"Aztelekom"un
28 May şənliyi
Respublika günü ölkəmizin hər
yerində olduğu kimi, "Aztelekom" İstehsalat Birliyində
də böyük ruh yüksəkliyi və təntənə
ilə qeyd olundu. Zövqlə bəzədilmiş binanın
fasadına daha çox əzəmət və bayram əhval-ruhiyyəsi
bəxş edən ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin möhtəşəm portretləri
və binanın ən hündür yerində
ucaldılmış üçrəngli bayrağımız
idi. Tədbirdə respublikanın tanınmış elm, sənət
adamları, Milli Məclisin deputatları, əmək
veteranları və digər şəxslər iştirak edirdi.
Qonaqlar
öncə Fəxri Xiyabanında oldu, xalqımızın
ümummilli lideri, müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər
Əliyevin məzarını ziyarət etdi, xatirəsini
ehtiramla yad edərək məzarın önünə əklil
və tər-çiçək dəstələri qoydular. Daha
sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın
azadlığı, ərazi bütövlüyü və
müstəqilliyi uğrunda canlarından keçən milli qəhrəmanların
əziz xatirəsini yad etdilər.
Bayram
tədbirini giriş sözü ilə "Aztelekom"
İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov
açdı və ötən əsrin əvvəllərində
- 1918-ci ilin may ayında 300 illik çar monarxiyasının
süqutundan sonra müsəlman dünyasında ilk demokratik
respublika yaradılmasıyla Şərqdə yeni bir mütərəqqi
tendensiyanın təməli qoyulduğunu qeyd etdi. Təəssüf
ki, Azərbaycan Demokratik Cümhuriyyətinin ömrü
çox qısa oldu. Lakin bu qısa ömürdə zəngin
təcrübə toplamış Azərbaycan demokratik dəyərlərə
malik olduğunu bütün dünyaya sübut etdi. Təsadüfi
deyil ki, həmin əsrin 90-ci illərinin əvvəllərində
Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən
sonra siyasi irs kimi ilk müstəqil dövlətimizin rəmzlərini
və atributlarını qoruyub saxlaya bildi.
Daha sonra M.Məmmədov qeyd etdi ki, əsrin sonunda yenidən qazanılan bu azadlığı xalqımız ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, xilaskarlıq missiyasını öz üzərinə götürməsi ilə milli dövlətçiliyimizi həmin təhlükədən, xalqımızı isə alovlanmaqda olan vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan Demokratik Cümhuriyyətinin elan edildiyi 28 mayın hər il ölkəmizdə Respublika Günü kimi qeyd elilməsi və ulu öndərin bu tarixi günün hər il təntənə ilə qeyd edildiyi mərasimlərdə iştirak etdiyi yada salındı.
Çıxış üçün söz alan Birliyin Gənclər Təşkilatının sədri, Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vüsalə Niftəliyeva qeyl etdi ki, on illərlə müstəqillik tarixi olan ölkələrin keçə bilmədiyi inkişaf yolunu respublkamız cəmi 20 ilə qət etməyə müvəffəq oldu. Ulu öndər, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz demokratiya yolu ilə irəliləyərək öz dövlətçiliyini inkişaf etdirir. Vüsalə Niftəliyeva Azərbaycan gənclərinin hər birini müstəqilliyimizi qorumağa, vətənimizin inkişafı naminə əllərindən gələni əsirgəməməyə çağıraraq, millətimizə uğur, sülh, yüksəliş və əmin-amanlıq dilədi.
Birliyin həmkarlar ittifaqı komitəsinin sədri Bəylər Qurbanov əmək veteranı, ömrünün 70 ildən çoxunu rabitə sistemində çalışmış, yaşının ahıl vaxtında qaçqınlıq həyatı yaşayan laçınlı Mahmud Ağakişiyevi anadan olmasının 85 illik yubileyi münasibətilə təbrik edərək nazirliyin fəxri fərmanını, pul mükafatı və mobil telefon aparatını veterana təqdim etdi.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə hər sahədə olduğu kimi, Avrovision mahnı müsabiqəsində də uğur qazanmağımızı yada saldı. O qeyd etdi ki, istedadlı gənclərimiz Nigar və Eldar cütlüyünə verilən yüksək qiymət eyni zamanda, Avropa dövlətlərinin Azərbaycan adlı məmləkətə verdiyi təzahürü idi. Millət vəkili çıxışının sonunda əmin olduğunu söylədi ki, Azərbaycan bütün səy və bacarığını nümayiş etdirib glən il də doğma vətənimizi bir daha yüksəkliyə qaldırmaqla bütün dünyanın nəzərini vətənimizə yönəldəcək.
Bədii hissə böyük bayram süfrəsi arxasında Azərbaycan incəsənət ustalarının, II beynəlxalq Muğam Festivalının qalibi Nişanə Baxışova, müğənnilərdən Cülnarə Qarabağlı və Rəşid Qaraxanoğlunun ifasında "Qarabağ şikəstəsi" ilə başladı. Turan Səfərli və digər gənc xanəndələrin ifa etdikləri muğam, təsnif və xalq mahnıları tədbir iştirakçılarının hər birinin zövqünü oxşadı. Üç saatadək davam edən bayram şənliyi həmin gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məxsusi olaraq "Aztelekom"un kollektivi üçün göstərilən C.Cabbarlının "Aydın" tamaşası ilə sona yetdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 2 iyun.- S. 6.