"Azərbaycan
milli mətbəxinin əziz və ləziz
Şəki xörəkləri"
Hacı
Cabir Xəlifəzadəni cavan vaxtlarından tanıyıram.
Olduqca mehriban, işgüzar, söhbətcil, poeziyanı, ədəbiyyatı
sevən, ensiklopedik biliyə və möhkəm yaddaşa
malik bir ziyalıdır. 75 illik ömrünü şərəflə
yaşayıb. Xalqımıza, dövlətçiliyimizə
sədaqətlə xidmət edib. Öz peşəsini ürəkdən
sevib, Azərbaycan mətbəxinin sirlərini dərindən
öyrənib, 50 illik əmək fəaliyyətində onu
inkişaf etdirərək daha da zənginləşdirib,
süfrə mədəniyyətinin xüsusiyyətlərini təbliğ
edib. Onun hələ Sovet dövründə xarici ölkələrdə
Azərbaycan mətbəxinin və süfrə mədəniyyətinin
təbliği sahəsindəki xüsust xidmətləri
"Xalqlar Dostluğu", "Qırmızı Əmək
Bayrağı" ordenlərinə layiq
görülmüşdür.
"Gənclərin
ən yaxşı hami tərbiyəçisi" Ümumittifaq
medalını və bir neçə fəxri diplomunu alan C.Xəlifəzadə
əmək veteranı kimi pensiyaya çıxandan sonra həyatını
bədii yaradıcılığa həsr etmişdir. Azərbaycan
yazıçılar və jurnalistlər birliklərinin
üzvü, "Qızıl qələm" mükafatı
laureatı olan Cabir müəllim 12 elmi-kütləvi və bədii
əsərin müəllifidir. Onun Azərbaycan
kulinariyasına dair kitablarının sorağı
dünyanın hər yerindən, o cümlədən Amerika
Birləşmiş Ştatlarından gəlir.
İstedadlı qələm sahibləri
bu yaxınlarda yeni
kitabı - "Azərbaycan milli mətbəxinin
əziz və ləziz Şəki xörəkləri"
işıq üzü görmüşdür.
Öz mətbəxi, süfrə mədəniyyəti
və qonaqpərvərliyi ilə xüsusi
seçilən Şəki haqqında kitabda
son dərəcə
maraqlı məlumatlar toplanmışdır. Şəki
xörəklərinin hazırlanması texnologiyasının
reseptlərini verən müəllif ilk dəfə
olaraq həmin xörəklərin poeziya dili ilə bir növ deyişməsini,
öyünməsini tərənnüm etmişdir.
"Xörəklərin söhbəti" adlanan
həmin şeirdə oxuyuruq:
Xörəkləri çağırırlar adıyla,
Qiymətini verirlər öz
dadıyla.
***
Bütün xörəklər yığışıb mətbəxə,
Başladılar bir-birilə söhbətə.
İstədilər özlərini öyməyə,
Dadlarını söyləyərək deməyə.
Növbə ilə dayandılar seçməyə.
Azərbaycan Ağsaqqallar Şurasının üzvü Hacı Cabir Xəlifəzadə yeni əsərini geniş oxucu kütləsi üçün yazmışdır. Burada qədim Şəkinin mətbəxi ilə yanaşı, onun adət-ənənələri, tarixi yerləri və abidələri, ağsaqqallarının müdrik kəlamları, məşhur Şəki yumorundan nümunələr və başqa dəyərli məlumatlar verilmişdir. İnanırıq ki, dünya görmüş Hacı Cabirin nəfis şəkildə hazırlayıb rəngli şəkillərlə çap etdirdiyi bu kitab Şəkiyə gələn qonaqların, xarici turistlərin buranın milli mətbəxinə olan marağını ödəyəcək və səyyahlar üçün dəyərli yaddaş rolunu oynayacaqdır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 6.