Bakı şəhərinin
ətraf kənd və qəsəbələrinin
inkişafı daim diqqət
mərkəzində saxlanılır
Azərbaycanda
aparılan quruculuq işləri gündən-günə
vüsət alır. Ölkəmiz getdikcə inkişaf edir,
güclənir. Bu tərəqqi respublikamızın
bütün şəhər və qəsəbələrində
olduğu kimi, paytaxtımızda da özünü qabarıq
büruzə verir. Son illər Bakı şəhərində
çox böyük tikinti - abadlıq işləri
aparılmışdır.Prezident İlham Əliyevin
paytaxtımızın müasir meqapolisə, böyük
şəhərə çevrilməsi səyi öz nəticəsini
verməkdədir.
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin
və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafına dair müşavirədə bu barədə ətraflı
söhbət getmişdir. Dövlət
başçımız demişdir: "Son bir neçə il
ərzində şəhərimizdə 23 yol
ötürücüsü, körpülər, tunellər
istifadəyə verilmişdir, yolların genişləndirilməsi
layihələri icra edilmişdir. Harada ki,
yollar yox idi bir çox
hallarda orada yeni yollar salınmışdır. Elə bil
yeni damarlar açılmışdır ki,
yol hərəkəti
daha da rahat
olsun.
Bununla bərabər,
şəhərimizdə 32 piyada keçidi tikilmişdir. Əvvəlki illərdə tikilmiş
bütün keçidlər
bərpa olunmuşdur və bu keçidlər
bu gün memarlıq əsərləridir.
Bəzilərində eskalatorlar quraşdırılıb
ki, insanların rahatlığı üçün
şərait yaradaq.
Bütün piyada keçidlərimiz
ən yüksək standartlara cavab verir. Piyada keçidlərinin inşası davam etdirilir. Həm şəhərin mərkəzində, həm
də yeni yolların salınması
ilə əlaqədar
bu piyada keçidlərinin tikintisinə
daha da böyük
ehtiyac yarandı.
Çünki yollar genişləndikcə,
əlbəttə ki, insanların o yollardan rahat keçməsi üçün əlavə
şərait yaradılmalı
idi.
Bakıda
bu il
Nəqliyyatın İntellektual
İdarə Edilməsi
Mərkəzi istifadəyə
veriləcəkdir. Bu mərkəz də dünya standartları səviyyəsində qurulur
və bizə imkan verəcək ki, yol hərəkətini
tənzimləmək üçün
ən qabaqcıl texnologiyalardan istifadə edək. Beləliklə, şəhərdə tıxac problemlərinin həlli üçün əlavə imkanlar yaranacaqdır.
Bakı şəhərinin, ətraf
kənd və qəsəbələrin inkişafı
ilə bağlı sərəncamın imzalandığı
gündən bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib
hazırlanmış və
uğurla həyata keçirilmişdir. Daha dəqiq desək, adıçəkilən bölgənin
qaza, suya, elektrik enerjisinə olan tələbatının
ödənilməsi, küçə
və məhəllədaxili
işıqlandırma sistemlərinin
qurulması, ictimai nəqliyyatın fasiləsiz
işləməsi, sosial
təyinatlı obyektlərin
- məktəblərin, uşaq
bağçalarının, xəstəxanaların, mədəniyyət
evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür.
Şübhəsiz ki, enerji təminatının
tam həlli, kanalizasiya
sistemlərində yeni
təmizləyici qurğuların
qurulması, qəsəbədaxili
xidmət obyektlərinin
mədəni-məişət, texniki, tibbi avadanlıqla təmin edilməsi, həmçinin,
idman qurğularının
istifadəyə verilməsi
gələcəkdə bu
bölgədə turizmin
inkişafı üçün
münbit şərait
yaradır. .."
Müşavirədə milli mədəni irsimizin mühüm tərkib hissəsi sayılan abidələr, məbədlər
və bu qəbildən olan digər zəngin memarlıq nümunəsi sayıla bilən tikililərin bərpa edilərək öz əvvəlki görünüşünə
qaytarılması barədə
də danışılmışdır.Göstərilmişdir
ki, görülən bu işlərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi vardır.Mehriban xanım Əliyeva milli və vətəndaş təəssübkeşliyi, mədəni
irsimizə göstərdiyi
qayğı nəticəsində
respublikamızın digər
bölgələrində olduğu
kimi, Bakıda, şəhərətrafı qəsəbə
və kəndlərdə
də insanların dərin rəğbətini
qazanmışdır.
Müşavirədə səslənən və diqqəti çəkən
bir neçə məqama da münasibət bildirmək
istərdim. Əvvəla onu deyim ki,paytaxtətrafı
qəsəbələrin hər
birinin oxşar cəhətləri ilə
yanaşı, həm də özünəməxsusluğu
və bənzərsizliyi
hamımıza məlumdur.Başqa
sözlə, hər bir kəndin və onun sakinlərinin
uzun illər formalaşmış spesifik
xüsusiyyətləri, etik
davranış qaydaları,
ənənəvi peşə,
sənət və məşğulluq sahələri
vardır.Belə halda
,təbii ki, həmin yaşayış
sahələrində müvafiq
layihələr reallaşdırılarkən
bu cəhət xüsusilə nəzərə
alınmalıdır. Bu isə müşavirədə
deyildiyi kimi, ümumi işimizin xeyrinə olardı.
Diqqəti bir məsələyə
də yönəltmək
istərdim. Hamımız
bilirik ki, Bakı şəhəri qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər proqramının həyata
keçirilməsində işsizlik
problemi və onun həlli yolları strateji, prioritet xarakter daşıyırdı. Bu gün
artıq məlumdur ki, həmin tədbirlər proqramının
icrası ilə bağlı çoxsaylı
tədbirlər həyata
keçirilmiş,müsbət nəticələr əldə
edilmişdir.Ümumiyyətlə, bu sahədə kifayət qədər müsbət dəyişikliklər
baş vermişdir. Yerli əhali üçün əvvəllər
də, hazırda da ənənəvi sayılan məşğulluq
sahələrinin - heyvandarlığın
və balıqçılığın
inkişafı, müxtəlif
çeşidli kənd
təsərrüfatı məhsullarının
yetişdirilməsi, tətbiqi
sənət növlərindən
sayılan zərgərliyin
və xalçaçılığın
inkişafı danılmazdır.
Müşavirədə həmçinin
bildirilmişdir ki, sözügedən istiqamətdə
hələ görüləcək
işlər az deyildir. Məsələn,
zəfəran yetişdirilməsi
ilə bağlı məsələyə nəzər
salaq.Halbuki tarixi təcrübə məhz bu problemin həllində
bizə çıxış
yolunu göstərir. Həqiqəti özündə
tam əks etdirən tarixi mənbələrə
istinadən deyə bilərik ki, təkcə Abşeronun Bilgəh qəsəbəsində
vaxtilə becərilən
nadir və sağlamlıq
üçün olduqca
əhəmiyyətli sayılan
zəfəran bitkisi, tərkibində olduğumuz
çar Rusiyasının,
sonralar isə Sovetlər Birliyinin tələbatını nəinki
ödəyir, hətta
xaricə qızıl
pula satılırdı.
Müşavirədə digər məqamlara da diqqət yetirilmişdir.Göstərilmişdir
ki, bir vaxtlar
Bakının kənd
və qəsəbələri
paytaxtın ağartı,
meyvə-tərəvəz və
bostan məhsullarına
olan tələbatını
tam və dolğun şəkildə ödəyirdi.
Bu ənənə yenidən
bərpa olunmalıdır.
Bildirilmişdir ki, indi Bakıya gələn hər bir qonaq
gözəlliyinə görə
paytaxtımızı dünyanın
ən böyük şəhərləri ilə
müqayisə edir. Ancaq paytaxtda aparılan abadlıq-quruculuq işləri,
eləcə də şəhərin sürətli
inkişaf tempi fonunda paytaxtətrafı kənd
və qəsəbələrin
sosial-iqtisadi və mədəni inkişafı
sahəsində əldə
edilmiş uğurlar o
qədər də ciddi nəzərə çarpmır. Bununla belə,
dövlətimizin başçısının
Bakı şəhərinin
kənd və qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
dair imzaladığı
sərəncam əsasında
qəbul edilən konkret proqram və gündəlik diqqəti bu problemin tezliklə həllinə əsaslı
zəmin yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə
Bakı şəhərinin
və paytaxtətrafı
qəsəbələrin sosial-iqtisadi
inkişaf məsələlərinin
bundan sonra da diqqət mərkəzində saxlanılacağını
bildirmişdir. Dövlət başçısı demişdir
ki, Bakı qəsəbələrinin inkişafına
tam şəkildə nail olunmalıdır...Burada həm infrastruktur, həm sənayeləşmə, iş
yerləri, yollar,kommunal sahə-bütün
bu məsələlərə
kompleks şəkildə
yanaşılmalıdır.
Ölkə Prezidenti yekun nitqində paytaxt sakinlərinin hər biri üçün maraqlı olan bir məqama da toxunmuşdur.Dövlət
başçısı demişdir:"
Bakımızın inkişafı
davam edir, şəhərimiz gözəlləşir,
abadlaşır. Hazırda yeni
böyük layihə
icra edilməyə başlamışdır - "Ağşəhər"
layihəsi. Bu layihənin də çox böyük rəmzi mənası vardır. Çünki tarixi "qaraşəhər"
adlandırılan ərazidə
yeni inkişaf layihəsi təqdim edilibdir. Beynəlxalq sərgilərdə "Ağşəhər" layihəsi
təqdim olunur. Böyük bir yaşayış mərkəzi olacaqdır.
Kiçik bir şəhərə
bərabər inkişaf
layihəsi olacaqdır.
Yəni,
əslində Bakının
içində ekoloji cəhətdən ən yararsız yerlərdə,
neftlə, neft tullantıları ilə çirklənmiş torpaqlarda
müasir, ekoloji təmiz, gözəl yeni bir tikinti
layihəsi icra ediləcəkdir. Orada yaşayış,
ofis binaları, ticarət mərkəzləri,
istirahət parkları
tikiləcək, dənizə
çıxışı olacaq
yeni bulvar salınacaqdır. Yəni, çox
böyük vəsait
tələb edən layihədir və bu layihəni biz həm dövlət tərəfindən maliyyələşdirəcəyik,
həm də ki, əsas yükü
özəl sektor öz üzərinə götürəcəkdir. Azərbaycanda özəl sektorun
inkişafı, xarici sərmayələrin qorunması
üçün bütün
lazımi tədbirlər
görülüb. "Ağşəhər" layihəsinin
icrası, mən hesab edirəm ki, şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın
təzahürü kimi
də dünya şəhərlər xəritəsində
öz yerini tutacaqdır. Bu layihə, yenə deyirəm ki, daha çox özəl vəsait hesabına icra olunmalıdır. Ona
görə biz investorları,
o cümlədən xarici
investorları cəlb
etməliyik və ümid edirəm ki, buna nail olacağıq...".
Göründüyü kimi, bu gün Azərbaycanın
regionları ilə yanaşı, paytaxtımız
da inkişaf edir, gözəlləşir,insanların rifah halı yaxşılaşır.
Bu isə Prezident
İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin real nəticəsidir.
Musa HACIYEV,
kənd təsərrüfatı elmləri namizədi
Xalq qəzeti.- 2011.- 11 mart.- S. 4.