Media və cəmiyyət:
fəal əməkdaşlıq yolları
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dəstək Fondunun Səbail
Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfransda
"Media və cəmiyyət arasında əlaqələrin
inkişaf etdirilməsi"
mövzusu geniş müzakirə hədəfi
oldu, dəyərli mülahizə və təkliflər səsləndi.
Məclisi
giriş sözü ilə açan Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov
müstəqil Azərbaycan dövlətində azad
jurnalistikanın formalaşması və inkişafı ilə
bağlı dövlət səviyyəsində həyata
keçirilmiş tədbirlərdən, ümumilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə
KİV-in problemlərinin həllinə göstərdikləri
köməkdən ətraflı söz açdı. Başçı
bildirdi ki, çağdaş cəmiyyətdə media demokratik
proseslərin önündə gedir, azad sözün mötəbərliyi
və nüfuzu gündən-günə artır. Milli
jurnalistikamız ölkə daxilində
uğurlarımızı və problemləri daim gündəmdə
saxlayır, xaricdə Azərbaycanın müsbət imicinin
yaradılması üçün ardıcıl fəaliyyət
göstərir. Media quruculuq prosesində təsirli
iştirakı ilə icra strukturlarının da yaxın
köməkçisidir. Bugünkü görüşün əsas
məqsədi də KİV redaksiyaları ilə cəmiyyətin
əlaqələrini daha fəal və məzmunlu etmək
yollarını müəyyənləşdirməkdir.
KİVDF-in
icraçı direktoru Vüqar Səfərli bildirdi ki, rəhbərlik
etdiyi qurum medianın vətəndaş cəmiyyəti
quruculuğuna köməyini artırmaq üçün
KİV-lərin baş redaktorları ilə bölgələrin
ictimaiyyət nümayəndələri arasında
görüşlər təşkil etməklə onlar
arasınıda əməkdaşlığı inkişaf
etdirməyə çalışır. Paytaxtın Suraxanı
rayonunda keçirilən ilk konfrans məsələnin
aktuallığını, hər iki tərəf
üçün faydalı olduğunu bir daha sübut etdi.
KİVDF
Azərbaycan mediasının inkişafının jurnalist
peşəkarlığı ilə sıx bağlı
olduğunu nəzərə alaraq maddi dəstək layihələri
ilə yanaşı, yaradıcılıq məsələlərini
də daim gündəmdə saxlayır. Jurnalistlər kütləvi
auditoriyanın istək və arzularını vaxtında və
həssaslıqla duyub cavablandırarsa bu, bütün cəmiyyətin
xeyrinə olar.
KİVDF-in
rəhbəri ötən iki ildə həyata
keçirilmiş tədbirlərdən danışdı,
görüş iştirakçılarını
açıq, fəal diskussiyaya dəvət etdi.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
ölkəmizdə söz azadlığının təmin
edilməsi, müstəqil jurnalistikanın inkişafı ilə
bağlı əldə olunmuş tarixi uğurlardan söz
açaraq bildirdi ki, bu gün kütləvi tribunadan hər kəsin
və hamının istədiyi fikri səsləndirmək, səsini
cəmiyyətə çatdırmaq imkanı var. 600-dək
daimi fəaliyyət göstərən KİV, o cümlədən
30 gündəlik və 50 həftəlik qəzet, 20 informasiya
agentliyi, 9 ümumölkə televiziyası və radio, 14
regional televiziya, 5 internet televiziyası cəmiyyətin azad,
obyektiv informasiya tələbatının ödənilməsinə
xidmət edir.
Artıq
13 ildir ki, Azərbaycan senzurasız jurnalistika ölkələri
cərgəsindədir. Dövlət KİV-in problemlərinin
həllinə dəstək verməklə azad sözün
dayaqlarını möhkəmləndirir. Ölkə
mediası üçün heç bir qapalı sahə və
mövzu qalmamışdır.
AMŞ,
KİVDF və digər media qurumları redaksiyalarla birlikdə
jurnalist peşəkarlığının yüksəldilməsi
məsələlərini daim diqqətdə saxlayır, bu sahədə
problemlərin həllinə çalışır.
Oxucu,
dinləyici və tamaşaçıların jurnalistlərdən
nə gizlətdiklərini vaxtında aşkar etmək peşəkarlığı
artırmağın zəruri qaynaqlarından biridir. Bu gün
media rəhbərləri bu sualı cavablandırmağa gəliblər.
Sonra qızğın diskussiyalar başlandı. Səbail Rayon
İcra Hakimiyyətinə toplanmış ictimaiyyət
nümayəndələri media ilə cəmiyyət əlaqələrinə
müxtəlif bucaqlardan nəzər saldılar,
jurnalistikamızın uğurlarına və
qarşısında duran vəzifələrə münasibətlərini
bildirdilər. Çıxış edənlər xarici ölkələrdə,
beynəlxalq aləmdə Azərbaycanın layiqli imicinin
yaradılması, cəmiyyətdə gedən proseslərin dərindən
təhlil olunması uğurların geniş
işıqlandırılması, informasiyaların
obyektivliyinin və operativliyinin təmin edilməsi ilə
bağlı xalqın mediadan gözləntilərini
açıqladılar. KİV neqativ halları
doğru-düzgün, qərəzsiz
işıqlandırması, milli-mənəvi dəyərlərə
həssas yanaşma, gənclərin həyatına daha
çox diqqət yetirmək, vətənpərvərlik
mövzusunu daim diqqətdə saxlamaq kimi məsələlər
də müzakirələrdə aparıcı yer tutdu. Xaricdə
yaşayan Səbail sakinləri canlı efirlə konfransın
işinə qatıldılar. Rəy və təkliflərini
söylədilər.
Qaldırılan
məsələləri, verilən sualları "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"Azad Azərbaycan" qəzetinin baş redaktoru Hikmət
Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz
Quliyev, "Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli və digər redaksiyaların rəhbərləri
cavablandırdılar.
Konfransda
media ilə əməkdaşlıq sahəsində Səbail
Rayon İcra Hakimiyyətinin qazandığı müsbət təcrübədən
də söz açıldı, belə görüşlərin,
diskussiyaların əhəmiyyəti vurğulandı.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.-25 may.- S. 6