Sağlamlıq, gözəllik və gənclik bayramı

 

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür

 

Bu bayram xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsi və idmanın əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə həyata vəsiqə almışdır. Dövlət başçımızın böyük qayğısına daim layiqli qələbələrlə cavab vermək əzmində olan Azərbaycan idmançıları hər dəfə olduğu kimi, bu ilöz bayramlarını böyük qürur hissi ilə qeyd edirlər.

 

İdman ictimaiyyətimiz, bütün xalqımız onların qələbələri ilə haqlı olaraq fəxr edir. Azərbaycan idmanının ən yaxşı nümayəndələri beynəlxalq meydanda ən mötəbər yarışlarda - dünyaAvropa çempionatlarında, OlimpiyaParalimpiya oyunlarında, Yeniyetmələrin Yay Olimpiadasında layiqincə mübarizə aparır, fəxri kürsüyə yüksəlirlər və bu qələbələr şərəfinə müxtəlif ölkələrdə Azərbaycanın dövlət himni səsləndirilir, milli bayrağımız yüksəyə qaldırılır.

Başqa cür ola da bilməz. Ölkəmizdə dövlətin gündəlik qayğısı böyük diqqəti ilə əhatə olunmuş idmanın inkişafı üçün yaradılmış əla şərait, paytaxt Bakı ilə yanaşı bölgələrdə inşa edilmiş 29 Olimpiya İdman Kompleksi (yaxın vaxtlarda onların sayı daha da artacaqdır) idmançılarımıza təcrübəli mütəxəssislərin rəhbərliyi altında öz ustalıqlarını durmadan artırmaq beynəlxalq yarışları yüksək hazırlıq səviyyəsində qarşılamaq imkanı verir. Bundan başqa, idmanın inkişafına yetirilən diqqət insanlarımıza nəcib keyfiyyətlər aşılayan, gözəl əhval-ruhiyyə yaradan sağlamlıq gümrahlıq məşğələlərinin həyatımızın çox mühüm tərkib hissəsinə çevrilməsini təmin edir. Təsadüfi deyil ki, indi Azərbaycan bütün dünyada gündən-günə çiçəklənən möhkəmlənən bir idman ölkəsi kimi tanınır.

Qazanılmış qələbə medalları daha da artırmaq arzusu ilə yaşayan Azərbaycan idmançıları London Olimpiadası - 2012-yə aparan yolda çox məsul il olan olimpiyaqabağı 2011-ci ildə ciddi vəzifələri həll etməlidirlər. Qarşıda onları XXX Yay Olimpiya Oyunlarına lisenziya uğrunda gərgin yarışlar gözləyir. Reytinq xalları qazandıran bəzi növlər üzrə turnirlərə artıq start verilmişdir idman ictimaiyyətimiz şübhə etmir ki, Azərbaycan İngiltərə paytaxtında Pekin-2008-dəkindən mötəbər nümayəndə heyəti ilə təmsil olunacaqdır. Hazırda bütün idman təşkilatlarımızın, mütəxəssislərin, məşqçilərin onların yetirmələrinin diqqəti məhz bu məsələyə yönəlmişdir.

Bu gün ölkəmizin hər yerində bədən tərbiyəçiləri idmançılar yüksək fəallıq şəraitində öz bayramlarını qeyd edəcək, bu münasibətlə müxtəlif yarışlar tədbirlər keçirəcəklər. Ayrı-ayrı idmançılarımızın komandaların beynəlxalq meydanda qazandıqları növbəti qələbələr isə bayramı ikiqat əlamətdar hadisəyə çevirir.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 5 mart.- S. 7.