Qobustan inkişaf
və tərəqqi dövrünü yaşayır
Qobustan rayonunda 2010-cu ilin
sosial-iqtisadi inkişafına həsr olunmuş hesabat
yığıncağı işgüzar şəraitdə
keçdi. Məruzəçi, rayon icra hakimiyyətinin
başçısı İsmayıl Əliyev qeyd etdi ki,
ölkə Prezidentinin təşəbbüsü ilə
2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar
olaraq rayonun park və xiyabanlarında 6 mindən çox,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cəngi
meşəsalma müəssisəsi tərəfindən 212100 ədəd
ağac əkilmişdir.
Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun
olaraq rayonda həyata keçirilməsi nəzərdə
tutulan 19 tədbirdən 12-nin icrasına
başlanıldığını bildirən natiqin sözlərinə
görə, 2009 və 2010-cu illərin məhsulu
üçün əkilmiş taxıl sahələrinə
görə istifadə olunmuş yanacaq və motor
yağlarına görə yardımın verilməsi təmin
edilmişdir. Qobustan şəhərində 10 min tonluq tutumu
olan taxıl saxlama anbarının tikintisi davam etdirilir. Vergi
terminalının, baytarlıq və diaqnostika mərkəzinin,
Bədəlli kəndində isə baytarlıq məntəqəsinin
tikintisi başa çatdırılmışdır.
2009-2010-cu illər ərzində 276 baş inək yüksək məhsuldar cins buğa toxumu ilə mayalandırılmış, 88 baş bala alınmışdır. Rayonda 3 özəl damazlıq arıçılıq təsərrüfatı yaradılmışdır. 7 özəl toxumçuluq təsərrüfatı tərəfindən 1400 ton keyfiyyətli toxum əkinçilərə satılmışdır.
Qobustan-Xilmilli və Sabir-Təklə Mirzəbaba yolunda cari təmir işləri görülmüş Qobustan şəhərinin şərq hissəsində giriş meydanı əsaslı təmir olunmuş, şəhərdaxili küçələrin 4,2 kilometrində əsaslı təmir işləri aparılmışdır.
Xilmilli kəndinin qazlaşdırılması, Nabur və Sündü kəndlərində qazlaşdırmanın tam başa çatdırılması üçün müvafiq tamamlama işləri aparılır. Cəyirli, Çelov, Təklə və Təklə Mirzəbaba kəndlərində korroziyaya uğramış 753 metr boru xətləri yenisi ilə əvəz edilmişdir.
Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir. Xilmilli kəndində su təchizatının yaxşılaşdırılması məqsədilə müvafiq sənədlərin hazırlanmasına başlanılmışdır. Qobustan şəhərində Olimpiya İdman Mərkəzinin tikintisi davam etdirilir, bundan əlavə, rayonda bir süni örtüklü futbol meydançasının tikintisinə başlanılmışdır. Xilmilli kəndində 360 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, Təklə kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Qobustan şəhərində bələdiyyə və təhsil şöbəsi üçün inzibati binalar tikilib istifadəyə verilmiş, Milli Elmlər Akademiyasının seysmoloji stansiyasının tikintisi davam etdirilir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən günəş və külək enerjisindən istifadə üzrə stansiyaların quraşdırılmasına başlanılmışdır. Ötən il həmçinin Xilmilli, Təklə və Ərəbşalbaş kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmiş, Cəngi kəndində "Azpetrol" yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Qaracüzlü kəndi ərazisində "AXV" MMC tərəfindən çınqıl hasilatı üçün elevatorlar quraşdırılmışdır. Eyni zamanda, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayon "Aqrotexservis" filialı və rayon Statistika İdarəsi üçün inzibati binaların tikintisi üçün müvafiq sənədlər hazırlanmışdır. Dövlət proqramlarının icrası nəticəsində son illərdə rayonumuzda 7366 yeni iş yeri açılmışdır ki, bunlardan 1851-i daimi iş yeridir. Rayonda istehsal olunan heyvandarlıq məhsullarının 100 faizi, taxıl məhsullarının isə 98 faizi özəl sektorda istehsal olunur. 2010-cu ildə rayonda 27417 ton taxıl, 1058 ton kartof, 931 ton tərəvəz, 605 ton bostan məhsulu, 1165 ton meyvə və 500 ton üzüm istehsal olunmuşdur. Rayonda taxıl toxumlarının istehsalı ilə məşğul olan 1 elmi idarə, 1 dövlət təsərrüfatı, 11 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2010-cu ildə toxum istehsalçılarına 117 min manat subsidiya verilmişdir.
Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə istehsalçılara yanacaq və motor yağlarına görə 1001326 manat , buğda əkininə görə isə 617531 manat yardım verilmişdir.
2010-cu ildə əkinçilərə güzəştli
şərtlərlə 1123 ton mineral gübrə
satılmışdır. Bundan başqa, 5030 ton ət, 14830 ton süd, 6930 min ədəd
yumurta, 333 ton yun istehsal olunmuşdur.
Son illər
ərzində rayonda 4 nəfər Qarabağ əlili fərdi
yaşayış evi ilə, 7 Qarabağ əlili və 1 şəhid
ailəsi isə mənzillə təmin edilmişdir.
Hazırda rayonda əlillər və şəhid ailələri
üçün 16 mənzilli binanın tikintisi başa
çatmaq üzrədir. 2010-cu ildə rayonda 2 nəfər əlil
dövlət tərəfindən pulsuz avtomobillə təmin
edilmişdir.
İl ərzində
Təsi-Bədəlli su xəttinin çəkilişindən
sonra 158 abonentə su verilişi təmin olunaraq
sayğaclaşma işləri aparılmışdır.
Hazırda rayon üzrə içməli su ilə təmin
olunan abonentlərin sayı 560-a
çatdırılmışdır.
2010-cu ildə
2009-cu illə müqayisədə elektrik enerjisi istehlakına
1,8 milyon kilovatsaat, təbii qaz istehlakına isə 3,9 milyon
kubmetr qənaət edilmişdir.
Vaxtı
ilə heç bir texnikaya malik olmayan rayonun Kommunal Müəssisələri
Kombinatının Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü ilə
hazırda bütün lazımi texnika ilə təmin edildiyini
böyük minnətdarlıq hissi ilə qeyd edən məruzəçi
bildirdi ki, 2009-cu ildə rayona 2, 2010-cu ildə isə daha 4 yeni
xüsusi təyinatlı texnika ayrılmışdır ki, bu
da şəhər təsərrüfatının öz
işini lazımi şəkildə təşkil etməsinə
böyük imkanlar yaratmışdır.
Sündü, Ərəbşalbaş, Təklə, Təklə Mirzəbaba, Cəmcəmli kənd tam orta, Ərəbşalbaş kənd ümumi orta və Qaracüzlü kənd məktəblərində əsaslı, şəhər 3 saylı tam orta, Sədəf ümumi orta və Nardaran kənd ibtidai məktəblərində cari təmir işləri görülmüşdür. Cəngi kəndində yeni məktəb binasının tikintisi üçün müvafiq layihə sənədləri hazırlanır. Bundan başqa, məktəblərə 300 ədəd parta və 70 ədəd müəllim stolları paylanmışdır. Yerli büdcə hesabına 130 ədəd printer alınaraq məktəblərə verilmişdir. Mərkəzi Rayon Xəstəxanasında yaradılmış həkim və orta tibb işçilərindən ibarət səyyar qruplar mütəmadi olaraq rayonun yaşayış məntəqələrində, təhsil müəssisələrində reydlər keçirmiş, aşkar olunmuş xəstəliklərlə bağlı müvafiq tədbirlər həyata keçirmişlər. Eyni zamanda, Təcili təxirəsalınmaz yardım şöbəsi müasir tibbi avadanlıqla təmin olunmuş, avtonəqliyyat və zəruri dərman preparatları ilə təmin edilməsi nəticəsində 7200 sakinə evə çağırışla, 5432 ambulator xəstəyə isə şöbədə ilkin tibbi yardım göstərilmişdir. 2685 nəfər 6 yaşına qədər uşaqlar arasında təqvim üzrə qoruyucu peyvəndlər aparılmışdır. Nəticədə əvvəlki illərdən fərqli olaraq, bu yaş qrupuna aid uşaqlar arasında təqvim üzrə bütün uşaqlar arasında qoruyucu peyvənd aparılmışdır. Eyni zamanda, 627 uşağa qan qrupu təyin edilmiş, 823 uşağa isə elektron sağlamlıq kartı paylanmışdır.
Səhiyyəyə aid Dövlət Proqramlarının icrası ilə bağlı da müəyyən tədbirlər həyata keçirilmişdir. Talassemiya xəstəliyindən əziyyət çəkən xəstələrə yardım məqsədilə rayonumuzda qanvermə aksiyası keçirilmiş, 140 şəkərli xəstə qlukometr aparatı ilə təmin edilmişdir. Qeydiyyatda olan onkoloji, əsəb-ruhi, qan və şəkərli xəstələr, həmçinin, 243 vərəmli xəstə DOST proqramı vasitəsilə dərman preparatları ilə təmin olunmuşlar.
Qurbançı kənd həkim məntəqəsi yeni müasir bina və avadanlıqla təmin olunmuşdur. Mərkəzi xəstəxananın istilik sistemi tam bərpa edilmişdir. Xəstəxanaya Səhiyyə Nazirliyi tərəfindən 1 ədəd müasir tibbi avadanlıqla təmin edilmiş "Mersedes-Benz" markalı təcili tibbi yardım maşını verilmişdir. 2010-cu il ərzində mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar bir sıra işlər görülmüşdür. Belə ki, rayon kitabxanalarına 50-dən artıq stellaj kitab rəfləri, stol və digər avadanlıqlar verilmişdir. İl ərzində rayon mədəniyyət müəssisələrində qismən cari təmir işləri aparılmışdır.
2010-cu ildə görülmüş işlərin, həyata keçirilmiş tədbirlərin bu il üçün də möhkəm baza rolunu oynadığını deyən icra başçısı xüsusi vuruğuladı ki, Prezident İlham Əliyevin şəxsi qayğısı sayəsində çiçəklənən və intibah dövrünü yaşayan Qobustan və qobustanlılar məhz buna görə həmişə möhtərəm dövlət başçısına minnətdar olaraq, onun yürütdüyü siyasətin sadiq tərəfdarlarından biri olacaqdır.
İclasda Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev iştirak edirdi.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 2 mart.- S. 9.