Qəbələ
III Beynəlxalq Musiqi Festivalı çərçivəsində
"Muğam axşamı" və kamera musiqisi konserti
olmuşdur
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Muğam axşamı" və kamera musiqisi konserti olmuşdur.
İyulun 29-da "Qafqaz Resorte" otelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Donizettinin, C.Rossinin və C.Kardillonun əsərləri səsləndirilmişdir.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Səbinə Əsədova (messo-soprano) və Fəridə Məmmədova (soprano), İtaliyanın R.Debaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədov (bariton), İtaliyanın Ozino Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə (tenor) çıxış etmişlər.
Festival
daha sonra "Muğam-2011" televiziya müsabiqəsi
laureatlarının konserti ilə davam etdirilmişdir.
Açıq səhnədə baş tutmuş "Muğam
axşamı"nda Mirələm Mirələmov, Səbinə
Ərəbli, Mustafa Mustafayev, Kamilə Nəbiyeva, Məmməd
Nəcəfov, Ariz Hüseynov, Nigar Şabanovanın
çıxışları dinlənilmişdir. Xanəndələri
tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev,
kanonda Çinarə Mütəllibova, balabanda Mehman Nuriyev,
nağarada Emin Cəbrayılov, udda Şəfa Kərimov
müşayiət etmişlər.
Konsertdə
1000-ə yaxın yerli və xarici tamaşaçı
iştirak etmişdir. Gənc muğam ustalarının
ifaları tamaşaçılar tərəfindən sürəkli
alqışlarla qarşılanmışdır.
İyulun
30-da Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi
açılış mərasimi keçiriləcəkdir. Bu
münasibətlə keçiriləcək Qala-konsertdə
Yuri Başmetin rəhbərliyi ilə "Yeni Rusiya"
Dövlət Simfonik Orkestri çıxış edəcəkdir.
Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 3.