Azərbaycan cəmiyyət
həyatının bütün sahələrində uğurla
inkişaf edir
Eyni zamanda, ölkədə ictimai
nəzarət də gücləndirilir
Əgər
biz doğrudan da Azərbaycanı müasir ölkə kimi
görmək istəyiriksə və bütün sahələrdə
inkişafı görmək istəyiriksə, xoşagəlməz
hallara qarşı mütləq ciddi mübarizə
aparmalıyıq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi siyasət
mütləq mənada hər bir vətəndaşın
həyat şəraitinin
yaxşılaşdırılmasına yönəlib. Dövlətin əsas niyyəti ölkəni
müasirləşdirmək, yeni infrastruktur layihələrini
reallaşdırmaq, bütün regionların bərabər
şəkildə inkişaf etdirilməsinə nail olmaq, hər bir insanın hüquq və azadlıqlarının
qorunmasının qarantına çevrilmək, demokratik dəyərlərin
daha genişmiqyaslı şəkildə
tətbiqini təmin etmək, Avropa ailəsinə öz
töhfələrimizi verməklə yanaşı, Avropa təcrübəsinin
ölkəmiz üçün
məqbul olan bütün cəhətlərini
qəbul etməkdir. Prezident İlham
Əliyev gənc və müstəqil Azərbaycan
Respublikasının bütün dünyada demokratik, sivil, dünyəvi dövlət imici qazanmasına nail olmuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan dövlətçilik
kursunun uğurla davam etdirilməsi nəticəsində
"Odlar yurdu"
sözün həqiqi mənasında
Müstəqil Dövlətlər Birliyi miqyasında öncüllüyünü
qoruyub saxlamışdır.
Bu
gün dünyanı daha çox maraqlandıran üç əsas
məsələ var ki, həmin məsələlərin
hamısında Azərbaycan özünəməxsus nümunələr
göstərir. Birinci, ölkələrin enerji təhlükəsizliyinin
təmin edilməsi. Bu sahədə Azərbaycan dövləti
nəinki öz enerji təhlükəsizliyini təmin
etmişdir, üstəlik Qafqazın və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində dünya miqyaslı uğurlara imza
atmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz ixrac kəmərlərindən sonra Avropanın və Qərbin
maraqlarında olan daha bir neçə müqavilə
imzalanmışdır ki, bu da ölkəmizin regiondakı
nüfuzunun iti sürətlə artmasını təmin
etmişdir.
İkinci
önəmli məsələ cəmiyyət həyatında
demokratik dəyərlərin daha geniş şəkildə tətbiq
edilməsi, əsas insan hüquq və azadlıqlarının
qorunmasına nail olunmasıdır. Bu bir həqiqətdir ki, Azərbaycanda
ölüm hökmünün icrasının ləğv edilməsi,
mətbuat üzərindən senzuranın götürülməsi,
siyasi plüralizmə geniş şərait yaradılması,
kütləvi informasiya vasitələrinə fəaliyyət sərbəstliyi
verilməsi, söz, fikir, sərbəst toplaşmaq
azadlıqlarının təmin olunması Azərbaycanla eyni
vaxtda müstəqillik əldə etmiş ölkələrə
görə bizdə daha yüksək səviyyədədir. Üstəlik,
Seçki Məcəlləsi birbaşa Avropa və dünya
ekspetlərinin iştirakı ilə hazırlanmış,
ölkəmizdə keçirilən bütün seçkilər
həm yerli, həm də xarici müşahidəçilərə
açıq elan edilmişdir. Bu gün dünyanın ən
aparıcı kütləvi informasiya vasitələri Azərbaycandakı
söz azadlığından, seçkilərin ədalətli,
şəffaf və demokratik şəraitdə keçirilməsindən
yazırlar.
Terrorçuluq,
zorakılıq və separatçılığa qarşı
aparıcı dövlətlərlə birgə mübarizə
aparılması da bu gün dünyanın əsas gündəm
maddələrindən birini təşkil edir. Azərbaycan
dünyanın müxtəlif qaynar nöqtələrinə
öz sülhməramlı qüvvələrini göndərməklə,
2001-ci ildə ABŞ-da törədilmiş qanlı terror hadisəsindən
sonra yaradılmış antiterror koalisiyasında fəal
iştirak etməklə, eyni zamanda beynəlxalq təşkilatların
bu istiqamətdə həyata keçirdiyi çoxsaylı
layihələrə qoşulmaqla şər qüvvələrə
qarşı ümumdünya miqyaslı mübarizəyə
öz töhfələrini vermişdir. Yəni, sivil, dünyəvi
və demokratik dövlət quruculuğu kursu
götürmüş Azərbaycanın daxili və xarici siyasəti
dünya ictimaiyyətinin arzu etdiyi səviyyədədir.
Ölkə
daxilində həyata keçirilən çoxsaylı dövlət
proqramları, irimiqyaslı layihələr və sayı
yüzlərlə hesablanan sosial-iqtisadi tədbirlər
bilavasitə əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına xidmət edir. Son yeddi
ildə ölkədə 9 milyondan çox yeni iş yerinin
yaradılması, yoxsulluq həddinin 49 faizdən 9 faizədək
azaldılması, 2 mindən çox yeni iş yerinin
açılması, ölkə ərazisində bütün
bölgələrin elektrik enerjisi, təbii qaz, içməli
su ilə dayanıqlı şəkildə təmin olunması
bilavasitə dövlətin öz vətəndaşına
göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev təkcə 2010-cu ildə
bölgədə yaşayan ölkə vətəndaşları
ilə görüşmək üçün 27 dəfə əyalət
şəhərlərinə və rayonlara səfər
etmişdir. Ötən il ölkəmiz üçün yeni əsrin
ən böyük iqtisadi layihələrindən olan Oğuz-Qəbələ-Bakı
su kəməri layihəsi
reallaşdırılmışdır ki, bu da heç bir
kommersiya məqsədi güdməyən, sırf dövlət
vəsaiti ilə ərsəyə gələn layihə kimi
regionun bütün ölkələrində böyük
maraqla qarşılanmışdır. Bu layihə paytaxt əhalisinin
içməli suya olan tələbatını ödəyəcək.
Bununla yanaşı, ökədə hər bir kəsin Prezidenti
olacağına söz vermiş İlham Əliyev
respublikanın 18 aran rayonunun 156 yaşayış məntəqəsində
sutəmizləyici qurğuların
quraşdırılmasına nail olmaqla paytaxt sakini ilə ucqar
kənd sakini arasında heç bir fərqin
qoyulmayacağını sübut etmişdir.
Bununla
yanaşı, Prezident İlham Əliyev bütün dünyada
dərin kök salmış rüşvətxorluq, korrupsiya və
digər halların Azərbaycanda geniş qol-qanad
açmasına imkan verilməyəcəyini bəyan
etmişdir. "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının ikinci ilinin
yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində həmin
məsələyə toxunan Prezident İlham Əliyev bu
neqativ hallara qarşı mübarizədə xalqın dövlətə
kömək etməsini vacib saymışdır: "Ölkəmiz
üçün, o cümlədən sahibkarlığın
inkişafı üçün vacib olan məsələlərdən
biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa
qarşı mübarizəni gücləndirməkdir... Korrupsiya
və rüşvətxorluq böyük bəladır,
böyük yaradır və bizim üçün
böyük ləkədir. Elə etməliyik ki, bütün
sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə
ki, həm inzibati tədbirlər görülür və
görüləcəkdir. Eyni zamanda biz struktur
islahatlarını elə aparmalıyıq ki, rüşvətxorluq
tamamilə aradan götürülsün".
Son
günlər kütləvi informasiya vasitələrinin
yaydığı çoxsaylı xəbərlər bir daha təsdiq
edir ki, Azərbaycan dövləti korrupsiya və rüşvətxorluq
kimi ağır bəlaya qarşı mübarizədə
öz qətiyyətini və iradəsini tamamilə ortaya
qoymuşdur. Ölkə əhalisi iqtisadiyyatın
inkişafına mane olan bu bəlaların kökünü
tamamilə kəsmək istiqamətində dövlətin həyata
keçirdiyi məqsədyönlü tədbirləri rəğbətlə
qarşılayır və dəstəkləyir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 5 mart.- S. 4.