Paytaxtımız gözəlləşir, abadlaşır, Bakıətrafı qəsəbələrin inkişafı sürətlənir

 

Bu tendensiya növbəti illərdə daha böyük vüsət alacaqdır

 

Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqindən.

 

Bakı şəhəri, 9 mart 2011-ci il

 

Bakıətrafı qəsəbələrə yeni həyat gələcək, inkişafa güclü təkan veriləcəkdir. Əlbəttə, ətraf qəsəbə və kəndlərə. Paytaxtın özündə isə yeni həyat artıq 4-5 ildir ki, yaşanır. Bakı nəinki 15-20 il əvvəlki, heç 5-6 il əvvəlki şəhərə də bənzəmir. İnkişaf elə sürətlə gedir ki, paytaxtımızı 3-4 il əvvəl görən şəxslər indiki səfərlərində mütləq "Bakını tanımaq olmur" etirafını səsləndirirlər. Vaxtilə Moskvada ali təhsil alıb orada qalan, bu günlərdə - 25 ildən sonra Bakının qonağı olan bir soydaşımız Şəhidlər Xiyabanındakı möhtəşəm xatirə abidəsinin yanından Bakının ümumi görünüşünü izlədikdən sonra maraqlı ifadələr işlətdi: "Görəsən Səməd Vurğun yaşasaydı və "Azərbaycan" şeirini bu gün yazmış olsaydı "Bir dön bizim Bakıya bax!" - ifadəsindən sonra nələri təsvir etmiş olardı? Dedim ki, qürurumuzu göylərə qaldıran Bayraq Meydanını, öz mövcudluğu dövründə ən gözəl çağlarını yaşayan Dənizkənarı Bulvarı, gecəsi də gündüzü kimi əsrarəngiz olan park və xiyabanları, tamamilə yenidən qurulmuş teatr və muzey binalarını, sayı aydan-aya artan müasir körpü və yol qovşaqlarını, üzügülər insanlarını, sabaha inamı artmış sakinlərini və sair... Sadaladığım bu məqamları qonağımızın məndən də yaxşı bildiyini gördüm. Üstəlik, o, daha güclü məntiqə malik olduğunu sübut etdi: "Azərbaycan öz dövlət müstəqilliyinin 20 illik yubileyinə, sözün həqiqi mənasında, çox böyük uğur və nailiyyətlərlə gedir. Azərbaycan və Bakı heç zaman bu miqyasda inkişaf etməyib".

 

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirə sübut etdi ki, Azərbaycan paytaxtının daha xoş, daha firavan günləri hələ qabaqdadır. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk aylarda atdığı möhtəşəm addım Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramının imzalanması idi. Həmin proqramın həm 2004-2008-ci illəri əhatə edən birinci mərhələsi, həm də 2009-2013-cü illəri əhatə edən növbəti mərhələsi regionların sürətli inkişafına səbəb olmuşdur. "Biz paytaxtla bərabər regionların da tamamilə müasirləşdirilməsinə, infrastrukturun yenidən qurulmasına nail olacağıq"- deyən Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, bu məsələdə də xüsusi uğurlara imza atıb. Eyni zamanda, əyalət şəhərlərinin və rayonların hərtərəfli inkişafı ilə paralel olaraq ölkə paytaxtında da genişmiqyaslı yenidənqurma və müasirləşdirmə prosesi gedib. Ancaq Bakının nəinki Cənubi Qafqazda, hətta, Müstəqil Dövlətlər Birliyi məkanında barmaqla göstərilən inkişafı Prezident İlham Əliyevi qane etmir.

Martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istəyini, bu vəzifənin yerinə yetirilməsi üçün heç nəyi əsirgəməyəcəyini növbəti dəfə dilə gətirdi: "Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün". Prezidentin tələb etdiyi yüksək səviyyəli işlər əslində son 4-5 ildə iti sürətlə həyata keçirilir.

Paytaxtda ilk növbədə tarixi binalar bərpa edildi. Bu məsələ milli-mənəvi dəyərlərin, tarixi abidələrin mədəniyyət nümunələrinin qorunub saxlanılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda sivil dünyanın bütün ölkələri xalqları bu istiqamətdə fəaliyyəti genişləndirirlər. Şəhərin əsas parkları demək olar ki, tamamilə yenidən qurulur. "Turizm ili" elan edilən 2011-ci ildə bu proses daha da sürətlə davam etdirilir. Bütün teatr, muzey, kitabxana digər mədəni-maarif müəssisələri müasir standartlar səviyyəsində təmir edilsə , öz əvvəlki görkəmini memarlıq əhəmiyyətini qoruyub saxlayır. Bakının simvollarından biri olan Dənizkənarı Bulvar son 100 ildə ilk dəfə olaraq əsaslı şəkildə təmir edilmişdir. Ölkə paytaxtında nadir memarlıq nümunələrindən olan Bayraq Meydanının tikilməsi, bu qurğunun Ginnesin "Rekordlar kitabı"na düşməsi isə qədim Bakıya müasir nüfuz, imic qazandıran çoxsaylı faktlardan biridir.

Azərbaycan tarixinin daş salnaməsi kimi qiymətləndirilən İçərişəhərin YUNESKO-nun dünya mədəni irsi siyahısına salınması üçün həyata keçirilən tədbirlər, aparılan işlər öz müsbət nəticələrini vermiş, İçərişəhər yenidən həmin təşkilatın siyahısına salınmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin sonunda da ölkə paytaxtının sosial-iqtisadi inkişafının sürətləndirilməsini nəzərdə tutan analoji tədbir keçirmişdi. Sonra isə Prezident "Bakı şəhərinin qəsəbələrinin 2006- 2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nı təsdiq etmiş, bu sənədin icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirmişdi. Həmin müşavirənin qarşıya qoyduğu bütün vəzifələr yüksək səviyyədə həyata keçirilmişdir. Bu faktı dövlət başçısı da martın 9-dakı müşavirədə yada saldı. İndi isə əsas məsələ ölkə paytaxtının genişmiqyaslı inkişafına yeni töhfələr verəcək layihələrin reallaşdırılmasıdır.

Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 11-də "Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır. Sənəddə göstərilir ki, Bakı şəhəri ərazisində qəsəbələrarası qəsəbədaxili avtomobil yollarının tikintisi təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılsın. Bu, çox mühüm faktdır. Çünki rahat yol, müasir yol qovşaqları yoxdursa, istənilən tikinti-quruculuq abadlıq işləri gözlənilən səmərəni vermir.

Bakı Bakıətrafı qəsəbələrdə həyata keçirilən genişmiqyaslı müasirləşmə, abadlaşdırma işləri müasir, rahat yollar şəbəkəsi ilə daha da səmərəli gözəl olacaqdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 13 mart.- S. 1.