Heydər Əliyev
irsi, ideya varisliyi və davamlı inkişaf
Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm və davamlı olsa, bəşəriyyətin inkişafı da bir o qədər dayanıqlı olar.
Əbu Turxan
Heydər Əliyev doğulanda SSRİ də bir
dövlət kimi yenicə doğulurdu. Lakin şəxsiyyətin
həyatı dövlətin həyatından daha davamlı
oldu. O, Sovetlər İttifaqının idarəetmə
sisteminin kəşməkəşlərindən
alnıaçıq keçdi, və onun zəngin təcrübəsini
mənimsəyərək özünün bütün bilik və
səylərini ölkəmizdə yeni dövlət
doğuluşunun uğurla həyata keçirilməsinə
yönəltdi. Bir insan ömrü iki dövlətçilik məktəbini
özündə ehtiva etdi. Məktəbin birini əla qiymətlərlə
bitirərək o biri məktəbin əsasını qoydu, iki
fərqli dövlət formatı arasında körpü
saldı.
SSRİ
kimi bir böyük dövlətçilik məktəbinin yeni
ideya zəmininə transfer edilməsi və əvvəlki təcrübənin
zamanca sonrakı ideya ilə üzvi surətdə birləşdirilməsi
kimi unikal bir əməliyyat aparılması Heydər Əliyev
dühasının ən parlaq təzahürlərindən
biri idi. Bu hadisə təkcə Azərbaycan üçün əlamətdar
olmayıb, dünya tarixinin ən unikal səhifələrindən
birinə çevrildi. Bəli, Heydər Əliyev ibrətamiz
bir sintez nümunəsi yaratdı: ənənəvi dövlətçiliklə
yeni ideologiyanın, Qərb siyasi təfəkkürü ilə
Şərq mentalitetinin, təcrübə ilə
novatorluğun sintezi. Söhbət yeni bir tarixi mərhələdə,
yeni dəyərlər müstəvisində kökü qədimlərə
dayanan misilsiz bir dövlət nümunəsi qurmaqdan gedir. Bu
gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən böyük islahatlar və
yeni iqtisadi model də məhz o vaxt Heydər Əliyev tərəfindən
təməli qoyulmuş bu möhtəşəm quruculuq
planlarının yeni keyfiyyət mərhələləridir.
Ən
şərəfli həyat əbədiyyətə qovuşan həyatdır.
Əbu Turxanın dediyi kimi, böyük adamların
ömrü onların ideyalarının ömrü ilə
ölçülür. Heydər Əliyev ideyalarının həmişəyaşar
olmasını təmin edən ən mühüm hadisələr
sırasında onun nəzəri-ideoloji irsinin öyrənilməsi,
ideyalarının tədqiqi və təbliği ilə
bağlı ictimai təşkilatların və elmi-tədqiqat
müəssisələrinin fəaliyyəti, Heydər Əliyev
Fondunun beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər,
bu məqsədə xidmət edən araşdırma və tədris
mərkəzləri, universitetlər, akademiyalar və s.
xüsusi yer tutur.
Heydər
Əliyev Fondunun Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti
onun ideyalarını təkcə sözdə yox, həm də
işdə yaşatmağın bariz nümunəsidir.
Fərəhlə
qeyd edilməlidir ki, təhsilin maddi-texniki bazasını
gücləndirmək və yeni məktəb bınaları
tikmək haqqında Heydər Əliyevin imzaladığı
axırıncı sərəncamlardan biri indi onun adını
daşıyan Fond tərəfindən əzmlə yerinə
yetirilməkdədir. Son dövrlərdə Azərbaycanda məktəblərə
diqqətin artması da bu baxımdan qanunauyğun
görünür.
İlham
Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi tərəfindən
bütün bölgələrdə yeni idman komplekslərinin
tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə bütün bölgələrdə yeni məktəb
binalarının tikilməsi ilə davam etdirilir ki, bu da
"sağlam bədən" üçün görülən
işlərin "sağlam ruh" üçün
görülən işlərlə tamamlanması deməkdir. Bu
tamamlanma özünü hətta idmanın daxilində ahəngdar
tənasübün təmin olunmasında; güləş,
boks və ağır atletika sahəsində dünya
miqyasında qazanılan böyük nailiyyətlərin zərif
idman növü olan bədii gimnastika sahəsindəki
uğurlarla müşayiət olunmasında da göstərir.
Amma,
əslində, miqyas çox böyükdür. Bütün
dünya ölkələri içərisində öz iqtisadi
inkişaf tempinə görə birinci olan, yeni iqtisadi
inkişaf modelinə imza atan ölkənin, digər tərəfdən,
öz mədəni irsi ilə dünyanın diqqətini cəlb
etməsi, milli-estetik dəyərlərimizin beynəlxalq səviyyədə
nümayiş etdirilməsi də belə bir tamamlanmadan, hərtərəfli
ahəngdar inkişafdan xəbər verir. Şəhərlərimizin
hətta zahiri görkəmində də böyük tikintilər
və quruculuq işləri ilə yanaşı, yüksək
estetik zövq, incə bir dəst-xətt görünür. Bir
sözlə, böyük Heydər Əliyev şəxsiyyətində
birləşən dövlətçilik təfəkkürü
ilə yüksək estetik şüurun vəhdəti indi yeni
formatda davam etdirilir.
Azərbaycanda təzə-təzə formalaşan Birinci Ledi İnstitutu da əksər dünya ölkələri üçün örnək ola bilmək səviyyəsindədir. Ölkəmizin günü-gündən artmaqda olan iqtisadi qüdrətinin və siyasi uğurlarının başında duran Prezident İlham Əliyevin fəaliyyəti dövlət quruculuğu xəttini ifadə edirsə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən (humanitar, kulturoloji və maarifçilik işi ictimai fəaliyyət xəttinin dinamikasını ifadə edir. Açıq-aşkar şəkildə nəzərə çarpan bu tandemin hər iki istiqamətdəki uğurları zirvəsindən dönüb geriyə, yaxın tarixi keçmişə baxdıqda Heydər Əliyev dühasının daha bir əlamətdar cəhəti üzə çıxır. Biz o zamanlar Azərbaycanda Birinci Ledi İnstitutunun çatışmadığının fərqində deyildik. İndi məlum olur ki, o özü bu boşluğun hiss olunmasına imkan vermirmiş.
Zəriflik və şəfqət mücəssəməsi olan Zərifə xanım Əliyevanın özü olmasa da, sanki, ruhu bu yeni dövlət quruculuğunda iştirak edir və ölkənin ahəngdar inkişafına təminat verirdi. Heydər Əliyev qədər zəhmli bir adamın humanitar sahədə və ziyalılara münasibətdə bu qədər mülayim və şəfqətli olması, beynəlxalq siyasi fəaliyyət, böyük miqyaslı quruculuq işləri və fundamental iqtisadi islahatlarla yanaşı, vaxt tapıb sənətə, şeirə, musiqiyə diqqət və qayğı göstərməsi heç də təsadüfi deyilmiş. Məhz onun belə yüksək dərəcədə hərtərəfli, ahəngdar fəaliyyəti bizə bu boşluğu hiss etməyə imkan vermirdi. İndi format dəyişib, necə deyərlər, dünya standartlarına daha çox uyğunlaşıb, ölkənin ideya-siyasi, maddi, həm də mədəni-estetik dəyərlər sistemi yeni ampluada təcəssüm olunur.
Heydər Əliyev irsinin qorunması və yayılması, onun ideyalarının təbliği istiqamətində həyata keçirilən çoxçeşidli tədbirlər obyektiv əsaslara malikdir və onların reallaşdırılması heç də təkcə Heydər Əliyev şəxsiyyətinə münasibətlə bağlı deyil. Bu tədbirlər gənc nəslin dövlətçilik duyğularının inkişaf etdirilməsi baxımından da çox önəmlidir. Daha çox şair və müğənni kultunun geniş yayıldığı bir ölkədə böyük dövlət xadimlərinə, Vətənə və dövlətçiliyə sevgi ənənəsinin formalaşması həm də milli mentalitetdə birtərəfliliyin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan, Heydər Əliyev şəxsiyyətinin, onun həyat və fəaliyyətinin işıqlandırılması, onun ideyalarının müasir ictimai şüurun strukturuna daxil edilməsi olduqca böyük əhəmiyyətə malikdir.
Bu gün biz tam əsasla deyə bilərik ki, Heydər Əliyevin ideyaları indi də fəaliyyətdədir. Ölkəmizdəki bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində gedir. Heydər Əliyev, sadəcə, fəhmə və təcrübəyə əsaslanmamış, bir sıra fundamental məsələlərlə bağlı fəaliyyətin metodologiyasını da işləyib hazırlamışdı. Məsələn, demokratikləşdirmə və təşkilatlanma proseslərinin nisbətində tarazlığın vacibliyi prinsipini irəli sürmüş və Azərbaycanda dövlət quruculuğu prosesində bu tarazlığın qorunub-saxlanması üçün metodoloji baza yaratmışdı. Ölkəmizdə dövlət müstəqilliyini və onun qorunub-saxlanmasını hər hansı başqa dəyərdən yüksək tutan Heydər Əliyev demokratikləşməni də bu ali məqsəd çərçivəsində, onun təminatlarından biri kimi qəbul edirdi. Azərbaycanın müstəqilliyi Heydər Əliyevin bütün fəaliyyətinin və çıxışlarının ana xətti idi.
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini artıq təmin olunmuş, dönməz proses kimi qiymətləndirirdi. Lakin sual oluna bilər ki, buna belə əminliklə qarantiya verə bilmək üçün nə kimi tədbirlər görülmüşdü? Son dövrlərin tarixi göstərir ki, bu məqsədlə onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilmişdir ki, bunların da mərkəzində dövlət təhlükəsizlik sisteminin yaradılması durmuşdur. Dövlət təhlükəsizliyi geniş mənada başa düşüldükdə heç də xüsusi xidmət sahəsi olmayıb, bütün fəaliyyət sahələrində milli maraqlara söykənən müstəqil dövlət siyasətinin həyata keçirilməsinə təminatdır.
Əlbəttə, dövlət təhlükəsizlik sisteminin yaradılmasında əsas istiqamətlərdən biri ordu quruculuğudur. Heydər Əliyev bu sahəyə həmişə böyük önəm vermişdir: "Silahlı qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir"; "...Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək" üçündür. Lakin milli təhlükəsizlik təkcə ordu və polislə təmin edilə bilməzdi. Ona görə də, Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasını siyasi, iqtisadi və mədəni-mənəvi istiqamətlərdəki fəaliyyətlərin də başlıca məqsədi hesab edirdi. Milli iqtisadiyyatımızın möhkəmləndirilməsi, onun müasir şəraitdə labüd olan azad rəqabət və bazar münasibətləri əsasında yenidən qurulması prosesi ilk dövrlərdə ağrılı keçsə də, artıq öz bəhrələrini verir. İqtisadiyyatın inkişaf yolu düzgün seçildikdə, iqtisadi münasibətlər sistemınin xarakteri düzgün müəyyənləşdirildikdə iqtisadi təhlükəsizlik üçün də təminat yaranmış olur. Bir şərtlə ki, xarici ölkələrlə iqtisadi münasibətlər yaradılarkən, cari və perspektiv milli maraqlar nəzərə alınmış olsun.
Bəli, biz milli-iqtisadi potensialdan daha səmərəli istifadə etmək üçün Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin qoyulmasından imtina etmirik, əksinə, müasir şəraitdə buna üstünlük veririk. Ulu öndər deyirdi: "Bizim iqtisadi siyasətimiz məlumdur və o, Azərbaycanda bazar iqtisadiyyatı yolu ilə getmək və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına sıx surətdə bağlamaq məqsədi daşıyır". Lakin bütün bu əlaqələr zamanı heç vaxt unudulmur ki, "bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur". Bu sərvətlər "Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır".
Milli-iqtisadi təhlükəsizlik təkcə xarici iqtisadi əlaqələrdə milli maraqların nəzərə alınması ilə məhdudlaşmır. Daxildə iqtisadi islahatların sosial yönümə üstünlük verməklə aparılması, şəxsi maraqlarla dövlət maraqlarının uzlaşdırılması da mühüm şərtdir. Burada biz zahirən paradoksal görünə biləcək bir cəhətlə qarşılaşırıq. Dövlət təhlükəsizlik sistemi ilk baxışda fərdlərin yox, məhz dövlətin iqtisadi maraqlarından çıxış etməyi nəzərdə tutur. Lakin Heydər Əliyevin həyata keçirdiyi siyasət "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" prinsipinə əsaslanır. Dövlət müstəqilliyinin dönməzliyi də məhz o zaman təmin edilmiş olur ki, dövlətin maraqları ümummilli maraqlarla üst-üstə düşmüş olsun.
Heydər Əliyevin irəli sürdüyü və bir konsepsiya halına saldığı ideyalardan biri məhz "müstəqillik" anlayışı ilə bağlıdır. Bu konsepsiyaya görə, müstəqillik heç də bəzilərinin başa düşdüyü kimi, ancaq siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından ibarət deyil. Bura həm də iqntisadi müstəqillik, milli maraqlara xidmət etmək müstəqilliyi daxildir. Elə ölkələr vardır ki, hüquqi və siyasi baxımdan suverenliyi elan olunsa da, real müstəqillikdən uzaqdır. Buna çox misallar gətirmək olar. Amma ən yaxın olan digər MDB ölkələridir; Gürcüstandır, Ermənistandır, Tacikistandır və s. Bir qarış belə torpağını itirməmiş, əksinə, qonşu dövlətin ərazisini də zəbt etmiş Ermənistan sözün həqiqi mənasında müstəqillik əldə edə bilməmişdir. Ərazisində başqa bir dövlətin qoşunları yerləşdirilmiş, sərhədləri başqalarının nəzarəti altında olan Ermənistan hələ də Moskvanın siyasi təsirindən xilas ola bilməmişdir və öz milli maraqlarına uyğun addımlar atmaq imkanından məhrumdur. Elə Azərbaycanla müharibə vəziyyəti də onun milli iqtisadi maraqlarına ziddir... Habelə iqtisadi cəhətdən özünü dolandırmaq iqtidarında olmayıb, xarici yardımlardan asılı vəziyyətdədir. Məhz hərbi bazaya və siyasi alətə çevrildiyi və təhlükəsizliyə təminat verə bilmədiyindən İpək Yolunun bərpası, iri miqyaslı neft-qaz kəmərlərinin çəkilişi və digər bu kimi beynəlxalq miqyaslı layihələrdə də iştirak edə bilmir.
Belə
misallar çox göstərmək olar. Ancaq əsas məsələ
budur ki, Azərbaycan qısa bir zamanda siyasi müstəqilliklə
yanaşı, həm iqtisadi, həm də mədəni-mənəvi
müstəqillik əldə etmiş və bu istiqamətdəki
proseslərin dönməzliyini də təmin edə
bilmişdir. Lakin bu məqsədə aparan yol heç də
asan olmamışdır. Bunun üçün o dövrün
xüsusiyyətlərindən irəli gələn
bütün təfərrüatlar
ölçülüb-biçilməli və mümkün
olan ən düzgün qərarlar qəbul edilməli idi ki,
Heydər Əliyev dühası burada da öz
sözünü vaxtında dedi.
Təsadüfi
deyil ki, Heydər Əliyevin ideyaları həmişə
konkret ictimai-siyasi şəraitlə sıx surətdə
bağlı olmuşdur. Onun Azərbaycanda dövlət
quruculuğuna başladığı şərait isə
qısaca desək "keçid dövrü" kimi səciyyələndirilə
bilər. O vaxt Azərbaycan eyni vaxtda dörd istiqamətdə
keçid dövrünü yaşayırdı:
Birincisi,
böyük imperiyadan ayrıldıqdan sonra nisbi müstəqil
dövlətçilikdən tam müstəqil dövlətçiliyə
keçid - müstəqilləşmə və bərabərhüquqlu
tərəf kimi dövlətlərarası münasibətlər
sisteminə daxil olma prosesi.
İkincisi,
bir ictimai-iqtisadi sistemdən yeni ictimai-iqtisadi sistemə,
dövlət mülkiyyətindən xüsusi mülkiyyətə,
sosialist iqtisadi münasibətlərindən bazar
iqtisadiyyatına keçid.
Üçüncüsü,
milli və dini dəyərlərə qayıdış
prosesi; kommunist ideologiyasından və kosmopolit mənəviyyatdan
milli mənəviyyata, ateist dünyagörüşündən
həqiqi vicdan azadlığına keçid.
Dördüncüsü,
bir siyasi rejimdən yeni siyasi rejimə, totalitar cəmiyyətdən
demokratik cəmiyyətə, senzuradan söz
azadlığına, vahid partiya və ideologiyadan
çoxpartiyalılığa, plüralizmə keçid.
Belə
bir mürəkkəb şəraitdə düzgün yol
seçmək həqiqətən çətin idi. Cəmiyyətin
özü yeni quruluşa, həqiqi demokratik proseslərə
hazır deyildi. Demokratikləşmə isə əslində
müstəqillik yolunun ən mühüm atributlarından biri
idi. Çünki zəmanə özü bunu tələb
edirdi. Müstəqilliyin yolu ümumbəşəri dəyərlərə
qovuşmaqdan, siyasi plüralizmdən, söz və fikir
azadlığından, demokratikləşmədən
keçirdi. Milli-mənəvi dəyərlərin taleyi də
xeyli dərəcədə onların bu ümumbəşəri
dəyərlərə, müasir dövlətçilik tələblərinə
uyğunlaşa bilmək şansından asılı idi.
O
dövrdə milli istiqlaliyyət, imperiya buxovlarından azad
olmaq, milnli köklərə qayıtmaq istiqamətindəki fəaliyyət
üçün daha böyük potensial var idi və bu istiqamətdə
daha böyük əzm nümayiş etdirilirdi. Çünki
hələ sovet dövründə də əsasən əxlaq,
adət-ənənə, dini şüur, bədii ədəbiyyat
və incəsənət vasitəsilə xalqın milli
özünəməxsusluğu qorunub saxlanırdı. Milli
ruh hələ yaşayırdı.
Siyasi və
ideoloji müstəvidəki buxovlar aradan
götürüldükdən sonra milli-mənəvi dəyərlərin
milli-siyasi təşkilatlanma prosesi ilə vəhdəti
üçün real zəmin yarandı. Düzdür, burada da
çətinliklər var idi. Əhalinin bir qisminin, xüsusən,
"rusdilli" əhaliyə aid olanların milli mədəniyyətə
bələdliyi, milli köklərlə
bağlılığı çox aşağı səviyyədə
olduğundan və onların həyat tərzi və hətta
şəxsi, ictimai əlaqələri də daha çox
Rusiya ilə bağlı olduğundan, milliləşmə
prosesinə bir müqavimət var idi. Digər tərəfdən,
Moskva ilə iqtisadi və sosial-mədəni əlaqələrin
hələ də saxlanması və ya saxlanmasına zərurət
imperiyapərəst qüvvələrin, Kremlin sadiq nökərlərinin
mövqeyini möhkəmləndirirdi.
Yeni
iqtisadi münasibətlərə keçid də müəyyən
çətinliklərlə bağlı idi. Neçə
onilliklər ərzində insanların şüuru elə
formalaşmışdı ki, dövlət mülkiyyətindən
kənarda hər hansı bir mülkiyyət formasının
mövcudluğuna heç cür uyğunlaşa bilmirdi.
Burjuaziyaya və bütövlükdə varlı adamlara
qarşı nifrət hissi ictimai şüurda özünə
möhkəm yer etmişdi. Ona görə də iş
adamlarının hər hansı nailiyyəti çox vaxt nəinki
təkcə əhali tərəfindən, hətta dövlət
orqanlarında çalışan yüksək rütbəli məmurlar
tərəfindən pis qarşılanırdı ki, bu da azad
iqtisadi rəqabətin inkişafına əngəl törədirdi.
Bununla bərabər, bazar iqtisadiyyatına keçid
üçün heç olmazsa müəyyən ənənəvi
zəmin var idi. Sovet dövründə "gizli
iqtisadiyyat"ın və dövlət mülkiyyətinin bətnində
öz fərdi mülkiyyətini və şəxsi
maraqlarmı güdməyə öyrəşmiş işbaz
adamların mövcudluğu, bazarlarda peşəkar
alverçilərin fəaliyyəti, ümumiyyətlə,
alver psixologiyasının mövcudluğu xüsusi istehsal
müəssisələrinin yaradılması və biznes
üçün müəyyən mənada zəmin sayıla
bilərdi.
Nəhayət,
bu gün xüsusilə aktuallaşmış olan beşinci
bir cəhəti də qeyd etmək yerinə düşərdi.
Belə ki, keçid dövründə əhalinin ümumi
inkişaf səviyyəsinin, ictimai şüurun və təfəkkür
mədəniyyətinin yüksəlməsi mühüm şərtlərdən
biridir. Sovet dövründən qalmış ateist dünyagörüşü
və ona alternativ olan spesifik dindarlıq nümunəsi
bazasında yeni dini dünyagörüşü və dünyəvi
dəyərlər sistemi formalaşmalı idi. İcbari qaydada
beyinlərə yeridilən kor-koranə ateizmə reaksiya kimi həqiqi
dindən daha çox, mövhumat və fanatizm yarana bilərdi.
Yəni bir qütbdən o biri qütbə keçid
ehtimalı daha çox idi.
Belə
bir şəraitdə kəskin keçidlər mövqeyi
tutmaqdansa dünyagörüşünün tədrici dəyişilməsi
və sağlam dini təsəvvürlərin və hisslərin
formalaşmasına şərait yaradılması çox
vacib idi. Məhz Heydər Əliyev dühasının sayəsində
ölkəmiz bu kəskin keçidlərdən xilas ola bildi.
Və indi də dinə qayıdış elmin, təhsilin və
ümumiyyətlə, mədəniyyətin bütün sahələrinin
inkişafı kontekstində həyata keçir. Hazırda Azərbaycanda
bərqərar olan dini tolerantlıq, din və dünyəviliyin
uzlaşdırılmış formaları məhz əsası
Heydər Əliyev tərəfindən qoyulmuş incə bir
siyasətin davamı və məntiqi nəticəsidir. Bu elə
bir həssas sahədir ki, burada hər hansı bir
ehtiyatsızlıq öncədən proqnozu çətin olan
nəticələrə gətirib çıxara bilər.
Bu gün
Misirdə, Tunisdə, Yəməndə və demək olar ki, əksər
islam ölkələrində yaşanan siyasi böhran bir
çox digər səbəblərlə yanaşı,
vaxtında demokratik dəyərlərin və əhalinin
ümumi mədəni səviyyəsinin inkişafı sahəsində
yetərli tədbirlər görülməməsinin nəticəsidir.
Belə ki, yüksək ideallar və əqidə
aşkarlığı olmayan şəraitdə kütlə
effekti üçün potensial zəmin yaranır. Yüksək
intellektual səviyyə və savadlılıq dərəcəsi,
siyasi mədəniyyət, tolerantlıq, demokratik dəyərlər
dövlətçiliyin möhkəmlənməsi
üçün ən mühüm şərtlərdir.
Azərbaycanda
Heydər Əliyev elə bir təməl qoyub ki, heç bir
siyasi təşviqat və mövhumatdan gələn fanatizm bu
təməli sarsıda bilməz.
Müstəqilliyin
ilk illərində ən böyük çətinliklər
demokratik cəmiyyət quruculuğuna, yeni idarəçilik
sisteminə adekvat düşüncə tərzinin hələ
formalaşmaması, ictimai şüurun iqtisadi bazislə
müqayisədə çox aşağı səviyyədə
olması ilə bağlı idi. Hələ şüurlar dəyişməmiş
azadlıq dərəcəsinin artması anarxiya meyilləri ilə
nəticələnə bilərdi və belə də oldu. Azadlıqdan
sui-istifadə meylləri geniş miqyas aldı. Vətəndaş
cəmiyyəti əvəzinə vətəndaş itaətsizliyi
və çoxhakimiyyətlilik formalaşdı.
SSRİ-dən
ayrılaraq müstəqilliyə qədəm qoyduqda Azərbaycanın
qarşısında çox ciddi bir alternativ dururdu. Elə bil
ki, ölkəmiz bir-birinə əks olan iki qütbdən
birini seçməli idi. Birincisi, sistemin dağılmasına
baxmayaraq, yenə də Mərkəzdən ikiəlli
yapışıb ondan nicat gözləmək, hər hansı
müstəqil addım atmaqdan çəkinmək, köhnə
buxovları saxlamaq təşəbbüsü. İkincisi,
keçmişdən qalan hər nə varsa, onda imperiya
nişanəsi görmək, hər şeyi dağıdaraq
sıfırdan başlamaq təşəbbüsü.
Nə qədər
təəssüflənməli olsaq da, Azərbaycan ilk dövlətçilik
illərində bu ifrat birtərəfli meyillərin hər
ikisini "sınaqdan keçirməli" olmuşdur.
Azərbaycanın
müstəqil bir ölkə kimi ayağa qalxmasına,
özünü dərk etməsinə, özünəməxsus
inkişaf modeli hazırlayıb həyata keçirməsinə
mane olan, iqtisadi, mədəni-mənəvi həyatın
müstəqillik şəraitində öz məcrasına
düşməsini ləngidən səbəblərdən
biri müharibə idisə, digəri cəmiyyətdəki bu
qarşıdurma, hər iki qütbü təmsil edən
qüvvələrin hakimiyyət iddiaları idi. Bu iddialar
müstəqilliyin ilk illərində ölkəmizə
böyük ziyanlar vurdu. O vaxt rəhbərlikdə olan
qüvvələrlə xalq hərəkatını təmsil
edən, milli qeyrət və vətəndaşlıq mövqeyində
olan qüvvələr qarşı-qarşıya dururdu.
Birincilərdə vətəndaşlıq mövqeyi, ikincilərdə
dövlətçilik təcrübəsi
çatışmırdı. Həm böyük
dünyagörüşü, rəhbərlik təcrübəsi
olan, həm də xalqın həqiqi milli mənafeyini
müdafiə etmək əzmində olan yeganə sinkretik qüvvə
nə iqtidar, nə də müxalifət tərəfindən
yaxına buraxılmırdı.
Xoşbəxtlikdən,
bu taleyüklü yol ayrıcında, son məqamda xalq öz
sözünü deyə bildi. O vaxt ölkəmizdə
keçmiş SSRİ-nin dövlət quruculuğu təcrübəsinə
hamıdan yaxşı bələd olan, onun
üstünlüklərini və
çatışmazlıqlarmı ən yüksək pillədən
görmüş olan və eyni zamanda, Azərbaycanın milli və
regional spesifikasını, potensial imkanlarını və
onların realizə yollarını hamıdan yaxşı bilən
bir adamın rəhbərlik etməsi keçid
dövrünün əsasən uğurla başa vurulmasına
şərait yaratdı.
İndi
Prezident İlham Əliyev müstəqil dövlətçilik
tariximizin yeni mərhələsində Azərbaycanı ilk
növbədə Heydər Əliyev ideyaları əsasında
idarə etməklə, həm də bu ideyaları müasir
dövrün tələblərinə uyğun surətdə
inkişaf etdirir. Ümumiyyətlə, müstəqilliyin
taleyi üç əsas amildən asılıdır: dövlətçiliyin
möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi,
mədəni-mənəvi dəyərlərin qorunub
saxlanması və inkişaf etdirilməsi. Bu amillərin
üçü də əsasdır. Lakin onları necə
sıraya düzməkdən, onların yerini və rolunu
düzgün qiymətləndirməkdən çox şey
asılıdır. Bu amillərdən hansının məqsəd,
hansının vasitə, hansının təməl
olduğunu aydınlaşdırmadan, düzgün strateji fəaliyyət
proqramı müəyyənləşdirmək mümkün
deyil.
Heydər
Əliyevin çıxışları və əsərləri
ilə diqqətlə tanış olsaq görərik ki, onun ən
böyük nailiyyət saydığı hadisə Azərbaycanın
müstəqilliyi, ən çox vurğuladığı və
diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin
təmin edilməsi idi. Lakin dövlət quruculuğu Heydər
Əliyevin fəaliyyət strategiyasında özlüyündə
son məqsəd deyildi. Dövlətin möhkəmləndirilməsi
ona görə bir nömrəli vəzifədir ki, o bizim
müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın
təminatçısı, qarantı ola bilsin. Ulu öndər
dönə-dönə bildirirdi: "Əgər Respublikada
ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa,
heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll
edilməsindən söhbət gedə bilməz".
İqtisadiyyatın inkişafı, adamların rifah
halının yaxşılaşdırılması həmişə
Heydər Əliyevin diqqət mərkəzində olmuşdur:
"Biz həm ölkəmizin suverenliyini, ərazi
bütövlüyünü qorumaq üçün
çalışırıq, həm də vətəndaşlarımızın,
xalqımızın rifahını
yaxşılaşdırmağa, yaranmış vəziyyətdə
müxtəlif və yeni formalardan istifadə edərək
iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq".
Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə
tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi
proqramların həyata keçirilməsinin də öz
növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi,
ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi
həyatın təşəkkülü üçün bir
şərt olduğunu qeyd edir: İqtisadiyyat son məqsəd
kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi
götürülür. Siyasi və mədəni-mənəvi
aspektdəki nailiyyətlərin də çox vaxt iqtisadi təmələ
söykəndiyi vurğulanır: "İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir. "
Bəli,
iqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi
kimi, olduqca vacib şərtdir. Lakin, nə iqtisadiyyat,
adamların güzəranı, rifah halı, nə də
dövlət quruculuğu müstəqillik yolunun son məqsədi,
mənzil başı ola bilməz. Əgər xalq dövlət
qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri
möhkəmləndirirsə və bu sərhədlər
daxilində özünə yad bir mənəviyyat
saxlayırsa, bu hələ müstəqillik deyil. Mənəvi
buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən
xalq azad sayıla bilməz.
Heydər Əliyevin əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. Mənəviyyatın qorunması üçün ən mühüm şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. İqtisadi tərəqqini təmin etmək üçün isə dövlətçiliyin möhkəmləndirilməsi lazımdır. Möhkəm dövlətçilik təməli isə ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaq sayəsində mümkündür. Heydər Əliyev nədən başlayıb, nəyə doğru getmək lazım olduğunu çox gözəl bilirdi. Onun bu biliklərinə indi də böyük ehtiyac vardır. Bu gün Müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində zəruri olan ən mühüm addımlar artıq atılmışdır. Azərbaycanda ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq atmosferi hökm sürür, iqtisadi baxımdan dövlət mülkiyyətinə və planlı təsərrüfata əsaslanan sosialist ictimai-iqtisadi münasibətlərindən daha çox dərəcədə xüsusi mülkiyyətə və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına keçid prosesi tamamlanmışdır. Və bütün bu uğurların qazanılmasında Heydər Əliyev ideyalarının və bu gün ölkəmizdə uğurla həyata keçirilən siyasi kursun möhkəm təməllərə əsaslanmasının böyük əhəmiyyəti vardır.
Müasir mərhələdə əsas məsələ tarixin kəsilməzliyini təmin etmək, uzun müddətə hesablanmış siyasi və iqtisadi quruculuq planlarının həyata keçirilməsində fasilələrə və geriləmələrə yol verməmək, Heydər Əliyev dühasından qaynaqlanan strateji inkişaf xəttini davam etdirməkdir.
Bu gün tam əminliklə deyə bilərik
ki, həm böyük rəhbər, komandan, siyasət
qrossmeysteri, həm böyük natiq, filosof, ideoloji lider, həm
də iqtisadi və mədəni-mənəvi quruculuq sahələrində
əvəzsiz iz qoymuş bu dahi şəxsiyyətin
ideyaları da tarixin yaddaşına həmişəlik həkk
olunmuşdur.
Xalq qəzeti.- 2011.- 8 may.- S. 7.