Adın şərəflidir
sənin ey qadın...
Zeynəb Xanlarova, Milli Məclisin deputatı:
- Azərbaycan qadınları
tarixən ismətli, qeyrətli, qorxmaz, mərd olub. Qadınlarımız həmişə onlara tapşırılan işin öhdəsindən
şərəflə gəliblər.
Ümummilli lider Heydər
Əliyevin hakimiyyətdə
olduğu illərdə
qadınlara böyük
etimad göstərilərdi.
Azərbaycan qadınları
SSRİ Ali Sovetinin deputatı
seçilmiş, Sosialist
Əməyi Qəhrəmanı
kimi şərəfli
ada layiq görülmüş, Vətənin
ən ali
mükafatları ilə
təltif olunmuş və dövlət işlərində məsul
vəzifələrdə çalışmışlar.
Onu da qeyd edim
ki, qadınlarımız
onlara göstərilən
bu etimadı öz əməkləri ilə doğruldurdular.
Ulu öndərin
bu siyasəti möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən də
layiqincə davam etdirilir. Qadınlarımıza yenə də
böyük etimad göstərilir, onlar icra hakimiyyəti orqanlarında müxtəlif
vəzifələrə təyin
edilirlər.
Bu gün dünya
qadınlarının bayramıdır. Fürsətdən istifadə edərək bütün anaları, bacıları, qızları
bu əziz bayram münasibətilə
səmimi qəlbdən
təbrik edirəm, onlara ailə səadəti, xoşbəxtlik,
cansağlığı arzulayıram.
Qadın anadır, bacıdır, ən əziz varlıqdır. İnanıram ki, Azərbaycan
qadınları daim Vətənin, xalqın, millətin xoşbəxt gələcəyini düşünəcək,
bu yolda bütün qüvvələrini
sərf edəcəklər.
Bayramınız mübarək olsun,
əziz xanımlar!
Sədaqət Vəliyeva, Milli
Məclisin deputatı:
- Bu gün iftixarla deyə bilərəm ki, Azərbaycan qadınlarının xoş
sədaları artıq
dünyanın müxtəlif
ölkələrindən eşidilir.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, incəsənətimizin dünya
miqyasında tanıdılmasında
Azərbaycan qadınlarının
rolu böyükdür.
Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti
xüsusi qeyd olunmalıdır. Azərbaycanın birinci xanımı xarici ölkələrə
səfərləri zamanı
keçirdiyi görüşlərdə
mədəniyyətimizi, incəsənətimizi
geniş təbliğ
edir, xalqımıza qarşı törədilmiş
terror aktları barədə
ətraflı məlumat
verir. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
"Xocalıya ədalət"
beynəlxalq kampaniyası
da Azərbaycan xanımlarının beynəlxalq
aləmdəki fəallığı
kimi qiymətləndirilməlidir.
Bütün bunlar bir daha təsdiqləyir ki, artıq Azərbaycan xanımları
mötəbər beynəlxalq
təşkilatların yüksək
tribunalarından söz
demək, ölkəmiz
haqqında dünya birliyinə əsl həqiqətləri çatdırmaq
qabiliyyətinə malikdir.
Azərbaycan xanımının parlaq siması olan Mehriban xanım Əliyeva başda olmaqla bütün xanımlaımızı bu
bayram münasibəti
ilə təbrik edir, onlara ailə
xoşbəxtliyi arzulayıram. Qoy qadınlarımız
həmişə günəş
kimi parlaq olsunlar. Müstəqil dövlətimizin daha da çiçəklənməsi
yolunda xanımlarımıza
uğurlar arzulayıram.
Gülər Əhmədova, Milli
Məclisin deputatı:
- 8 Mart qadınların əziz bayramıdır. Mənim fikrimcə, həmin
gün ən xoşbəxt an hər kəsin öz anasını təbrik etməsidir. Ana yer üzündə ən böyük, ən müqəddəs varlıqdır. Onların sevinci
də, kədəri də hər birimizin sevinci, kədəridir. Əlbəttə, istərdik ki, analarımız hər zaman sevincli olsun, təbəssüm onlardan heç vaxt əskik olmasın.
Azərbaycan qadınları həmişə
öz igidliyi, cəsarəti ilə fərqlənib. Ölkəmizdə qadınlara daim
yüksək diqqət
və qayğı göstərilib. Milli Məclisdə
çoxlu sayda xanım deputatlarımızın
təmsil olunması da bu etimadın
təzahürüdür. Qadınlarımız xarici ölkələrdə
keçirilən tədbirlərdə
ölkəmizi ləyaqətlə
təmsil edir, ictimai-siyasi hadisələrdə
fəal iştirak edirlər. Bu, Azərbaycan qadınlarının
beynəlxalq aləmdə
əsl həqiqətləri
olduğu kimi çatdırmaq qabiliyyətində
olmasından xəbər
verir.
Bu əziz gündə
bütün qadınlarımıza
cansağlığı arzulayıram. Arzu edirəm
ki, öz doğma yurd-yuvalarından
didərgin düşmüş
xanımlarımız da
bu gözəl bayramı isti ocaqlarında keçirsinlər.
Mən inanıram ki, həmin günə az
qalıb. Gün gələcək ki, biz 8 Mart Beynəlxalq Qadınlar Gününü
və xalqımız üçün əziz bayram olan Novruz
bayramını Dağlıq
Qarabağda təmtəraqla
keçirəcəyik.
Bayramınız mübarək, əziz
analar!
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.-
8 mart.- S. 2.