Cənub bölgəsində
bayram tədbirləri
Respublikamızın hər
yerində olduğu kimi,
cənub bölgəsinin rayonlarında da
28 May - Respublika Günü münasibətilə
silsilə tədbirlər keçirilmişdir.
Lənkəran
"Cənub mirvarisi" adlandırılan, bu il ölkəmizin folklor paytaxtı elan edilmiş Lənkəranda düzənlənən silsilə tədbirlərdə dövlət müstəqilliyimizin nailiyyətləri bir daha nəzərə çatdırılmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri qədirbilənliklə yad edilmiş, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı naminə atdığı addımların önəmi açıqlanmışdır. Lənkəranın inkişafına göstərilən dövlət qayğısından razılıq hissləri ifadə edilmişdir. Müxtəlif bayram tədbirləri - yığıncaqlar, müsabiqələr, konsertlər maraqla qarşılanmışdır.
Lənkəran Dövlət Universitetində şəhər icra hakimiyyəti ilə birgə təşkil olunan tədbiri rektor, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İskəndərov açaraq 93 il öncə yaradılmış AXC-nin dövlətçilik tariximizdə rolundan geniş bəhs etmişdir. O, Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafına göstərilən dövlət qayğısını xüsusi qeyd etmiş, müstəqilliyimizin yaşıdı olan LDU-nun uğurlarını bunun təzahürü kimi dəyərləndirmişdir. Universitetin dosenti, Prezident təqaüdçüsü Mirhaşım Talışlı və valideynlər şurasının sədri Sərhəd Məmmədov iştirakçıları bayram münasibətilə təbrik etmişlər.
Sonra bədii və texniki yaradıcılıq müsabiqəsinin final mərhələsinə start verilmişdir.Uşaq bağçalarının, orta məktəb və liseylərin şagirdləri əlvan musiqi nömrələri, şeirlər, rəsm əsərləri, digər əl işləri və texniki yaradıcılıq nümunələrini təqdim etmişlər. LDU-nun fakültələrarası yarışı xüsusilə maraqlı keçmişdir. Münsiflər heyəti müsabiqənin ən yaxşı iştirakçılarını müəyyənləşdirmişdir.
Masallı
Rayon icra hakimiyyətinin
Respublika Gününün
qeyd olunması ilə əlaqədar tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər
bütün idarə,
müəssisə və
təşkilatları əhatə
etmişdir. Azərbaycan
Demokratik Respublikasının
tarixinə dair fotostendlər, bədii
guşələr hazırlanmışdır. Həmçinin
"Tariximizin hər səhifəsi bizim üçün əzizdir", "Bizi çox gözəl gələcək gözləyir",
"Dövlət müstəqilliyi bizim ən böyük sərvətimiz,
ən böyük nemətimizdir",
"Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda
söhbətlər aparılmış,
mühazirələr oxunmuş, "dəyirmi masa"lar təşkil olunmuşdur.
Azərbaycan Demokratik
Respublikasının 93-cü ildönümü
ilə əlaqədar
ümumrayon tədbiri
keçirilmişdir. Masallı
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev, hüquq-mühafizə
orqanlarının, idarə və müəssisələrin rəhbərləri,
ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə təzə-tər gül dəstələri düzmüşlər. Sonra tədbir rayon mərkəzindəki Bayraq
meydanında Nizami Gəncəvi
adına şəhər mədəniyyət evi
kollektivinin hazırladığı
geniş bayram konserti ilə davam etdirilmişdir. Tədbirdə maraqlı idman proqramı da təqdim olunmuşdur. Bayram şənliklərində
minlərlə rayon sakini
iştirak etmişdir.
Yardımlı
Dağlar diyarında Respublika Günü münasibətilə
düzənlənən ümumrayon
tədbirini icra hakimiyyətinin başçısı
Xəzər Aslanov açaraq iştirakçıları
təbrik etmişdir.
İcra
hakimiyyəti aparatının
ictimai təşkilatlarla
və siyasi partiyalarla iş şöbəsinin müdiri
Şakir Kərimov
"Müstəqilliyimiz əbədidir"
mövzusunda məruzə
etmişdir. Təhsil Şöbəsinin müdiri
Manaf Balışov, Urakəran inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Nazim Əliyev, Heydər Əliyev muzeyinin icraçı direktoru
Elvin Eyvazov və başqaları çıxış
edərək dövlətçilik
tariximizin ən qürurverici günü sayılan 28 May - Respublika Günü ilə bağlı duyğu və düşüncələrini
ifadə etmişlər.
Sonra "N" saylı
hərbi hissədə
Yardımlı Rayon Mədəniyyət
Evinin bədii kollektivləri konsert proqramı ilə çıxış etmişlər. Rayon mədəniyyət və
istirahət parkında
da konsert olmuşdur.
Şəhərdəki "Sahil" stadionunda Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol
Məktəbinin və
Yardımlının "Dinamo"
komandasının 15-16 yaşlı
futbolçuları arasında
bayram münasibətilə
keçirilən yoldaşlıq
görüşü də
maraqla izlənilmişdir. Bu oyunda Yardımlı futbolçuları qələbə
qazanmışlar.
Lerik
Ümumrayon tədbirini icra hakimiyyətinin başçısı
Rövşən Bağırov
açmış və
"Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman
şərqində ilk parlament
respublikası" mövzusunda
məruzə ilə çıxış etmişdir. O bildirmişdir
ki, cəmi 23 ay yaşamasına baxmayaraq,
AXC milli-azadlıq tariximizdə
əbədi iz qoymuşdur. Müstəqilliyin bərpasından sonra ulu öndər
Heydər Əliyev varislik ənənələrinə
sadiqlik göstərmiş,
möhtərəm Prezidentimiz
İlham Əliyev tariximizin şanlı səhifələrinə dərin
ehtiramını dəfələrlə
konkret əməli tədbirlərdə nümayiş
etdirmişdir. Məsələn,
4 il öncə
dövlət başçısının
təşəbbüsü ilə Bakıda AXC-nin şərəfinə abidə ucaldılmış,
2009-cu ildə isə Azərbaycanda Dövlət
Bayrağı Günü
təsis edilmişdir.
Məruzə ətrafında müzakirələrdə
gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, texniki fənlər liseyinin direktoru, əməkdar müəllim Gültəkin
Şıxəliyeva, 3 saylı
məktəbin müəllimi
Araz Qurbanov çıxış edərək
93 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının dövlətçilik
tarixində müstəsna
yer tutduğunu əsaslandırmışlar.
Rayonun bütün
idarə və təşkilatlarında, təhsil
ocaqlarında da bayram münasibətilə
şənliklər keçirilmişdir.
Cəlilabad
Son illərdə Cəlilabad
sürətlə inkişaf
edərək abad və gözəl bir diyara çevrilmişdir. Bayram tədbirlərində
bu barədə ətraflı danışılmış,
əldə olunanlar məhz müstəqilliyimizin
nailiyyətləri kimi
dəyərləndirilmişdir.
28 May - Respublika Günü ərəfəsində rayon icra
hakimiyyətinin başçısı
Əziz Əzizov, hüquq-mühafizə orqanlarının
rəhbərləri, geniş
ictimaiyyətin nümayəndələri
ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsini
ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Bayram təntənələri
rayon mərkəzindəki "Gənclər istirahət mərkəzi"ndə davam
etdirilmişdir. Bədii özfəaliyyət kollektivləri, rəqs qrupları al-əlvan bəzədilmiş mərkəzdə
rayonun çoxsaylı
sakinləri qarşısında
maraqlı proqramla çıxış etmişlər.
Qeyd edək
ki, şənliklərin
keçirildiyi ərazidə
- Cəlilabad şəhərinin
ən hündür yerində Dövlət Bayrağı meydanı inşa edilməkdədir. Tezliklə burada
üçrəngli, ay-ulduzlu
bayrağımız əzəmətlə
dalğalanacaq və hər bir sakinin
qəlbini hədsiz qürur və iftixar duyğuları ilə döyündürəcəkdir.
Astara
Azərbaycan Xalq Cümhuriyyətinin
93-cü ildönümünün qeyd edildiyi günlərdə
Astaranın rayon mərkəzindəki
Dövlət Bayrağı
meydanında hər an
böyük qələbəlik
olmuş, sakinlər
20 il öncə müstəqilliyinə yenidən
qovuşmuş və sürətlə inkişaf
edən bir dövlətin vətəndaşları
olmalarından qürur
duymuş, şənlənmişlər.
Rayon icra hakimiyyətində
ümumrayon tədbiri
yaddaqalan olmuşdur. İcra hakimiyyəti
başçısının birinci müavini Məzahim Hüseynov məruzə ilə çıxış etmişdir.
O, müstəqillik tariximizin
ilk dövrlərini ətraflı
təhlil etmiş, 23
ay ərzində müsəlman
şərqində ilk demokratik
dövlətin yaradılması,
rəmz və atributların qəbulu, beynəlxalq əlaqələrin
qurulması, milli ordunun təşəkkülü
və digər sahələr üzrə tədbirlər barədə
geniş məlumat vermişdir. Natiq qeyd etmişdir
ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanın
dövlət müstəqilliyi
daha da möhkəmlənmiş,
əbədi və sarsılmaz olmuşdur.
Astara Pedaqoji Kollecinin direktoru Ə.Həmzəyev, təhsil
şöbəsi müdirinin
müavini F.Həsənov,
mərkəzi kitabxananın
direktoru N.Fərəməzov
ürək sözlərini
söyləmiş, bayram
sevinclərini bölüşmüşlər.
Əli NƏCƏFXANLI
Xalq
qəzeti.- 2011.- 2 iyun.- S. 6.