Aviasiya muzeyləri
18 may Beynəlxalq Muzeylər Günüdür
Dünyada muzeylər
o qədər çoxdur ki, hətta beynəlxalq muzey təşkilatları
da onların dəqiq sayını müəyyən
etməkdə çətinlik çəkirlər. Bu, muzeylərin çoxsaylı sahələri əhatə etmələri,
müxtəlif kateqoriyalara bölünmələri,
habelə dünyanın hər yerinə "səpələnmələri"
ilə əlaqədardır. Lakin bu sıxlıq cərgəsində
elə muzeylər də var ki, onlar barmaqla
sayıla biləcək
dərəcədə azdır. Aviasiya muzeyləri belələrindəndir.
"Dəmir quşlar qəfəsdə"
"Aviasiya" anlamı latınca quş mənası verən "avis" sözündən yaranmışdır. İndinin özündə də bəzi uçan aparatları "avis", yəni "quş" adlandırırlar...
Fransadakı Le Burje muzeyi həm yaşına, həm də eksponatlarının qədimiliyinə görə ən qocaman aviasya muzeyi hesab olunur.
Yaranma tarixi
1879-cu ilə aid olan
"Massia-Biot" planeri
muzeyin qədim eksponatları arasında xüsusi yer tutur. O bu gün də havaya qalxıb, quş kimi süzməyə hazırdır. Le Burje Aviasiya Muzeyi Paris şəhəri
yaxınlığındakı keçmiş aerovaqzal kompleksində yerləşir.
Amerika Birləşmiş
Ştatlarının
ABŞ-ın Sietl
şəhərindəki aviasiya
muzeyi "Boeinq" şirkətinin ilk məkanlarından
birində, geniş anqarda yerləşir. Odur ki, bəzən ona "Anqar-Muzey" də deyirlər. 1965- ci ildə "Boeinq" şirkəti tərəfindən yaradılan
bu ekspozisiya dünyada ilk fərdi, yaxud şəxsi aviasiya muzeyi kimi qeydə alınmışdır. Muzeydə bir
sıra nadir eksponatlar,
o cümlədən Birinci
və İkinci dünya müharibələrində
istifadə olunan təyyarələrin nümünələri
diqqəti çəkir.
Həmin
təyyarələri istehsal
edən dövlətlər
arasında ABŞ-la yanaşı,
Almaniya, Rusiya, Yaponiya və digər ölkələr
vardır. Muzeyin bölmələrində
"sahibkar" şirkətin,
yəni "Boeinq"in
inkişaf mərhələlərini
əks etdirən fotolar, sənədlər və təyyarə nümunələri nümayiş
etdirilir.
Kiyev Aviasiya Muzeyi gənc olmasına (2003) baxmayaraq ,
keçmiş sovet məkanında mövcud olan aviasiya muzeyləri
sırasında birincilik
qazanmışdır. O, bu
şərəfə əhatə
dairəsinin böyüklüyünə,
eksponatlarının zənginliyinə
və orijinallığına
görə nail olmuşdur.
Açıq səma altında
20 hektar ərazini əhatə edən muzeyin bölmələrində
hərbi, mülki, yük-nəqliyyat və dəniz aviasiyasının
nümunələri toplanmışdır.
Ekspozisiya yeni eksponatlar
hesabına daim genişlənir və zənginləşir.
Kiyev Aviasiya Muzeyinin əsas məziyyətlərindən biri
odur ki, digər aviasiya muzeylərində olmayan
nadir nümunələri burada
görmək olar.
Kiyev Aviasiya Muzeyini addaşlarından fərqləndirən
daha bir cəhət
: dünyada ilk muzeydir
ki, "TU-22" markalı
strateji bombardmançı
təyyarələrin kolleksiyasını
toplayıb, tamaşaçıların
ixtiyarına vermişdir.
Baltik sahilində
yeganə Riqa Aviasiya Muzeyi də açıq tipli muzeylərdəndir. Onun başa gəlməsinə
40 il vaxt
sərf olunmuşdur. Muzeyin yaranma tariixi 1965-ci ildə əsası qoyulan Gənc Pilotlar Məktbinin tarixi ilə sıx bağlıdır.
Baltik sahili ölkələrində yeganə,
Avropada isə məşhurlardan olan Riqa Aviasiya Muzeyi
1997-ci ildən etibarən
müstəqil fəaliyyətə
başlamışdır.
Əsas ekspozisiyası sovet aviasiyası texnikasından
ibarət olan və özünü maliyləşdirə bilən
bu muzey Riqa Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Gün ərzində
yüzlərlə tamaşaçı
qəbul edir.
Azərbaycanda Mülki Aviasiya
Muzeyi
Dünyada örtülü şəraitdə,
başqa sözlə,
tavan altında fəaliyyət göstərən
aviasiya muzeyləri çox deyil. Belə muzeylərin
xüsusiyyəti ondan
ibarətdir ki, ekspozisiyada aviasiyanın texniki potensialına deyil, tarixinə dair eksponatlara üstünlük verilir.
Azərbaycanda yaradılmış Mülki Aviasiya Muzeyi də bu qəbildəndir. Onun on bölmədə yerləşdirilmiş
ekspozisiyası Azərbaycanda
aviasiyanın yaranmasından
və inkişaf mərhələlərindən bəhs edir.
Bu muzey struktur cəhətdən Sankt-Peterburq
Mülki Aviasiya Muzeyinə bənzəyir. O da örtülü məkanda
(bəzi bölmələri
istisna olmaqla) fəaliyyət göstərir,
əsasən Rusiya aviasiyasının tarixini əks etdirir. O, Aviasiya Akademiyası ilə "Pulkovo" aviamüəssisəsinin bazasında
yaradılmışdır, başlıca missiyası Akademiyanın müdavimlərinə
xidmət göstərməkdir.
Bizim muzey isə "AZAL"-ın və Azərbaycan Milli Aviasiya Akademiyasının
törəməsidir, əsas
vəzifəsi də aviasiya tariximizi gənc aviatorlara təlqin etməkdir.
Əlbəttə, bu iki muzey arasında oxşar cəhətlər
olduğu kimi, onları fərqləndirən
amillər də çoxdur. Sankt-Peterburq
Mülki Aviasiya Muzeyinin fəaliyyət dairəsi və imkanları xeyli genişdir...
MAM-ı aviasiya muzeyləri
ailəsində "sonbeşik"
də adlandırmaq olar. O, çox gəncdir.
2005-ci ildə təməli qoyulub, 2008-ci
ildə istifadəyə
verilib. Az
müddət ərzində
milli aviasiya tariximizin qaranlıq səhifələrinə işıq
saçan nadir eksponatları
toplayıb, geniş ictimaiyyətin diqqətinə
çatdırdığına, habelə tamaşaçılara
xidmət növlərini
təkmilləşdirdiyinə görə muzeylər arasında nüfuz qazanıb. Hazırda fond ehtiyatı 7,5 mini ötən
Mülki Aviasiya Muzeyinin tələbə-tədris
ocağına çevrilməsi,
məktəblərlə sıx
əlaqə və şagirdlərə təmənnasız
xidmət, habelə səyyar ekspozisiyaların
təşkili, əlamətdar
hadisələrin tədbirlər
və sərgilərlə
müşaiyət olunması,
aviasiyamız və aviatorlarımızla əlaqədar
çoxsaylı bukletlərin,
kataloqların nəşri,
aviasiyamızın tarixinə
dair Azərbaycan və rus dillərində
biblioqrafik göstəricilərin
çapa hazırlanması
- bütün bunlar
"sonbeşik" muzeydə
görülən işlərin
tam siyahısı deyildir.
Şübhəsiz, yaxın zamanlarda
respublikamızda açıq
tipli aviasiya muzeyi də fəaliyyət göstərəcəkdir.
Aydın səma altında, mənzərəli
ərazidə qərar
tutacaq bu ekspozisiyanın tamaşaçıları
dünya aviasiyasının
seçmə nümunələri
ilə yanaşı, Azərbaycan aviasiya sənayesinin məhsullarını
da iftixarla seyr edəcəklər...
Yusif KƏRİMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 18 may.- S. 10.