"Vətəni
tanı" ümumrespublika kampaniyasının növbəti
seçim turu Şamaxı, Ağsu və Qobustanda
keçirilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Vətəni tanı" ümumrespublika kampaniyası öz seçim turlarını davam etdirir. Kampaniya çərçivəsində gənclərimiz arasında ərazi bütövlüyümüzün tanıdılması, vətənpərvərlik ruhunun aşılanması, Azərbaycan xəritəsinin daha da dərindən mənimsənilməsi kimi vəzifələr əsas məqsəd daşıyır.
Kampaniyanın bu dəfəki seçim turu da artıq yekunlaşıb. Şamaxı rayonunda baş tutan seçim turunun açılış mərasimində Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoyub. Biz çalışırıq ki, ölkəmizin ərazi bütövlüyünü dünya ictimaiyyətinə çatdıraq.
150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə (puzzle) pazl formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanıblar.
Sonra
işçi qrupu Ağsu rayonunda olub. Ağsu şəhəri
1 saylı orta məktəbdə baş tutan yarışma gənclərdə
böyük maraq doğurub. Rayonda səfərdə olan Milli
Şuranın mətbuat katibi, işçi qrupunun rəhbəri
Orxan Əli ağsulu gəncləri kampaniyanın məqsədi
barədə məlumatlandırıb. Rayon məktəblərindən
olan 150 gənc "Vətəni tanı"
kampaniyasının iştirakçısı olub. Gənclər
arasında kiçik sorğu keçirən işçi
qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə
ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı
kampaniya gənclər tərəfindən dəstəklənir.
Ağsu rayonunda da 2 gənc respublika turuna vəsiqə
qazanıb .
Qobustan
şəhər 1 saylı orta məktəbdə baş tutan
rayon turunu Milli Şuranın üzvləri Bəxtiyar Rəhimov
və Vüsal Kazımov həyata keçirib. Kampaniyanın məqsədi
barədə gənclərə məlumat verilib. Daha sonra məktəblilər
həm keçməcə variantında, həm də
kampaniyanın rəsmi saytında Azərbaycanın xəritəsini
yığıblar. Bu seçim turunda da 2 gənc respublika
turuna vəsiqə qazanıb.
Qeyd edək
ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil,
Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,
Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED
Borders dəstək verir.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 20 iyul.- S. 6.