Ermənistanın qeyri-ciddi və günahsız insan qanına həris olan prezidenti öz ampluasını dəyişə bilmir

 

O, gələcək nəsilləri də özü kimi qəddar və qatil olmağa səsləyir

 

Ermənistanda vəziyyət gündən-günə ağırlaşır. Ölkə iqtisadiyyatı tamamilə böhran içərisindədir. Yoxsulluq, işsizlik, səfalət və inflyasiyanın gündən-günə artması əhalinin Ermənistanı sürətlə tərk etməsinə gətirib çıxarıb. Beynəlxalq təşkilatların da hesabatlarında qeyd edilir ki, son illər ermənilərin Ermənistanı tərk edərək başqa ölkələrin vətəndaşlığını qəbul etmələri halı xeyli artıb.

Aparılan araşdırmaların nəticəsində məlum olub ki, 2001-ci ildə 19 min 267 erməni Ermənistan vətəndaşlığından imtina edib. 2005-ci ildə bu rəqəm iki dəfə, Serj Sarkisyanın prezidentlik fəaliyyətinə başladığı vaxtdan bir il sonra isə üç dəfə artıb. Son məlumata görə 54 min 800 erməni Ermənistan vətəndaşlığından imtina edərək digər ölkələrin vətəndaşlığını qəbul edib. Bir milyona yaxın erməni isə acından ölməmək üçün xarici ölkələrə üz tutub.

Bu respublikada əhalinin sabaha ümidi yoxdur. Ümidsizlik, imkansızlıq bir qrup adamın diktatorluğu ölkədə siyasi böhranı daha da ağırlaşdırıb. Ermənistanda müasir tələblərə cavab verən müəssisələrin olmaması işsizlərin sayının günbəgün artmasına səbəb olub. Məlum olduğu kimi, bu ölkə əsasən xarici ianələr, xaricdən alınmış humanitar yardımlar hesabına yaşayır. Yerli iqtisadçıların verdikləri məlumata görə Ermənistanda bu il iqtisadi durum qənaətbəxş deyil. Bu da ondan xəbər verir ki, ölkə heç zaman maliyyə böhranından çıxa bilməyəcək. Çünki bu ölkədə inflyasiya durmadan artır. Hazırda Ermənistanda inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.

İşğalçı ölkənin ictimai-siyasi xadimləri ölkədə vəziyyətin getdikcə ağırlaşmasının əsas səbəbini prezident Serj Sarkisyanın dövlət idarəçiliyində qabiliyyətinin olmaması, ikiüzlü siyasət yeritməsi, işğalçılıq siyasətindən əl çəkə bilməməsi, siyasi səbatsızlığı digər dövlətlərə arxalanmasında görürlər. Yerli ictimai-siyasi xadimlər qeyd edirlər ki, Serj Sarkisyan hələ Ermənistanın müdafiə naziri vəzifəsində çalışarkən orduda özbaşınalıq hökm sürür, əsgərlərə verilən ərzaq məhsulları satılır, yoluxucu xəstəliklər, ölüm halları baş alıb gedirdi. Ona görə valideynlər öz uşaqlarını hərbi xidmətə göndərməkdən imtina edirdilər. S.Sarkisyan ölkə prezidenti "seçildikdən" sonra isə əhalinin qara günləri başlandı. Əlləri günahsız insanların qanına batmış Ermənistan prezidenti öz çirkin əməllərini yenə davam etdirdi.

"Əsrin faciəsi" adlandırılan Xocalı soyqırımının təşkilatçılarından iştirakçılarından biri olan S.Sarkisyanın ölkəyə rəhbərlik etməsi, nüfuzlu tribunalarda haqq-ədalətdən, beynəlxalq hüququn norma prinsiplərindən danışması, demokratik dünya quruculuğu dövründə insan hüquq azadlıqlarının müdafiəsindən, münaqişələrin nizamlanmasından söhbət açması təbii ki, istehza ilə qarşılanır. Artıq Ermənistanda da yerli əhali Serj Sarkisyanı qeyri-ciddi, riyakar, yalançı, ikiüzlü bir şəxs kimi tanıyır. Onun belə tanınmasına hər şeydən çox özünün əməlləri şərait yaradıb. Son vaxtlar isə onun adlarının siyahısına daha biri - uşaq qatili adı əlavə olunub.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan prezidentinin nümayiş etdirdiyi hərəkətlər, doğurdan da, onun anormal olmasından xəbər verir. Bir faktı diqqətinizə çatdıraq. 2008-ci ilin noyabrında Moskvada üç dövlətin - Rusiya, Azərbaycan Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyannamənin mürəkkəbi qurumamış Serj Sarkisyan onun bəndlərini qəbul etmədiyini bildirib: "Əgər qəbul etməyəcəkdinizsə, niyə imzalayırdınız" - sualına isə cavabı çox qəribə olub: " olsun imzalamışam. Bu o demək deyil ki, mən razıyam". Görürsünüzmü, bu, nəinki dövlət başçısına, heç normal insana xas olan hərəkət, davranış deyil.

Ermənistan prezidenti hərdən özünü alim, çoxbilmiş, guya ölkə tarixini çox yaxşı, dərindən bilən adam kimi göstərir. Ancaq onun savadsızlığı burada da özünü göstərir dövlət başçısı özü-özünü gülünc vəziyyətə salır. Gorusda erməni diasporlarını təmsil edən jurnalistləri başına toplayıb onlara moizə oxuyan Serj Sarkisyan bir onda anlayıb ki, artıq lap yalan danışır. Erməni xalqının qədimliyini "sübut etmək" istəyən S.Sarkisyan deyib ki, ermənilər bir millət kimi ən azı səkkiz min ildir ki, mövcuddur. Bütün dünyaya bəllidir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqları hesabına dövlət kimi formalaşıb. Daha bu xalqın 8 min illik tarixi haradan peyda oldu? Heç olmasa Ermənistan prezidenti kitablardan da oxumayıb ki, 8 min il əvvəl hansı toplumlar mövcud imiş.

Ermənistan prezidenti S.Sarkisyanın Gorusdakı bu sayıqlamalarına layiqli cavab verildi. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Gorus-2010: absurd teatrı mövsümü" kitabında elmi mənbələrə əsaslanaraq Serj Sarkisyanı ifşa etdi. Ermənistan prezidentinin riyakarlığı, üzü yalanları bir daha hamıya bəlli oldu. Akademik R.Mehdiyev Serj Sarkisyanın tarixi saxtalaşdırmaq cəhdinə cavab olaraq bildirir ki, onu Ermənistanın tarixinin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Akademik yazır: "...Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixlərini "qədimləşdirməyə" hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər dərhal bu nəticələrdən yapışır yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan, həmin nəticələri elimdə hamılıqla qəbul edilmiş "aksiomalar" kimi qələmə verirlər".

Yalançı prezidentin qeyri-ciddiliyi riyakarlığı, günahsız insan qanına hərisliyi artıq yerli sakinlərin ciddi narazılığına səbəb olub. Bu günlərdə gəncləri qonşu dövlətlərin torpaqlarını işğal etməyə çağırması S.Sarkisyanın müharibə tərəfdarı olmasını, işğalçılıq siyasətindən hələ əl çəkmədiyini təsdiqləyən daha bir faktdır. O, erməni dili ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı suala cavab verərkən ermənilərin hələ qonşu dövlətlərin torpaqlarına göz dikməsini, Türkiyəyə qarşı ərazi iddiaları olduğunu açıq şəkildə bəyan edib. Tələbənin "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəklərmi?"- sualına Ermənistan prezidenti belə cavab verib: "Qərbdən torpaqları Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Sizin gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik bərabərliyinizlə bağlıdır".

Bu da dövlət başçısının yetişən gənc nəslə verdiyi öyüd-nəsihət. Serj Sarkisyan "bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq" deməklə əslində Ermənistanın işğalçı dövlət olduğunu, digər ölkələrin torpaqları hesabına "Ermənistan dövləti" qurduqlarını bir daha təsdiqlədi. Bütün dünya Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu təsdiqlədiyi bir vaxtda Ermənistan prezidenti həmin ərazini işğal etdiklərini açıq şəkildə bəyan edir yetişən gənc nəslə isə Türkiyənin ərazilərini işğal etməyi məsləhət görür. Ancaq S.Sarkisyan unutmamalıdır ki, "Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini mütləq bərpa edəcək. Bu ya sülh, ya da hərbi yolla olacaq". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin qətiyyəti təkcə 9 milyonluq ölkə əhalisinin deyil, 50 milyonluq xalqımızıin iradəsi kimi səslənir.

Yetişən nəslin müharibə, işğalçılıq əhval-ruhiyyəsində böyüməsinə çağırışlar edən Ermənistanın qeyri-ciddi, riyakar, günahsız insan qanına həris olan prezidenti Serj Sarkisyan öz layiqli cavabını ilk növbədə elə həmin gənclərin valideynlərindən alacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 4.