"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti turu Bərdədə keçirilib

 

"Vətəni tanı" ümumrespublika kampaniyası öz seçim turlarını davam etdirir. Kampaniyanını işçi qrupu bu dəfə Bərdə rayonuna səfər edib. Azərbaycanın qədim şəhəri olan, aranın anası adlandırılan Bərdə şəhərində 150 gənc layihənin iştirakçısı olub. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasınının mətbuat xidmətinin rəhbəri Orxan Əli treninq barədə məktəbliləri ətraflı məlumatlandırıb.

Bərdəli gənclər kampaniyaya böyük maraq göstəriblər. İstər elektron, istərsə də xəritə vasitəsilə Azərbaycanın bölgələrini yığmaqda bərdəli gənclər bir - biri ilə yarışıblar. Əlbəttə, onlar arasından yalnız iki nəfərin respublika turuna vəsiqə qazanacağı məlum idi. Amma əsas hədəf gənclərin bu kampaniya vasitəsi ilə ölkəmizin ərazi bütövlüyünü mənimsəməsi olub. Treninq o qədər maraqlı keçib ki, gənclər hər il bu tədbirin keçirilməsini arzulayıblar.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, "AVA" Skandinaviya klinikası, FİXED Borders dəstək verir.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 7.