"Turizm ili" yeni nailiyyətlər vəd edir

 

Hər bir ölkənin həyatında turizmin böyük rol oynadığı məlum həqiqətdir. İndi dünyanın bir sıra dövlətləri turizm sahəsindən milyardlarla gəlir götürə bilirlər. Artıq Azərbaycanda da turizmin inkişafı prioritet sahələrdən birinə çevrilməkdədir. Heç təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev 2011-ci ili "Turizm ili" elan etmiş, hətta bu yaxınlarda bununla bağlı xüsusi sərəncam da imzalamışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident sərəncamı ilə bağlı xüsusi tədbirlər planı hazırlandığını və bu sahənin inkişafına önəm veriləcəyini bildirmişdir. Bu barədə İctimai Televiziyaya müsahibəsində məlumat verən nazir 2011-ci ildə Azərbaycana gələn turistlərin sayının 2 milyon nəfərə çatacağını nəzərə çatdırmışdır.

Ölkəmizdə turizmin inkişafı beş il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasından sonra başlamışdır. Respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən nazirlik tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ - hüquqi aktların qəbul edilməsi, turizm sahəsində kiçikorta sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş beynəlxalq marşrutlar işlənmişdir.

Dünya ölkələrində olduğu kimi, hər il Azərbaycanda da 27 sentyabr "Ümumdünya Turizm Günü" kimi qeyd olunur. Həmin gün ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində müxtəlif mövzularda Ümumrespublika Daxili Turizm Konfransları turizm sahəsinə aid layihələr həyata keçirilir. Eyni zamanda, ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə Almaniya, Avstriya ,Türkiyə, Misir, Mərakeş, Küveyt, Yunanıstan, İordaniya s. ölkələrin bir sıra turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələri üçün info-turlar təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması iqtisadi inkişaf üzrə Dövlət Proqramının (2003-2005-ci illər)" tələbləri çərçivəsində Quba, Şamaxı, Şəki, Gəncə, Zaqatala, Xaçmaz Naxçıvan Turizm İnformasiya mərkəzləri fəaliyyətə başlamışdır. Nazirliyin həyata keçirdiyi əsas tədbirlərdən biri beynəlxalq mədəni turizm marşrutları vasitəsi ilə Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir. Bununla bağlı, Avropa Şurasının Kiyev təşşəbbüsü layihəsi çərçivəsində "Aleksandr Düma Qafqazda", "Azərbaycanda şərab yolları" və "İpək Yolu" beynəlxalq mədəni turizm marşrutları, "Alman yaşayış məskənləri" adlı beynəlxalq layihələr işlənməkdədir. "Azərbaycanda şərab yolları" layihəsi çərçivəsində "Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası" yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə sərəncamlarının turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının ərazi turizm inkişaf planları hazırlanmışdır. Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanar dağın Nardaran Qalasının turist marşrutuna salınması ilə bağlı abidələrə baxış keçirilmiş müvafiq qaydada turizm marşrutlarına daxil edilmişdir. Şəkinin Fazıl kəndində yerləşən Təpəbaşı nekropolu abidəsinin Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd məqbərəsinin ərazi turizm inkişaf planı hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın təsdiq edilməsində məqsəd, Azərbaycanda yüksək iqtisadi, sosial ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsini ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir. Proqramın icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, nazirliyin tədbirlər planı təsdiq edilmiş bir sıra bəndlərin icrası ilə bağlı aidiyyəti üzrə dövlət qurumlarına məktublar ünvanlanmışdır. Bunun nəticəsi olaraq, Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə Dövlət Proqramının icrasına dair tədbirlər planı hazırlanmışdır.

Proqramın icrasına uyğun olaraq Azərbaycanda yeni turist marşrutlarının yaradılması çərçivəsində cari ilin 3-5 avqust tarixlərində Respublika Atçılıq Mərkəzinin Şəkidəki filialında atüstü turizm marşrutlarının təqdimatı keçirilmiş tədbirdə 12 turizm şirkəti, KİV nümayəndələri iştirak etmişlər. Təqdimat çərçivəsində iştirakçılara Şəki-Daşbulaq-Şəki marşrutu üzrə atüstü gəzinti təşkil edilmişdir.

Eyni zamanda, cari ilin 3-5 sentyabrda Bakı-Quba-Şamaxı-Bakı istiqamətində dağlıq ərazilərdə avtoturizm ekstremal turizmin komponentlərini özündə əks etdirən yeni turist marşrutu yaradılmışdır.

Turizm rekresiya zonalarının yaradılması nazirliyin Dövlət Proqramının icrası çərçivəsində həyata keçirdiyi əsas istiqamətlərdən biridir. Turizm rekresiya zonalarının ümumi əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Bu istiqamətdə mərhələli şəkildə müvafiq işlər görülür.

2010-cu ilin sentyabr tarixində "Yaşıl dünya naminə" adı altında Bakı şəhərində keçirilən Beynəlxalq Ekologiya Sərgisində MədəniyyətTurizm Nazirliyi müvafiq stendlə təmsil olunmuşdur.

Hər il yay turizm mövsümündə Azərbaycanın bölgələri üzrə yerləşdirmə obyektlərinin həm yüklənmə faizi, həm turistlərə təklif olunan xidmətlərlə qiymətlərin uyğunluğunun öyrənilməsi ilə bağlı nazirliyin mütəxəssisləri Azərbaycanın bölgələrinə ezam olunur.

Azərbaycanda turizm sahəsində milli standartların yaradılması və turistlərin təhlükəsizliyinin təmin edən standartların təkmilləşdirilməsi məqsədi ilə Turizm üzrə Texniki Komitənin yaradılması Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi tərəfindən müsbət qarşılanmış və bununla bağlı MədəniyyətTurizm Nazirliyi ilə Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin müvafiq əmrlərinə əsasən Turizm üzrə Texniki Komitə yaradılmışdır.

Turizm sahəsində mövcud problemlərin öyrənilməsi, turizm şirkətlərinin qarşılaşdığı çətinliklərin təhlil edilməsi və onların fəaliyyəti haqqında dolğun məlumatların əldə olunması məqsədilə sektor tərəfindən turizm şirkətləri üçün müvafiq sorğu-anket forması hazırlanmış, turizm şirkətlərinə göndərilərək, onlardan alınan müvafiq cavablar əsasında nəticələr təhlil olunmuşdur.

Bakı şəhəri və ölkəmizin regionlarında fəaliyyət göstərən mehmanxana mehmanxana tipli obyektlərin fəaliyyəti, statistik məlumatlar obyektlərdə təklif olunan qiymətlərlə bağlı məlumatlar əldə edilərək müvafiq təhlillər aparılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Era Marketing Center" şirkəti tərəfindən 2008 və 2010-cu illərdə yerli əhali xarici turistlər arasında sosioloji sorğular keçirilmiş və əldə olunan nəticələr təhlil edilmiş müvafiq tədbirlər görülmüşdür.

Mədəniyyət Turizm Nazirliyinin tövsiyəsi ilə mehmanxana sektorunun inkişaf etdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi və səmərəli idarəetmə sisteminin yaradılması məqsədilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunun ötən il ilk məzunları buraxılmışdır. Qeyd etmək istərdik ki, 74 məzundan 14-ü Avstriyanın Krems Universitetinin müvafiq diplomunu almışdır. Hazırda bu ali təhsil ocağında 1123 nəfər tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır.

Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədi ilə 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılmışdır.

Mehmanxana mehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında mehmanxana xidmətlərinin göstərilməsi qaydaları" adlı sənədin layihəsi hazırlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixi 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydası"nı rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana mehmanxana tipli obyektlərin sayı 74-ə çatmışdır.

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanına əlavə edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli fərmanına əsasən, mehmanxana mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün 296 hüquqi fiziki şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxılmışonlara mehmanxana mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziya verilmişdir. "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a əsasən 214 hüquqi fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

Əlbəttə, bütün bunlar ölkədə turizmin inkişafına həsr olunan tədbirlərin yalnız müəyyən qismidir. Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği istiqamətində aparılmış işlərin həcmi daha genişdir.

Azərbaycanda turizmin inkişafının çox geniş imkanları vardır. 2011-ci ildə ölkəmizdə bu sahənin inkişafına diqqət daha da artırılacaq. Bu il Bakıda 5 beşulduzlu mehmanxana açılacaq. "Şahdağ" Qış-Yay xizək kurortu, xizək infrastrukturu yaradılır, regionlarda turistlərin istirahəti üçün çox gözəl şərait yaradılır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında demişdir: "Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, meşələrimiz böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan versin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük gözəl nəticələr əldə edək". Hörmətli Prezidentimizin bu tapşırığının yerinə yetirilməsi istiqamətində işlərə artıq başlanılmışdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 15 may.- S. 5.