Korrupsiya bəşəri
bəladır
Müasir dövrün qlobal problemlərindən biri də korrupsiyadır. Korrupsiyanın əsas cizgilərindən
biri isə onun beynəlxalq problem olmasıdır. Hələ 1997-ci ildə Avropa ölkələri parlament
başçılarının konfransında Deputatlar Palatasının rəhbəri
Lunaço Violante demişdir ki, korrupsiya siyasi quruluşundan və iqtisadi inkişaf səviyyəsindən asılı
olmayaraq, bütün ölkələrə xasdır.
Heç
bir ölkə özünü bu bəladan sığortalanmış
hesab edə bilməz, söhbət yalnız onun miqyasından gedə bilər. L.Violante korrupsiyanı istənilən
dövlətin milli təhlükəsizlik problemi
adlandırmışdır.
Korrupsiya
vəzifəli şəxslərin
öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən
və ya həmin status və səlahiyyətlərdən irəli
gələn imkanlardan
istifadə etməklə,
qanunsuz olaraq maddi və sair
nemətlər, imtiyazlar
və ya güzəştlər əldə
etməsi, habelə fiziki və hüquqi şəxslər
tərəfindən qeyd
edilən maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin
qanunsuz olaraq vəzifəli şəxslərə
təklif və ya vəd olunması
və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin
ələ alınmasıdır.
1996-cı
il noyabr
ayında Avropa ölkələrinin ədliyyə
nazirlərinin 19-cu konfransının
(Valetta, 1994-cü il) tövsiyələrinə
uyğun olaraq Avropa Şurasının Nazirər Komitəsi tərəfindən korrupsiya
ilə mübarizə
üzrə Fəaliyyət
Proqramı qəbul edilmişdir. Korrupsiya ilə mübarizədə
beynəlxalq anlaşmanın
və əməkdaşlığın
dərinləşməsinə yardım edən addımlar atılmış,
o cümlədən Birləşmiş
Millətlər Təşkilatı,
Dünya Bankı, Amerika Dövlətləri
Təşkilatı, İqtisadi
Əməkdaşlıq və
İnkişaf Təşkilatı
və Avropa Birliyi tərəfindən
tədbirlər görülmüşdür.
Korrupsiya
ilə mübarizə
üçün Fəaliyyət
Proqramının tezliklə
həyata keçirilməsini
tövsiyə edən
və xüsusilə də korrupsiya şəklində olan hüquqpozmaların cinayət
qaydasında cəzalandırılan
əməllər kimi
əlaqələndirilmiş tövsifi nəzərdə
tutan cinayət məsuliyyəti haqqında
konvensiyanın tezliklə
qəbul edilməsi çağırışını, bu cür hüquqpozmalara
görə təqib etmək məqsədi ilə əməkdaşlığın
fəallaşmasını, habelə Avropa Şurasının üzvü
olan dövlətlərin
və üzv olmayan dövlətlərin
bərabər əsaslarla
iştirakı üçün
açıq olan səmərəli nəzarət
mexanizminin yaradılmasını
nəzərdə tutan
Avropa ölkələrinin
ədliyyə nazirləri
tərəfindən onların
21-ci konfransında (Praqa,
1997-ci il) 1 saylı Qətnamə qəbul edilmişdir.
Avropa Şurasının dövlət
və hökümət
başçıları 1997-ci il 10-11 oktyabrında Strasburqda keçirilmiş
ikinci görüşlərində
korrupsiyanın artması
ilə əlaqədar
yaranan narahatlığa
cavab olaraq birgə tədbirlərin işlənib hazırlanması
qərarını və
korrupsiya, o cümlədən
onu mütəşəkkil
cinayətkarlıq və
pulların leqallaşdırılması
ilə bağlayan faktorlarla mübarizə üzrə əməkdaşlığın
inkişaf etdirilməsinə
yardım etmək məqsədi ilə Fəaliyyət Planı qəbul etmişlər.
Nazirlər Komitəsi özünün
1997-ci ilin noyabrın
6-da keçirdiyi 101-ci sessiyasında
iyirmi rəhbər prinsip haqqında qəbul etdiyi 24 saylı qətnaməsində
korrupsiya ilə mübarizə üzrə
Fəaliyyət Proqramının
həyata keçirilməsi
üçün beynəlxalq
hüquqi sənədlərin
tezliklə hazırlanmasını
zəruri hesab etmişdir.
Həmçinin, korrupsiya ilə
mübarizə sahəsində
onun üzvlərinin öhdəliklərinə riayət
edilməsinə nəzarət
vasitəsilə imkanların
genişləndirilməsi məqsədi
ilə "Korrupsiyaya
qarşı dövlətlər
qrupu" yaradılması
haqqında qismən geniş saziş təsdiqləyən 4 may 1998-ci il tarixdə
Nazirlər Komitəsinin
102-ci sessiyasında 7 saylı
qətnamə qəbul
edildi.
BMT-nin Korrupsiya əleyhinə Konvensiyası
korrupsiyanın artıq
lokal problem deyil, bütün ölkələrin
cəmiyyət və iqtisadiyyatına toxunan, buna görə də qarşısının
alınması və əleyhinə mübarizə
aparılması sahəsində
beynəlxalq əməkdaşlığın
müstəsna dərəcədə
vacib əhəmiyyət
kəsb etdiyi transmilli bir təzahür olduğunu xüsusi vurğulayır.
Konvensiyanın 15-ci maddəsində (iştirakçılıq) deyilir
ki, hər bir tərəf, bu konvensiyaya uyğun olaraq, tövsif edilən hər hansı bir cinayət hüquqpozmasının törədilməsində
köməyi və ya təhrikçiliyi öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək
qanunvericilik və digər tədbirlər görür.
Nəzərə alsaq ki, korrupsiya səmərəli dövlət idarəçiliyini sarsıdır, bərabərlik və sosial ədalət prinsiplərini pozur, təmiz rəqabəti təhrif edir, iqtisadi inkişafı çətinləşdirir, qanunun aliliyinə, demokratiya, insan hüquqlarına, demokratik təsisatların sabitliyinə və cəmiyyətin mənəvi dəyərlərinə təhlükə yaradır. O baxımdan, cəmiyyətin korrupsiydan müdafiəsinə yönələn, ilk növbədə, ümumi cinayət siyasətinin həyata keçirilməsi, müvafiq qanunvericiliyin qəbul edilməsinə, o cümlədən korrupsiya ilə səmərəli mübarizə aparmaq üçün cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, fəallaşması və lazımi qaydada həyata keçirilməsi zərurəti yaranır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası korrupsiya problemlərinin get-gedə daha qlobal xarakter aldığını və onun hətta inkişaf etmiş ölkələrin belə siyasi, iqtisadi, milli və mədəni dayaqlarına sarsıdıcı zərbələr vurduğunu nəzərə alaraq hər ilin 9 dekabrını Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü elan etmişdir. BMT-nin Korrupsiya əleyhinə Konvensiyası 2003-cü il dekabr ayının 9-dan imzalanmaq üçün açıq elan olunmuşdur. Konvensiyanın məqsədi korrupsiyanın qarşısının alınması və aradan qaldırılmasından, korrupsiyanın qarşısının alınmasında və ona qarşı mübarizədə, o cümlədən aktivlərin qaytarılması üçün müvafiq tədbirlərin görülməsi sahəsində beynəlxalq əməkdaşlığı və texniki dəstəyi təşviq etməkdən və dəstəkləməkdən ibarətdir.
BMT hesab edir ki, korrupsiya iqtisadi inkişafı ləngidir, demokratik institutları və qanunun aliliyi prinsipini zəiflədir, ictimai asayişi pozur və ictimaiyyətin inamını sarsıdır, bununla da mütəşəkkil cinayətkarlığın dirçəlməsinə, terrorizmə və s. şərait yaradır.
Bəşəri bəlaya çevrilən korrupsiya təbii ki, ölkəmiz üçün də narahatlıq doğurmaya bilməzdi. Ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı mübarizə 1994-cü ildən başlanmışdır. Bu istiqamətdə Azərbaycan Respublikasının "Korrupsiyaya qarşı mübarizə haqqında" 13 yanvar 2004-cü il tarixli, 580-II Q nömrəli Qanunu qəbul edilmişdir.
2004-cü ilin aprel ayından Respublikamızın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası fəaliyyətə başlamışdır. Ölkə başçısının 28 iyul 2007-ci il tarixli xüsusi sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" (2007-2011-ci illər) təsdiq edilmiş, 2004-cü il 3 mart tarixli sərəncamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır. Korrupsiyaya qarşı mübarizədə atılmış daha bir addım 2005-ci il 1 yanvar tarixindən qüvvədə olan "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bunun davamı olaraq, göstərilmiş müddəaların inkişafı üçün təxminən 80-dən çox normativ akt qəbul edilmişdir. Həmçinin, bir sıra beynəlxalq sənədləri, o cümlədən Avropa Şurasının "Cinayət işlərində qarşılıqlı yardım haqqında" , "Cinayət yolu ilə əldə olunmuş gəlirlərin yuyulması, axtarışı, götürülməsi və müsadirə olunması haqqında", "Korrupsiyaya görə mülki və cinayət məsuliyyəti haqqında " konvensiyalarını ratifikasiya etmişdir. 2004-cü ildə Azərbaycan Avropa Şurasının "Korrupsiya ilə mübarizə üzrə ölkələr qrupu"na qoşulmuş və BMT-nin "Korrupsiyaya qarşı mübarizə haqqında" konvensiyasını imzalamışdır. Lakin ölkəmizdə bu sahədə xeyli işlər görülsə də, hələlik lazımi səmərəni almaq mümkün olmamışdır.
Bununla əlaqədar 2011-ci il yanvarın 27-də ölkə başçısının tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmişdir. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı müxtəlif nazirlik, komitə və təşkilatlarda kollegiya iclaslarının keçirilməsi təbiidir. Korrupsiyaya qarşı mübarizə dalğası bir çox dövlət strukturlarında olduğu kimi, Ədliyyə Nazirliyində də ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, ədliyyə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması və sair istiqamətində ciddi tapşırıqlar verilmişdir. Əməkdaşı olduğum Ədliyyə Akademiyasında hələ 2005-ci ildən etibarən icbari təlim və ixtisasartırma kurslarında iştirak edən dinləyicilərə korrupsiya ilə mübarizə sahəsində maarifləndirici mühazirələr oxunur.
Hər bir dövlətin stabil inkişafının təmin olunması üçün antikorrupsiya siyasətinin olması çox əhəmiyyətlidir. Bu isə dövlət siyasətinin daimi və mühüm tərkib hissələrindən biri olmalıdır. Ilk növbədə səmərəli iqtisadi, siyasi və sosial islahatların həyata keçirilməsi vacibdir. Həmçinin, korrupsiya cinayətlərinə görə məsuliyyəti artırmaq məqsədi ilə hüquqi islahatlar aparılmalıdır.
Yalnız korrupsiyaya şərait yaradan səbəbləri və şərtləri aydınlaşdırmaqla bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yollarını müəyyən etmək və korrupsiyanın artmasının qarşısını almaq mümkündür.
Gülgün ŞƏFİYEVA,
Ədliyyə Akademiyasının
əməkdaşı
Xalq qəzeti.- 2011.- 29 mart.- S. 5.