Veteranlarla görüş
1941-1945-ci illər Böyük
Vətən Müharibəsində
alman faşizmi üzərində tarixi qələbənin 66-cı ildönümü
münasibətilə Sabirabad
rayonunda ənənəvi
görüş keçirilmişdir.
Sabirabad
Rayon İcra Hakimiyyətinin başçısı Nazim
İsmayılov veteranları salamlayaraq xatırlatdı ki, bu
müharibədə 600 mindən çox həmyerlimizdən
300 minə yaxını döyüşlərdə həlak
olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı
adı almış, 170 mindən çoxu orden və medallara
layiq görülmüşdür. Bu amansız müharibədə
böyük rəşadət göstərdiklərinə
görə 3 min nəfərdən çox sabirabadlı da
orden və medallarla təltif olunmuşdur.
İcra başçısı vurğuladı ki, 1990-ci illərin əvvəllərində hakimiyyətdə olanlar həmyerlilərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqlara kölgə salmağa çalışmışlar. Hətta 9 mayın Qələbə günü kimi qeyd olunması qadağan edilmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bir çox sahələrdə olduğu kimi, müharibə veteranlarına bəslənilən ögəy münasibətə də son qoydu. Veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olundular. Bu gün də müharibə veteranları diqqət mərkəzindədirlər.
Mayın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik yardım verilməsi barədə Sərəncamı bir daha bu qrupdan olan insanlara qayğının parlaq ifadəsidir.
Tədbirdə rayon hərbi komissarı Fuad Allahverdiyev çıxış edərək gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında veteranların üzərinə böyük iş düşdüyündən danışdı və onları Qələbə bayramı münasibətilə təbrik etdi.
Sonra veteranlar adından çıxış edən Veteranlar şurasının sədri Zülfəli Əliyev, veteranlardan Balasər Məmmədov, Şərif Məmmədbəyov onlara göstərilən daimi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş və rayon rəhbərinə öz razılıqlarını ifadə etmişlər.
Axırda müharibə
iştirakçılarına maddi yardım göstərilmişdir.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 14 may.- S. 7.