"Heydər
zirvəsi"nə ənənəvi yürüş
başlayıb
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi və Azərbaycan
Hava və Ekstremal İdman Növləri Federasiyasının
birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü
ilə əlaqədar
7 may 2011-ci il tarixdə
Böyük Qafqazın
Başdağ silsiləsinin Qızıl
Qaya massivində yerləşən "Heydər zirvəsi"nə
(3751 metr) növbəti
yürüş başlayıb.
Ulu
öndərin xatirəsinə böyük ehtiram əlamətinin
göstəricisidir ki, "Heydər zirvəsi"nə təşkil
olunan yürüşlər artıq ənənəyə
çevrilmiş və respublikanın müxtəlif bölgələrindən,
şəhər və kəndlərindən bu aksiyalara
qoşulan tələbə, ziyalı, fəhlə və kəndlilərin
sayı ilbəil artmaqda davam edir. Belə ki, artıq bu dəfəki
yürüşdə Federasiyanın fəallarından
başqa respublikamızın müxtəlif təşkilat və
ali məktəblərindən 130 nəfərədək
könüllü də iştirak edir.
Azərbaycan
Hava və Ekstremal İdman Növləri Federasiyasından
aldığımız məlumata görə,
yürüşə rəhbərlik Azərbaycan Hava və
Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının
"Koordinasiya Şurasının" birgə qərarı
ilə tanınmış təcrübəli alpinist Saridan
Mursaqulova tapşırılmışdır.
Qəzənfər QASIMOV
Xalq qəzeti.- 2011.- 8 may.- S. 16.