəmərinin tikintisi", "Qalmaz yeraltı qazsaxlama anbarına gedən 21 kilometrlik qaz kəməri qolunun tikintisi", "Qalmaz yeraltı qazsaxlama anbarında 2 saylı kompressor stansiyasının
yenidən qurulması"
layihələrinin uğurla
başa çatdırılması
ölkəmizin qaz təsərrüfatının infrastruktur
imkanlarını xeyli
dərəcədə genişləndirmişdir.
Bundan əlavə,
"Günəşli" yatağında 11 saylı
dərin dəniz özülünün genişləndirilməsi
və bərpası, buradakı 15 saylı özülün əlavə
iki quyunun qazılması üçün
genişləndirilməsi, "Neft Daşları" yatağında 12 istismar quyunun qazılmasına şərait yaradan 2521 saylı özülün tikintisi, "Şimal qırışığı" yatağında 14 istismar quyusunun qazıntısı,
nəzərdə tutulan
110 saylı stasionar dəniz özülünün
inşası, eləcə
də "Darvin bankəsi" yatağında
20 quyunun qazıntısına
imkan yaradan 620 saylı özülün tikilib istismara buraxılmasını neft
sənayesinə verilən
mühüm töhfə
kimi dəyərləndirmək
olar. Ötən il inşaatçılar
ayrı-ayrı sahələrdə
bir sıra hidrotexniki qurğuların
və sosial obyektlərin təmiri və tikintisi sahəsində də xeyli iş görmüşlər.
Ənənəyə sadiq qalan inşaatçılar
2011-ci ilin ötən
dövründə də
yeni uğurlara imza atmışlar. Məhz onların
səyi ilə bir neçə mühüm obyektdə tikinti-quraşdırma işlərini
nəzərdə tutulmuş
vaxtda başa çatdırmaq mümkün
olmuşdur. Neft Daşları qəsəbəsində
dəniz suyunu şirinləşdirən əks-osmos
təmizləyici qurğunun
və buradakı 32 A saylı paylayıcı qurğunun inşası, eləcə də N.Nərimanov adına
NQÇİ üçün meydanlararası estakada sahəsinin əsaslı təmiri məhz "Neftqaztikinti" Tresti inşaatçılarının gərgin əməyinin nəticəsidir. Cari ilin
ilk rübündə "Günəşli"
yatağındakı 2 və
4 saylı dərin dəniz özüllərinin
kompleks əsaslı təmiri" layihəsinin
vaxtında və keyfiyyətlə başa çatdırılması burada
neft hasilatının sabit saxlanması istiqamətində reallaşdırılan
mühüm işlərdəndir.
Bundan əlavə, kollektiv "Bibiheybətneft"
NQÇİ-nin sifarişi
ilə 4 saylı neft-qazçıxarma sexi üzrə lay məhsullarının yığım-nəql
sisteminin tikintisi və sahənin abadlaşdırılması işlərinin
birinci növbəsini
də uğurla başa çatdırmağa
müvəffəq olmuşdur.
Məlum olduğu kimi, hazırda ölkəmizdə
mühüm qaz proqramı həyata keçirilir. Dövlət qaz proqramının
kompleks şəkildə
inkişaf etdirilməsinə
və regionların qaz təsərrüfatı
infrastrukturunun müasir
standartlara uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına
əsasən mühüm
tədbirlərin görülməsi
və bir çox dövlət əhəmiyyətli obyektlərin
tikintisi "Neftqaztikinti"
Trestinə həvalə
olunmuşdur. "Astara kompressor stansiyasının genişləndirilməsi"
obyektinin dövlət
əhəmiyyəti nəzərə
alınaraq trest rəhbərliyi tərəfindən
işlərin intensiv aparılmasının təşkili
məqsədilə müvafiq
tədbirlər görülmüş
və operativ şəkildə tikinti-quraşdırma
işlərinə başlanılmışdır.
"Neftqaztikinti" Tresti işçilərinin
fədakar əməyi
nəticəsində qısa
müddət ərzində
genişmiqyaslı tikinti-quraşdırma
tədbirləri həyata
keçirilir və inşaat işləri beynəlxalq standartların
tələblərinə uyğun
olaraq başa çatdırılmışdır. Obyekt cari ilin mart ayında Dövlət Qəbul Komissiyası tərəfindən istismara
qəbul olunmuşdur.
Yeri gəlmişkən,
aprelin 15-də dövlət
başçısı İlham
Əliyev Astara rayonuna səfəri zamanı ölkəmizin qaz təsərrüfatı
üçün son dərəcə
mühüm əhəmiyyət
daşıyan bu obyektin açılışında
iştirak etmiş, stansiyanın iş prinsipi ilə tanış olmuşdur.
Hazırda ölkənin neft-kimya kompleksinin işi də günün tələbləri səviyyəsində
yenidən qurulur. Bu məqsədlə yeni infrastruktur obyektləri inşa olunur, bir sıra təmir-bərpa
və yenidənqurma işləri aparılır.
Heydər Əliyev adına Bakı
Neft Emalı Zavodu ilə "Azərkimya" İstehsalat
Birliyinin Etilen-Propilen zavodunu birləşdirən
quru qaz və nafta (iki xətt) kəmərinin tikintisi
"Neftqaztikinti" Trestinə
həvalə olunmuşdur.
İnşaatçılar qısa
müddət ərzində
55,2 kilometrlik qaz xəttinin tikintisini başa çatdıraraq istismara verməyə müvəffəq
olmuşlar.
Cari ilin ötən aylarında trest tərəfindən neftçilərin mədəni-məişət
və sosial şəraitinin yaxşılaşdırılması
məqsədilə bir
çox sosial obyektlərdə tikinti və təmir işləri yerinə yetirilmişdir. Belə ki, ötən müddətdə "Günəşli"
yatağındakı 4,8
və 10 saylı dərin dəniz özüllərinin yaşayış
bloklarında yüksək
səviyyədə təmir-tikinti
işləri aparılaraq
neftçilərin istifadəsinə
verilmişdir. Hazırda isə
Neft Daşlarında yataqxana kompleksinin doqquz mərtəbəli korpusunun müasir tələblər səviyyəsində
təmiri davam etdirilir və yaxın vaxtlarda obyektin neftçilərin sərəncamına verilməsi
planlaşdırılır.
Dövlət Neft Şirkəti tərəfindən təsdiq
olunmuş podrat işləri proqramının
yerinə yetirilməsi
və neft-qazçıxarma
idarələrində keçirilmiş
texniki müşavirələrdə
qarşıya qoyulmuş
vəzifələrin öhdəsindən
layiqincə gəlməyə
çalışan inşaatçılar
hazırda bir sıra mühüm layihələr üzərində
işləyirlər. "Günəşli"
yatağında bir sıra infrastruktur layihələri, "Neft Daşlarında yeni estakadanın tikintisi,
"Bahar", "Darvin
bankəsi", "Səngəçal-Dəniz",
eləcə də
"Neft Daşları"
yataqlarında yeni özüllərin inşası
və mövcud obyektlərin genişləndirilməsi
işləri məhz bu qəbildəndir. Bundan əlavə, ölkənin
qaz təsərrüfatında
mühüm əhəmiyyət
kəsb edən "Qalmaz" yeraltı qazsaxlama anbarında quyulara qazın vurulması üçün
tələb olunan yeni paylama məntəqəsinin
tikintisi də sürətlə davam etdirilir. Bütövlükdə
isə cari ilin birinci rübü
ərzində "Neftqaztikinti"
Trestinin inşaatçıları
tərəfindən 11,6 kilometr
sualtı, quruda 101,4 kilometr, eləcə də estakada və özüllərdə
8,2 kilometr uzunluğunda
müxtəlif diametrli
neft-qaz kəmərləri
və 95,1 kilometrlik yüksək gərginlikli
elektrik ötürücü
xətləri çəkilmişdir.
Bütün bu işlər
isə, öz növbəsində, neft və qaz hasilatının
artırılması üçün
yaxşı imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 1.