İşğalçı və terrorçu Ermənistan həm də uşaq qatili kimi rəzil ad qazanmışdır

 

Beynəlxalq təşkilatlardan snayperləri gizlətsələr də əsl simalarını gizlədə bilmirlər

 

Xocalıda körpə uşaqları diri-diri yandıran, məsum, günahsız cocuqlara güllə atan adamın rəhbərlik etdiyi ölkədən bundan başqa nə gözləmək mümkündür? Ermənistan müxalifətinin "Serj Sarkisyan bu siyasətlə Dağlıq Qarabağı qoruyub saxlaya bilməyəcək" - ittihamına prezident bu şəkildə cavab vermişdi: "Mən Dağlıq Qarabağı azərbaycanlıların əlindən almaq üçün şəhərlər viran etmişəm, kəndlər yandırmışam, böyüklü-kiçikli yüzlərlə insanı qətlə yetirmişəm. Bəs siz Qarabağ üçünetmisiniz? Siz Qarabağı kimdən qorumaq istəyirsiniz?" Bu xislətin sahibinin rəhbərlik etdiyi ölkədə uşaqlara qarşı terror törədilməsi adi, çox adi bir hadisə kimi görünür. Çünki ermənilərin qanları belə yoğrulub.

İkinci dünya müharibəsinin başlanmasına səbəb olan, sonradan tarixçilərin "taun" adlandırdıqları alman faşizminin nümayəndələri işğal etdikləri ərazilərdə əli silah tuta biləcək adamları öldürsələr də uşaqlara dəymirdilər. Ermənilər isə əli silah tutan adamlardan qorxduqlarına görə gücləri uşaqlara çatır, həyatın mənasını hələ ancaq oynamaqda görən körpə azərbaycanlılara gah snayper gülləsi ilə, gah da ... öz simalarında terror təşkil edirlər. Ermənistan tərəfdən Azərbaycana axan çaylarla müxtəlif mərmi, mina və digər partlayıcı silah-sursatların axıdılması haqqında dəfələrlə yazılıb. Həmin vasitələrin mülki əhaliyə, mal-qaraya, əkin-biçin texnikasına vurduğu ziyan barədə bütün beynəlxalq təşkilatlar kifayət qədər məlumatlandırılıb. Bəzi ekspertlər bunu müharibə şəraitində yaşayan ölkələrin münasibətində yolverilən hal kimi qələmə verməyə çalışırlar. Ancaq 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun snayper gülləsi ilə öldürülməsinə dünyanın bütün beynəlxalq təşkilatları hiddətlənmişdi. Qəzetimizin ötən sayında xəbər verildiyi kimi ermənilər indi artıq azərbaycanlı uşaqları snayperlə deyil, məhz körpələrin öz aləminə uyğun olan silahla - oyuncaqla öldürürlər.

Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmək cəhdləri Ermənistan rəhbərliyini ciddi narahat etdiyinə görə Sarkisyan iqtidarı danışıqlar prosesini hansı yolla olur-olsun, pozmağa çalışır. Bu məqsədlə - yəni Azərbaycanı qıcıqlandırmaq üçün ən münasib variant bütün azərbaycanlılar üçün hədsiz dərəcədə əziz olan körpələrin həyatı ilə oynamaqdır. Yəni, bu qatil insan siyasi hakimiyyətdə qalmaq üçün məsum körpələrin qanının tökülməsinə rəvac verib. "İtəbənzər" uşaq oyuncağının içərisinə partlayıcı qurğu yerləşdirib suyun axarı boyunca Azərbaycan ərazisinə göndərilməsi... bu ancaqancaq ermənilərin öz üzlərini, simalarını gizlədə bilməmələridir. İtəbənzər oyuncaq simaları ilə uşaqlara qarşı terror törədirlər. Bəzən kimsə yazır ki, Sarkisyanya Koçaryan gəlməsəydi "elə olardı", "belə olardı". Əslində, bu iki qaniçən prezidentdən əvvəl də belə olmuşdu. Yəni, 1994-cü ildə də məhz eyni ərazidə anoloji hadisə baş vermişdi. Tovuz çayı vasitəsiylə göndərilən "oyuncağı" çaydan götürən uşaqlardan ikisi həlak olmuş, biri yaralanmışdı. İndi isə Əlibəylidə 13 yaşlı Aygün Şahmalıyeva itəbənzərlərin (oyuncaqlar belə adlandırılır) növbəti qurbanı oldu.

Bu gün əlimizdə Azərbaycan, türk, rus və qərb jurnalistlərinin erməni terroru, xüsusən, uşaqlara qarşı törədilmiş qanlı hadisələr barədə çoxsaylı kitablar, çap məhsulları vardır. Hətta bir neçə il əvvəl 13 yaşlı şuşalı oğlanın "Cocuqların günahı nə?" - adlı kitabı işıq üzü görmüş, ölkəmizdəki bütün səfirliklərə göndərilmişdi. Müəllifin özünün 13 yaşı olduğuna görə həmin kitabda ancaq 13 yaşına qədər olan terror qurbanlarının şəkilləri, tarixçələri verilmişdi. Yəni, bu qəbildən olan kitablar çoxdur. Ancaq Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış "Erməni terroru" kitab-albomu bu istiqamətdə ərsəyə gələn ən müfəssəl çap məhsullarından biridir. İngilis, rus, alman, türk, erməni və digər dillərdə nəşr olunan bu kitab bəşəriyyətin erməni bəlasına qarşı qətiyyətli addım atmasına bir çağırış kimi səslənir.

İyulun 14-də Tovuz rayonunda törədilmiş qanlı terror hadisəsinin başında Qarabağ azərbaycanlılarının qənimi olmuş, eyni zamanda öz xalqına qarşı amansız düşmənçiliklər etmiş Serj Sarkisyanın durduğu danılmazdır. Bəs bu qatilliyi icra edən kimlərdir, hansı erməni terror təşkilatıdır? Bu sualın cavabını tapmaq çox çətindir. Çünki 1885-ci ildə yaradılmış "Armenakan" partiyasından üzü bəri (Türkiyə ərazisində, xüsusən, Van, Trabzonİstanbulda çoxsaylı terror aktları törətmişdir) dövrü olaraq yeni erməni terror təşkilatları yaranır. Məsələn "Hınçak" Partiyası 1887-ci ildən, "Daşnaksütyun" 1890-cı ildən, "Erməni gizli azadlıq ordusu" (ASOA) 1975-ci ildən region əhalisinin qanını tökürdüsə, "Erməni azadlıq hərəkatı" 1991-ci ildən, "Geqaron" terror təşkilatı isə 2001-ci ildən həmin mənfur sıraya qoşulub. Bu gün artıq dünyanın müxtəlif ölkələrində 20-yə yaxın erməni terror təşkilatı qan tökür, baş kəsir, partlayışlar törədir və ümumiyyətlə, insanlığa yad, bütün vandal əməlləri reallaşdırırlar. Dünyanın aparıcı ölkələrinin hüquq-mühafizə orqanları artıq çoxdan sübut ediblər ki, həmin terror təşkilatlarının hamısı bilavasitə Serj Sarkisyanın təlimatları əsasında qan tökürlər. Bəzi terror təşkilatları müstəqil şəkildə fəaliyyət göstərməyə çalışsa da Sarkisyan onların da cilovunu ələ keçirib. Xüsusən, "Apostol" (2001-ci ildə Suriya, Livan və Ermənistan ermənilərindən formalaşdırılıb və hədəfləri Türkiyə ilə Azərbaycandır) terror təşkilatı daha qansız, daha amansızdır. 1975-ci ildə Suriyanın Dəməşq şəhərində yaradılmış "Erməni gizli azadlıq ordusu" ilə eyni vaxtda Livanın Beyrut şəhərində fəaliyyətə başlayan "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA) öz məqsədləri üçün minlərlə insanın qanını tökməyə hazır olan murdar qurumlardır.

Yəni ermənilər bu gün dünyanın hər yerində, hamıya qarşı terror törətməyin önündə gedirlər. Bu itəbənzər oyuncaqların törətdiyi fəsadların səsi BMT başda olmaqla bütün beynəlxalq təşkilatların qulağının dibində guruldayır, faciələr gözünün qabağında törədilir. Ermənilər Moskvada mehmanxananı partladır, Nyu-Yorkda Səhiyyə Nazirliyinin bir neçə qurumunu qarət edir, Londonda metroda yanğın törədir, Xocalıda yüzlərlə günahsız insanı qətlə yetirir, bütöv şəhəri xəritədən silirlər... və dünya ictimaiyyəti bu "məzlum", "fağır insanlara" humanitar yardım göstərməkdə davam edir.

Özləri bilərlər. Amma qoy onu da bilsinlər ki, günahsız öldürülən azərbaycanlıların qanı yerdə qalmayacaq. Haqqın intiqamı daha kəskin, daha ədalətli olur!

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 16 iyul.- S. 4.