Xislətin
anatomiyası
Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət Musiqili Dram Teatrında xalq
yazıçısı Elçinin "Qatil" pyesinin ilk
tamaşası olmuşdur
Xalq yazıçısı Elçinin səhnə qəhrəmanlarının psixoloji portretində birmənalı, şablon rənglər yoxdur. Mənfi qəhrəmanın öz məntiq qalxanı var, müsbətinin "içi özünü, çölü özgəni yandıran" dərdi, yaxud sindroma çevrilmiş psixoloji zədəsi var. Eynən "Qatil" əsərində oldugu kimi.
Dramaturq səhnəyə ilk baxışdan
bir rəngdə olan tablo təqdim
edir. Fəqət, ekspozisiya boyu yarpaq
tökülüb xəzələ dönürmüş kimi
rənglər sıyrılır, alt qatlardakı çalarlar
gözə dəyir. Rənglərin
solması ilə xislət ekranı aydınlaşır.
Və bu dəyişən rənglər həm
də obrazın psixoloji yükünü mütəmadi
nizamlayır. Süjet gözlənilməzlikləri
- dramaturji maneə Elçin qələmində böyük məharətlə
hadisələri dramaturji zirvəyə
yaxınlaşdırır və psuixoloji ritm həyəcanıı
yaradır.
Psixoloji dramın rejissor traktovkası bədii tərtibat,
səs, işıq effektləri və musiqi
harmoniyasının uyarlığında özünü
aydın göstərir.
Bir məkan mövcuddur səhnədə. Hadisələr kimya müəlliməsinin tənhalıqdan solmuş otagında baş verir. İnsan taleyini, sevgi dramını, nakam ömürlərin ziqzaqını bir hücrəyə yıgıb tale kitabı kimi oxutdurmagı bacaran, əks qütblərin girovlarını bir təhlükəli dramaturji xətt-ülgüc üstündə gəzdirən quruluşçu rejissor Firudin Məhərrəmov kölgə teatrı elementlərindən də bəhrələnməklə mətbəxi köməkçi vasitəyə çevirir.
...Və mətbəx, ulduzlara açılan pəncərə, bir də yagış rejissor yozumunda metafora dəyəri qazanır. Biz yagışın yagdıgını görmürük, şırıltısını da eşitmirik. Fəqət, kişi yagışın altında islanıb və gör neçə gündür islanırmış. Bəlkə də illərdir yagış onu döyəcləyir. Əslində yagış kişinin maskasını yuyub psixoloji zədənin üstünü açıb. Demək, kişi gerçəklikdir. Müəllimə isə pəncərədən ulduzlarla danışır, ulduzların nagılını dinləyir, öz ulduzunu tapmaq həsrəti ilə alışıb-yanır. Yəni, müəllimə qeyri-reallıqdır, bəlkə də kişinin əcəlidir...
Çünki ulduzlu gecədə yagış olmur, yagmurlu havada ulduzlar gözə dəymir. Belə məqamda onların görüşü, əslində, ayrılıga açılan qapıdır, final faciəsinə göndərişdir. Gerçəkliyin yagış yumuş soyuq üzü ilə xəyalların romantik ilıqlıgı tutmaz axı.
Lirik-psixoloji dramaturgiyadan gələn ovqat, xarakterlərin ziddiyyət çaları, daxili təbəddülatların rəsmi, sevgi işıgı ilə etibarsız qərdişin qaranlıqda görüşü və gözlənilməz (əslində gözlənilən) bədbəxtliyin səhnə görşəntisi və bütün bunların psixoloji xronometraja hesablanmış montaj dəqiqliyi əməkdar incəsənət xadimi Firudin Məhərrəmovun yozumunda ustalıqla çatdırılır.
Gənc aktrisa Xatirə Süleymanova Müəllimə rolunu çox təsirli və təbii oynayır, tənhalıq dərdinin iniltisini daxili gücü ilə vizuallaşdıra bilir, öncə onun agırlıgını yaşayır və tamaşaçıya yaşadır, sonra çevik oyun tərzində dərdin "çərşənbə sübhündə axar suya söylənən pis yuxu" toxtaqlıgını təqdim edir.
Aktrisanın sevinc duyguları da, tənhalıq naləsi də, sarsıntı və üzüntü jestləri də, ulduzlara səyahətində çaşqınlıgı da yetərincə inandırıcıdır. Xatirə Süleymanova mürəkkəb psixoloji obrazın gizlin rənglərini lay-lay, tələsmədən açıb göstərir, məsumluqdan qatilliyə gedən yolun yolçulugunda bir xarakter çönüşünü addım-addım, gözümüzün qabagında, agacın əyilmiş budagının böyüməsi kimi təqdim edir.
Aldadıldıgını başa düşəndə bu təhqirə tab gətirmir, xislət qadaga divarını aşır, daxili eqoizm okeanı daşır, məsumlugu qabagına qatıb onu fəlakətin aguşuna dogru, sürükləyir. Çatlamış qəlbindən şeytan sivişib içəri keçir... acizlikdən dogan amansız hökmü icra edir.
...Və sevginin dadını duydugu mətbəxdə ömrün dadına zəhər qatmaq qərarını verir.
Kişi obraz kimi rənglərinin polifonikliyi ilə orijinaldır. Onun da öz hərəkətlərindən ötrü məntiqi, cəmiyyətdən öz incikliyi, sevgidə öz nəzəriyyəsi var. Vaxtında aglı, mütaliəsi, ədəb-ərkan ilə hörmət qazanan, fəqət zalım fələyin acı baxışlarından gözü yaşarmış kişinin həyatı kitablardakı tək təsəvvür edən Müəllimə ilə toqquşması yaman olur.
O, Dostoyevskini, Kantı bilir, çox kitablar oxuyub, amma kitabların içində ilişib qalmayıb, özünü axtarır, özünü tapmaq istəyir, nə acı ki, tapa bilməyib hələ də.
Aktyor Oqtay Mehdiyev hər zaman dramatik situasiyaların gerçək rəsmini ustalıqla çəkib. Bu tamaşada da istedadlı aktyor mövcud gerçəkliyin sərt üzünü sulu boyalarla təqdim edir.
İçində nə vaxtsa közərmiş işıga tamarzı qalmış kişinin ilk gəlişi Oqtayın ifasında özgə ovqat yaradır. Arzusuna çatandan sonra tamamilə dəyişən, əslində isə oyundan bezib oldugu kimi görsənən obrazın yaşam tərzi, həyat anlayışı, ziddiyyət düyünündən zillət çəkən təfəkkürü qarşısında qeyri-stabil davranış etiketi aktyorun dramatik oyun tərzində bütün çılpaqlıgı ilə açılır.
Plastika, çevik manera, inandırıcı təbii müdaxilə priyomu, tərəf-müqabillə düzgün ünsiyət, mizanla sözün bədii-estetik vəhdəti, aydın tələffüz, həyati danışıq tərzi, obrazın içindəki psixoloji rəngin səs və jestlərlə harmoniyası, musiqi və işıq duyumu, gözlərdən ifadənin düzgün yönəlməsi, kulisdən səhnə güzgüsünə qədər bütün tamaşa meydanında mizanlara hesablanmış dəqiq hərəkət, heç şübhəsiz, aktyorun ugurunu təmin edən konponentlərdir.
Respublikanın əməkdar artisti, indiyəcən səhnədə çoxsaylı koloritli obrazlar yaratmış Növrəstə Həşimova qonşu qadını və Ulduzu zərif yumor çaları ilə mükəmməl oynayır.
Qonşu kişi - polis obrazının yeksənək həyatı və cansıxıcı arzusu aktyor İlqar İbrahimovun ifasında dürüst həllini tapır.
Telman Qəniyevin musiqi tərtibatı süjet xəttinə, hadisələrin inkişafına xidmət edir.
Quruluşçu rəssam Sevinc Həsənovanın i tərtibatı hadisələrin təkcə zahiri yox, həm də alt qatını asossasiya edərək rejissor yozumunu tamamlayır.
Pərdə baglanır. ...Pərdənin bu üzündəki tamaşaçı düşüncələrini bölüşməyə həmsöhbət arayır. Tamaşanın qayəsini, sosial- psixoloji yükünü düşünür...
Şagird keçmiş müəlliməsini həyatın qirdabına atır. Müəllimə keçmiş şagirdinin qatilinə çevrilir. Cəmiyyət və fərd. Öyrənən və öyrədən. Bəlkə də, cismani qətl deyil, rəmzi qətldir?! Cəmiyyət düzgün tərbiyə metodu qura bilməsə, zərbəni birinci özü alacaq. Bir sözlə, "Qətl" tamaşası onu izləyənləri mənəvi katarsisə sövq edir, canlı insanı yox, içdəki eqonu, psixoloji zədəni bogub öldürməyə səsləyir. Hər kəs içindəki şeytana qalib gəlsə, pisliklər də olmaz...
Hafiz İMAMNƏZƏRLİ
Xalq qəzeti.- 2011.- 28 iyul.- S. 7.