Sabirabadda Respublika günü münasibətilə tədbir

 

Azərbaycan Xalq Cümhuriyyətinin 93 illik yubileyi münasibətilə Sabirabad rayonunda keçirilən tədbirdən əvvəl ulu öndərin abidəsi önünə tər gül-çiçək qoyuldu.

Tədbirin əvvəlində dövlət himni səsləndirildi. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq geniş çıxış etdi. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi olduğundan, XX əsrin sonunda milli dövlətçiliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində dövlətimizin çox sürətlə inkişaf etməsindən, müstəqilliyimizin daha da möhkəmləndiyindən bəhs etdi.

Tədbirdə başçının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Şahnaz Babayeva çıxış edərək ölkəmizin milli dövlətçilik tarixindən, ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda Heydər Əliyev siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən danışdı.

Axırda tədbir iştirakçıları adından yekdilliklə dövlət başçısına müraciət qəbul edildi.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 28 may.- S. 10.