Ümumrespublika "Vətəni
tanı" kampaniyasının növbəti
turu Balakən və Zaqatalada keçirilib
"Vətəni
tanı" ümumrespublika kampaniyası bu dəfə Balakən
gənclərinin bilik və bacarıqlarını
sınağa çəkib. Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının təşkilatçılığı
ilə keçirilən treninq Balakəndə də
böyük maraqla qarşılanıb.
Tədbir
Balakən şəhəri, Zərifə Əliyeva adına 3
saylı şəhər orta məktəbində baş tutub. Rayonun
14-18 yaşlı 150 gəncinin bir qismi keçməcələrdən
(puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri
isə kampaniyanın miras.az saytında yerləşdirilən
elektron formadakı xəritəni toplayıb. ARGTMŞ-ın
idarə heyətinin üzvü və həmçinin
kampaniyanı Balakən rayonunda həyata keçirən
işçi qrupunun rəhbəri Heydər Atayev gənclər
qarşısında çıxış edərək bildirib
ki, bu gün ölkəmizin bölgələrini tanımaq hər
bir gəncin mənəvi vətəndaşlıq borcudur. Gənclər
arasında sorğu keçirən işçi qrupunun
üzvlərinə bildirilib ki, bu cür tədbirlərin
keçirilməsi vətənpərvərlik ruhunun
aşılanması ilə yanaşı, gənclərdə
coğrafi biliklərin inkişafına güclü təsir
edir.
"Vətəni
tanı" ümumrespublika kampaniyasının digər turu
zaqatalalı gəncləri bir araya gətirib. Əsas məqsədlərindən
biri cəmiyyətin aktiv təbəqəsi hesab edilən gənclərdə
ölkəmizin ərazi bütövlüyü məsələsinə
aşkar dəstəyin bir daha nümayiş etdirilməsi olan
kampaniyada zaqatalalı gənclər də aktiv iştirak ediblər.
Milli Şuranın idarə heyətinin üzvü Heydər
Atayevin sözlərinə görə Zaqatala rayonunda da 150-dən
çox gənc treninqdə iştirak edib. "Seçim turu
uğurla yekunlaşıb. İki nəfər qalib müəyyən
edilib. Onlar respublika turunda rayonu təmsil edəcəklər."
Xatırladaq
ki, "Vətəni tanı" ümumrespublika kampaniyası
12000 gənci bu layihəyə cəlb etməyi
qarşısına məqsəd qoyub və artıq onun
yarıdan çoxu yerinə yetirilib.
Qeyd
edək ki, rəsmi olaraq Gənclər və İdman, Təhsil,
Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri,
Torpaq Xəritəçəkmə Komitəsi layihəni dəstəkləyir.
Həmçinin "AVA" Skandinaviya klinikası və
FİXED Börders kampaniyaya dəstək verir.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 8 iyun.- S. 8.