Hesabat konserti uğurla keçdi
İyunun 17-də Vaqif Mustafazadə adına Uşaq incəsənət məktəbində
şagirdlərin 2010-2011-ci tədris ilinin yekununa həsr olunmuş ənənəvi
illik hesabat konserti oldu. Konsertdə respublikanın
tanınmış incəsənət
ustaları, eləcə
də Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin şöbə
müdiri Bəturə
Məmmədəliyeva iştirak
etdi.
Hər
il olduğu kimi, bu tədris ilinin yekununda da müsabiqə və
festifallarda fərqlənmiş müəllim və şagirdlərin
idarənin və məktəbin fəxri fərmanı və
diplomları ilə təltif olunduğunu açıqlayan məktəbin
direktoru, əməkdar mədəniyyət işçisi Elxan
Məmmədov xoreoqrafiya şöbəsinin tərkibində fəaliyyət
göstərən İradə Əliyevanın rəhbərlik
etdiyi "Aysel" rəqs qrupunun adını xüsusi qeyd
etdi. Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin əksər tədbirlərində
uğurla çıxış edən "Aysel" rəqs
kollektivi qardaş Türkiyədə "Nissan" uşaq və
Rize Tulum, İtaliyada milli rəqs festivallarında uğurla
çıxış edərək Azərbaycanımızın
musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Konsertdə
fortepiano, simli alətlər, xalq çalğı alətləri
şöbələrinin şagirdləri
çıxış etmişlər.
Konsert
Sevinc Tağıyevanın rəhbərlik etdiyi xorun
kollektivinin ifasında N.Əliverdibəyovun "Azərbaycan"
mahnısı ilə başlandı.
Skripkaçılar
ansamblının ifasında Conlinin "Çarli
Çaplin" (müəllim Sima Əlizadə), VI sinif
şagirdi Nuranə Kazımovanın fortepianoda İ.Baxın
konserti (müəllim bəstəkar Nüşabə Muradova),
Vilzon Hüseynov və Hüseynağa Aslanovun skripkada ifa etdikləri
J.Bizenin "Karmen" operasından Antrakt (müəllim Yuliya
İbrahimova və Tatyana Mişel), Aydan Dadaşovanın
qarmonda Ü.Hacıbəyovun "Leyli və Məcnun
operasından "Rəqs" (müəllim Sevil Səmədova),
IV sinif şagirdi Aişə Binnətzadənin kamançada
Cenkenqonun "Rəqs" (müəllim Vəfa Kərimova) və
bir-birindən maraqlı digər musiqi nömrələri
tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı.
Konser
"Aysel" rəqs qrupunun ifasında popuri musiqi nömrələrilə
sona yetdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 19 iyun.- S. 7.