Alberto LORRO: Heydər Əliyev Fondunun mədəniyyətə dəstəyi göz qabağındadır

 

Heydər Əliyev Fondunun mədəniyyətə dəstəyi göz qabağındadır.

 

Bu sözləri Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın San-Trope şəhərində II Ramatuel klassik musiqi festivalı çərçivəsində keçirilən "Azərbaycanın mədəni zənginlikləri" sərgisində iştirak edən italiyalı rəssam Alberto Lorro demişdir. 

Rəssam qeyd etmişdir ki, bir müddət əvvəl Bakıda keçirilmiş "Qız qalası" İkinci Beynəlxalq incəsənət festivalında iştirak etmiş və Azərbaycanın paytaxtını çox sevmişdir. A.Lorro Bakının gözəlliyindən, inkişafından heyrətə gəldiyini vurğulamışdır.

İtaliyalı rəssam səfər zamanı Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, incəsənətinə dəstəyinin şahidi olduğunu da demişdir. Bildirmişdir ki, hazırkı sərgi də elə bu dəstəyin təzahürüdür.

 

 

Aygün ƏLİYEVA

 

Xalq qəzeti.- 2011.- 19 iyul.- S. 3.