Cəlilabadda ulu öndərə həsr olunmuş tədbirlər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq Cəlilabad rayonunda silsilə tədbirlər keçirilmişdir.
Ulu
öndərlə bağlı görüşlər, onun həyat
və fəaliyyətinə həsr edilmiş əsərlərin
sərgisi, kitab bayramı, kompozisiyalar bayram
iştirakçılarına xoş təsir
bağışlamışdır.
Cəlilabadlılar
mayın 10-da - böyük rəhbərin anadan olduğu
gün sübh tezdən əllərində
gül-çiçək, ürəklərində
böyük məhəbbət ulu öndərin adını daşıyan
Alar kənd məktəbinə gəlmiş, burada onun abidəsini
ziyarət etmiş, xatirəsi önündə baş əymişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı
Əziz Əzizov və hüquq- mühafizə
orqanlarının rəhbərləri iştirak etmişlər.
Sonra
rayon mədəniyyət sarayında Heydər Əliyevə həsr
olunmuş təntənəli yığıncaq
keçirilmişdir. Dahi rəhbərin həyat və fəaliyyəti
haqqında çıxışlar dinlənilmiş,
ümummilli liderə həsr olunmuş sənədli filim
nümayiş etdirilmişdir.
Bayram
şənliyi Heydər Əliyev adına seyrəngahda davam
etdirilmiş, ulu öndərin doğum gününə həsr
edilmiş gül bayramında minlərlə ziyalı, əmək
və müharibə veteranları, məktəblilər
iştirak etmişlər. Eyni zamanda, "Tut bağı"
istirahət mərkəzində də bayram konserti təşkil
olunmuşdur. Ulu öndərin 88-ci ildönümünə həsr
olunmuş bayram şənlikləri bütün gün ərzində
davam etmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 13 may.- S. 5.