Sayokan döyüş
sistemi üzrə 2-ci respublika
turnirinə yekun vurulmuşdur
Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki
idman kompleksində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə
həsr olunmuş sayokan
döyüş sistemi
üzrə 2-ci açıq respublika turnirinə yekun vurulmuşdur.
İlk
dəfə olaraq açıq hava şəraitində qurulan
bu cür cəng meydanı Binəqədi, Suraxanı,
Qaradağ, Yasamal, Sabunçu, Nərimanov, Xaçmaz, Beyləqan
rayonları, Sumqayıt şəhəri komandalarının
ixtiyarına verilmişdi. İştirakçılar sayokan
döyüş sisteminin alaqan, basaqar, cəng döyüş
növləri üzrə mübarizə aparırdılar.
Yarışdan
əvvəl təşkil edilən mərasimdə Binəqədi
Rayon Gənclər və İdman İdarəsinin rəisi
Qüdsi Bayramov çıxış edərək ölkəmizdə
idman sahəsinə göstərilən diqqət və
qayğıdan, ölkə Prezidenti İlham Əliyevin
idmançıların uğurlarını yüksək dəyərləndirməsindən
danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan
artıq beynəlxalq aləmdə idman ölkəsi kimi
tanınır. Bu isə həyata keçirilən uğurlu
dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən,
mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri
inşa edilir, idmançılar hərtərəfli
qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq
turnirlərdə daha böyük uğurlar əldə etməyə
imkan verir. Digər tərəfdən isə Azərbaycan
tez-tez qitə və dünya miqyaslı idman
yarışlarına ev sahibliyi edir.Q.Bayramov, eyni zamanda,
sözügedən yarışı yüksək səviyyədə
təşkil etdiklərinə görə Binəqədi
rayonundan Milli Məclisə deputat seçilmiş Madər
Musayevə, Binəqədi Qəsəbə Bələdiyyəsinə
minnətdarlığını bildirmişdir.
Azərbaycan
Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti
Vasif Namazov ulu öndərin bütün fəaliyyəti
dövrlərində gənc nəslin fiziki inkişafında
idmana mühüm önəm verildiyini, dövlət
başçımız İlham Əliyevin bu xətti
uğurla davam etdirdiyini diqqətə
çatdırmışdır.V.Namazov həmçinin belə
turnirlərin bundan sonra da təşkil olunacağını
vurğulamışdır. O eyni zamanda, Milli Məclisin
deputatı Madər Musayevin Binəqədi rayonunun ictimai həyatında
oynadığı mühüm rola toxunmuş, deputatın
idman yarışlarının təşkilinə verdiyi maddi dəstəyin
idmançılar tərəfindən müsbət qiymətləndirildiyini
bildirmişdir.
Xatırladaq
ki, mərasimdə Milli Məclisin deputatı Madər Musayev,
Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri
Rəşad Cabbarov, dünya və Avropa çempionu Allahverdi
Zamanov, dünya kubokunun qalibi Kamil Yusubov, ikiqat dünya
çempionuYaqub Zamanov və başqaları iştirak
etmişlər.
Yarışda
180 idmançı öz gücünü
sınamışdır.
Turnirdə
alaqan növü üzrə 1-ci yerə Suraxanı, 2-ci yerə
Fizuli, 3-cü yerə Sumqayıt, basaqlar növü üzrə
1-ci yerə Bakı-Mərkəz, 2-ci yerə Nərimanov,
3-cü yerə Sumqayıt, cəng növü üzrə 1-ci
yerə Binəqədi, 2-ci yerə Nərimanov, 3-cü yerə
Sumqayıt komandaları layiq görülmüşdür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 15 may.- S. 7.