Lənkəran Dövlət
Universitetində respublika elmi konfransı
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə Lənkəran
Dövlət Universitetində "Azərbaycanın inkişaf
strategiyası və aktual elmi problemlər" mövzusunda
respublika elmi konfransı keçirilib.
Tədbir
iştirakçıları konfransdan əvvəl universitetin
"Heydər Əliyev muzeyi və idarəçilik məktəbi"
ilə
Lənkəran
Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi,
AMEA İqtisadiyyat İnstitutu, Qafqaz Universiteti və Azərbaycan
Turizm İnstitutunun birgə təşkil etdikləri
konfransı LDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar
elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbir
iştirakçılarını salamlayıb, konfransın məqsəd
və vəzifələrini açıqlayıb. Lənkəran
Şəhər İcra Hakimiyyəti
başçısının müavini Səmədağa
Abdullayev konfransın işinə uğurlar arzulayıb.
Sonra
professor A.İsgəndərovun "Heydər Əliyev Azərbaycanın
milli inkişaf strategiyasının banisidir" mövzusunda məruzəsi
dinlənilib. Məruzədə elm və təhsil sahəsində
qazanılan uğurların ulu öndər Heydər Əliyevin
adı ilə bağlı olduğu, onun siyasi məktəbinin
ən layiqli yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən bu sahənin inkişafına prioritet
verildiyi vurğulanıb.
Tədbir
daha sonra bölmələrdə davam etdirilib. "Heydər Əliyev
- müstəqil Azərbaycan Respublikasının
yaradıcısıdır", "Heydər Əliyev və
Azərbaycan təhsili", "Azərbaycanda turizmin
müasir vəziyyəti və inkişaf perspektivləri",
"Azərbaycan - ABŞ münasibətlərinin
inkişafında Heydər Əliyevin rolu", "Azərbaycan
Respublikasının müstəqilliyinin qorunması və
möhkəmləndirilməsində Heydər Əliyevin
formalaşdırıb həyata keçirdiyi xarici siyasət xətti"
və s. mövzularda 140-dan çox məruzə dinlənilib.
Çıxış
edənlər ulu öndər Heydər Əliyevin memarı və
qurucusu olduğu müasir Azərbaycan dövlətinin
dünyaya tanıdılmasında əbədiyaşar liderin
misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib
ki, ümummilli liderin daim qayğı göstərdiyi
müasir Azərbaycan elmi və təhsili bu gün
özünün zəngin mütərəqqi ənənələrinə,
mənəvi və ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanaraq daha da
inkişaf edib. Tədbir iştirakçıları milli təhsil
quruculuğu strategiyasının uğurla həyata keçirilməsində
dövlət başçısı İlham Əliyevin
yorulmaz fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə
respublikanın müxtəlif ali məktəblərinin, cənub
bölgəsi rayonların elm, təhsil müəssisələrinin
və Lənkəran şəhər ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 14 may.- S. 6.