Xatirələr
işığında
Xalq şairi
tituluna, Sosialist Əməyi Qəhrəmanı
fəxri adına, müxtəlif dövlət
mükafatlarına sahiblənən, yüksək zirvələr
fəth edən ədəbiyyat fədaisi. Onu
necə istəsən
adlandırmaq olar - ictimai
xadim, xalq duyğularının qorxmaz
ifadəçisi və... Onun
həyatını bütün
epitetlərlə ifadə etmək olar. Rəsul Rzanın həyatı,
ictimai fəaliyyəti,
yaradıcılığı şərəfli bir örnəkdi. Eynən öz
poeziyası kimi.
Rəsul Rza 50-ci illərin əvvəlində Stalin mükafatı almışdı. Onun həyat yolu Cavid, Müşfiq kimi yarı yolda qırıla da bilərdi... Tanrı qorumasaydı.
1910-cu ildən sonra başlanan ömrün anları o qədər çox və keşməkeşlidir ki, onun ömür yolu və yaradıcılığı ilə tanışlıq zamanı heyrət etməmək olmur: O, otuzuncu illərin repressiya dəhşətlərindən keçib, otuz-əllinci illərin ədəbi-mədəni həyatında fəal iştirak edib, ölkəmizin yüksəlişinə böyük töhfələr verib.
O, milli-mədəni oyanışın, özünüdərkin, intibahın istedadlı tərənnümçüsü idi. 30-cu illərin əvvəlindən poeziyamızda sərbəst şerin yaradıcısı kimi tanınmaq haqqını qazanıb.
Paradoksal haldır ki, Rəsul Rza ən çox güvənilən və ən çox tənqid edilən bir yazar idi. Onun haqqında donoslar yazılırdı. Moskva "inkvizisiyasına" yazılan bu donoslar o dövrdə hər bir sovet vətəndaşının, xüsusilə də ictimai xadimin, qələm adamının ölüm təhlükəsi ilə üz-üzə qalması demək idi. Üstəlik həmkarlarının kəskin hücumları, tənqidləri də səngimirdi-Azərbaycan şeirinin heca vəznini pozduğuna görə. Həddindən artıq cəsarətinə və sərbəstliyinə görə poeziyamızın sərbəst şairini "canlı klassiklər" - ağır oturub batman gələn bürovuzçular təbii ki, bəyənə bilməzdilər. Qısqanclıqlar mətbuatda vaxtaşırı yer tutan kəskin tənqidlərlə büruzə verilirdi.
Rəsul Rza artıq 50-ci illərdə - yaradıcılığının çiçəklənən dövründə, yazmaq -yaratmaq eşqinin ən yüksək zirvəsində bütün bu olanlara qalib gəlməyə çalışırdı: həm yazır, həm mübarizə aparır, həm təssüflənirdi.
...Göytəpə kəndinə hay düşür ki, sarı dana xəstələnib. Baytar, briqadir, sədr, partkom bir sözlə, hamı səfərbər olur. Ayaqlarına isti su gətirirlər, qulaqlarına dərman tökürlər. Sağıcı Gülxara günlərlə sarı dananın yanından ayrılmır, gecə-gündüz ona qulluq eləyir. Ev-eşik, külfət-uşaq unudulur. Bəs necə, dana ölsə, plan kəsirdə qalar.
...Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm:
dana ölmədi azardan
Ancaq Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar
bazardan.
Quyruğunu qoyub belinə
qaçır, tullanır
sarı dana indi.
Ancaq soruşan yoxdur,
Yaşıl otlar içindəki
O balaca qəbir kimindi?!..
Şeirdəki həqiqətə kölgə
sala bilmədiklərindən
müəllifi antisovetçilikdə,
millətçilikdə, formalizmdə
və başqa "izm"lərdə günahlandırdılar.
60-cı illərin əvvəlində
Azərbaycan poeziyasına
həm forma, həm də məzmunca yeni şairlər nəsli gəlsə də, sovet tənqidi Rəsul Rzanı hədəfdən
yayındırmırdı. Şair bu
gün də ən kəskin tənqidlərə tuş
gələn müəlliflərdəndir.
Demək müəllifin
müdrikcəsinə söylədiyi
"mübarizə bu
gün də var, yarın da" kəlmələri
öncəgörmə, zamanı
qabaqlama, gələcək
zamanla -21 əsrlə
yaşamaqdan xəbər
verirdi:
Mübarizə
bu gün də var,
yarın da.
Mən də onun
ən ön sıralarında...
Ədəbiyyata qədəm basdığı
ilk gündən ömrünün
sonuna qədər Rəsul Rzanı günahlandıranlar, tənqid
və ittiham edənlər həmişə
olub və bu hücumlar indi də davam
edir.
Əllinci-yetmişinci illərdə Rəsul Rzanın bir-birinin ardınca yazdığı
şeirlər öz ictimai kəsərini, aktuallığını qətiyyən
azaltmadan daha dərin fəlsəfi və ictimai məna kəsb edirdi. Onu tənqid edənlərə şairin
şeirləri ən tutarlı və dolğun cavabdır:
"Söyün, şair,
söyün!
Səni bəyənmir Ağsöyün".
Bu geri yol,
xatirələr yolu
ağrılı, inciklidir
hadisələr, olmuşlar
böyüklü, kiçiklidir..."
Onun yaradıcılığında,
solmaz şerlərində
əbədiləşən tarix, dövr, zaman və bu
zamanın əhatə
etdiyi hadisələr öz aktuallığını
itirməyib. "Ana qaz" şeiri ilə fikrimi əsaslandırıram:
"Qazın yeddi balası vardı,
Qonaq gəldi
Ev yiyəsi birini kəsdi,
Dedi: altısı qalır bəsdir!
Gecə
bala qaz,
boynunda qan-qırmızı
lenta
girdi ana qazın yuxusuna.
Dəli
bir külək əsdi,
Bir bala düşdü su quyusuna.
Beşi qaldı.
Səhər ikisini
qonşu satın
aldı.
Qonşusunun arvadı dedi:
-İti bıçaq götür, a kişi,
Yazığı incitmə, çığırtma.
Ocağı gur qaladı,
Günortaya hazır oldu çığırtma.
Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: -ikisi qalır bəsdir.
İkisindən birini tülkü
apardı,
Qaldı
biri,
Onu da it boğdu diri-diri.
Balaları yox olandan bəri,
gecələr tez-tez
Qaz yuxudan ayılırdı,
Baxırdı oyan-bu yana
Bəlkə balasından biri
qalıb
Bəlkə quyuya düşən
diri qalıb,
Kim bilir bəlkə
adam dili bilsəydi
Ömrü boyu ağı deyərdi..."
Ötən əsrin şairini
vəznsiz, qafiyəsiz
yazmaqda günahlandıran
müasirləri bu gün yaşasaydılar şahidi olardılar ki, tənqid etdikləri şeir bir əsr sonra
da öz aktuallığını itirməyib:
insan cəmiyyəti hələ də canlı təbiətlə
münasibətlərini tənzimləməkdə
əziyyət çəkir,
çırpınır, yollar
arayır-heyvanlara qayğı
və onları müdafiə cəmiyyətləri
təsis edir, ət yeməkdən imtina edir, problem isə həll olunmur ki, olunmur.
Və şairin
əksər şeirləri
beləcə cağdaşlığını
itirmir. Rəsul Rzanın şeirləri
zamanın küləyindən
qorunmur, əksinə küləyə bürünməklə
zaman keçdikcə yaşayır, böyüyür,
insanın həyat fəlsəfəsinə çevrilir.
"Rənglər" silsiləsi
Stalin represiyyasından sonra sovet inkviziatorunun
ölümü ilə
yaranmış azadlıq
havasında qələmə
alınmış bu şeir indi də dünyanı dolanmaqda və ədəbiyyatsevərləri heyrətləndirməkdədir.
...rənglər xatirələr
oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq
görmək istəməsək,
Hər rəng
adicə boyadır.
Rənglərin də musiqi
kimi ahəngi var.
Ağrının, sevincin, ümidin
də
rəngi var.
Düşündükcə açılır,
əlvan səhifələri
rənglərin.
Canlanır gözümüzdə rəngi
Ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin... "
"Rənglər" silsiləsindən poetik misraların sayını artırmaq çətin deyil, onun fəlsəfi
və ictimai mənasından və yükündən danışmaq
da.
Bənzərsiz bir şair, Azərbaycan poeziyasının
novatorlarından biri Rəsul Rza dünənin-əllinci, altmışıncı,
yetmişinci illərin,
eyni zamanda, bu günün- yeni əsrin şairidir.
Rəsul Rza XX əsrdə doğulub, XX əsrdə həyatını başa
çatdırsa da, onun poeziyası bu günümüzün,
çağdaş ədəbiyyatımızın
övladıdır.
Şair sovet Azərbaycanının
deyil, yeni Azərbaycanın-azad fikir
və düşüncəsi
uğrunda həyatını
damla-damla şeirə
çevirib milli poeziyamıza töhfə edən müstəqil vətənimizin şairidir.
Vərəqləyirəm Rəsul Rzanın kitablarını. Bəşərin
düşüncələri, insan dərdi, təbiətin problemlərindən
doğan suallar, həyatın gətirdiyi arzular və nəhayət... Rəsul Rza poeziyasının
nəhayəti yoxdur.
O hələ də mübarizədə, döyüşməkdədir.
Böyük millət olmağın
mübarizə yolu davam etdikcə o yaşayacaq, bizimlə qalacaq və həmişə də mübarizənin ən ön sıralarında olacaq!
Bu gün onun sözü
ilə rəqibimizə
cavab verir, üstümüzə qalxanı
susdura biliriksə demək o öz sözü və hikməti ilə yaşayır və sıralarımızdadır:
"Mübarizə bu
gün də var, yarın da. Mən də onun ən ön sıralarında!!!"
Ənvər SEYİDOV,
hakim, professor
Xalq qəzeti.- 2011.- 17 may.- S. 6.