Ölkəmizdə şəhərsalmanın yeni dövrü başlayıb

 

Bu gün Azərbaycanın bütün şəhərləri yeniləşir, müasir və milli üslubda yeni binalar, parklar və xiyabanlar salınır. Bir sözlə, şəhərlərimiz öz simasını günbəgün dəyişir.

Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərimizdə, o cümlədən regionlarımızdakı şəhərlərdə aparılan quruculuq işləri şəhərsalmanın müasir tələblərinə uyğunlaşdırılır, onlarda milli dəyərlər qorunmaqla müasirliyə daha çox diqqət yetirilir.

Müasir şəhərsalmanın bəzi problemləri ilə bağlı suallarımızı Avropa EA-nın və Türkdilli Ölkələrin Beynəlxalq EA-nın fəxri doktoru, şəhərsalma üzrə bir sıra uğurlu layihələrin müəllifi Cahid Həsənov cavablandırır.

- Cahid müəllim, Azərbaycanda gedən genişmiqyaslı quruculuq işləri şəhərlərimizin də ilbəil yeniləşməsinə öz təsirini göstərir. Sizcə, bu proses onların ümumi memarlıq ahənginə mənfi təsir etmir ki?

- Çox doğru buyurursunuz ki, son illər şəhərlərimiz həqiqətən yeniləşir, gözəlləşir və müasirləşir. Bu, əlbəttə ki, dövlətimizin yüksək qayğısı nəticəsində mümkün olmuşdurproses bu gün də sürətlə davam edir. Ölkəmizdə şəhərsalma ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın elə şəhəri, elə qəsəbəsi yoxdur ki, orada yeniləşmə hiss olunmasın. İstər paytaxtımız Bakıda, istərsə də region mərkəzlərində yeni binalar ucaldılır, əhalinin istirahəti üçün müasir tələblərə uyğun parklar, xiyabanlar salınır, yeni abidələr qoyulur, köhnələr isə bərpa edilib yeniləşir.

Bakımız tamamilə dəyişib. Burada şəhərsalmanın ən müasir formalarından istifadə olunur. Ancaq tarixilik, millilikunudulmur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Burada həm tarix, həm mədəniyyət, həm müasirlik, həm struktur, həm zövq, həm yüksək stil, yəni bütün bu amillər cəmləşir. Ona görə də biz bu gözəl, doğma şəhərimizə çox böyük diqqətlə yanaşmalıyıq".

Bu gün Bakımızın gözəlliyi şəhərə gələn hər bir insanı valeh edir. Onun həm xarici görkəmi dəyişir, həm də gözəl parkları, xiyabanları, eləcə də yeni inşa edilən göydələnləri şəhərimizə yeni bir gözəllik bəxş edir. Bu şəhərdə klassikmüasir memarlığın əsl ahəngi yaradılıb. Bayraq Meydanı, Milli Parkbu parkda inşa edilən Muğam Mərkəzi, Xalça Muzeyinin binaları hər bir insanda böyük estetik zövq yaradır.

İçəri şəhər isə öz əvəzolunmaz orijinallığı ilə Bakımıza klassik bir görkəm bəxş edir. Bakıda tikilən müasir beşulduzlu mehmanxanalar olduqca diqqətçəkəndir. Dünyanın elə bir şəhəri yoxdur ki, orada az müddəti ərzində 6 beşulduzlu mehmanxana inşa edilsin.

Cənab Prezident Bakımızın arxitekturasına, onun görünüşünün gözəlliyinə xüsusi diqqət yetirir. Şəhərin gələcək inkişafı üçün mümkün olan hər şeyi edir. "Mən vaxtımın müəyyən hissəsini Bakının inkişafına həsr etmişəm və bundan zövq alıram. Ona görə Bakının inkişafı ilə məşğul olan hər bir vəzifəli şəxsdən tələb edirəm ki, biz bu məsələyə maksimum ehtiyatla yanaşmalıyıq", - deyən cənab Prezident öz tapşırığını verib.

Bu gün dünyanın inkişaf etmiş şəhərləri kimi, Bakının da yeniləşməsində problemlər var. Əvvəla, köhnə, artıq istifadəyə yararsız evlər sökülməlidir. Onun yerində isə yeni yaşayış binaları, digər inzibati binalar, mehmanxanalar ucaldılmalıdır. Heydər Əliyev Sarayından "5 mərtəbə" adlanan yerə kimi söküntülər bu gündavam edir. Orada salınacaq "Qış bağı" şəhərimizə xüsusi gözəllik bəxş edəcək. Belə sahələri çox nümunə göstərmək olar. Əsas olan budur ki, nə qədər çətin olsa belə, bu işlər sürətlə davam edir.

Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün Bakının qala qapılarının qurulmasına ehtiyac var. İstər şimaldan, istər cənubdan və şərqdən Bakımıza qonaq gələnlər xüsusi qala qapısından keçib şəhərimizə daxil olmalıdır.

Bir daha demək istəyirəm ki, hər bir yenilik şəhərlərimizin ümumi gözəlliyinə bir yaraşıq gətirir, onun ümumi ahəngini tamamlayır.

- Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi şəhərlərimizin inkişafı ilə bağlı bir neçə sərəncam vermişdir. Tarixi şəhərlərimizdə aparılan quruculuq işləri onların ümumi görünüşünə xələl gətirmir ki?

- Mən bu yaxınlarda cənab Prezidentin Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclasındakı nitqini dinlədim. Cənab Prezident çıxışında bildirdi ki, "ölkəmizdə elə şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Bu şəhərlərə və orada olan tarixi abidələrə, əlbəttə ki, xüsusi diqqət göstərilməlidir. Yəni, bu prosesgedir və gedəcək. Mən hesab edirəm ki, bu çox əhəmiyyətli yanaşmadır və tarixi şəhərlərimizi biz elə bərpa etməliyik ki, qədimliyini də, simasını da saxlasın, eyni zamanda, müasirləşsin və gəncləşsin". Bununla cənab Prezident Azərbaycanda tarixi şəhərlərimizin bərpası və yenidən qurulması ilə məşğul olanlar üçün əsl istiqamət müəyyənləşdirdi. Yəni, bu gün Gəncə, Bərdə, Şamaxı, Qəbələ, Şəki, Qubas. tarixi şəhərlərimizdə aparılan quruculuq işlərində son illər əsl canlanma hiss olunur. Belə ki, şəhərlərdə aparılan yenidənqurma işləri zamanı tarixi abidələr qorunur, şəhərin tarixi, bu bölgənin adət-ənənələri, milli dəyərləri abidələrdə yaşadılır.

Tarixi şəhərlərdə yerli tikinti materiallarından istifadə olunması vacibdir. İndi biz belə şəhərlərdə tez-tez oluruq müəyyən layihələrimiz var. İcra hakimiyyəti nümayəndələri ilə söhbətlərimizdə onlar da bildirirlər ki, tarixi şəhərlərdə yerli tikinti materialları istifadə olunsun. Bu cür şəhərlərdə yenidənqurma işləri buradakı tarixi-memarlıq abidələrinə toxunmadan onların fonunda həyata keçirilməlidir. Ona görə ki, bu abidələr əslində həmin şəhərlərin simvoluna çevrilmişdir.

Biz Şamaxıda Ağstafada aparılan quruculuq işlərinə uyğun yeni layihələr hazırlamışıq. Lənkəranın girişində yaradılmış abidələr isə çay balıqla bağlıdır. Bu şəhər qədim abidələrlə zəngindir. Burada mənim bir neçə layihəm həyata vəsiqə alıb. Hər birində tarixilik, klassik üslub saxlanılmaqla müasir memarlıq elementlərindən istifadə olunub.

Bizim tarixi şəhərlərimiz turizmin inkişafı üçün çox əhəmiyyətlidir. Məsələn, Şəkidəki Xan Sarayı, Karvansara yenidən bərpa olunub bu bölgəyə gələn turistlər həmin abidələrə böyük məmnunluqla baş çəkirlər.

- Şəhərlərimizdə reklam problemi ilə də tez-tez rastlaşırıq. Bununla bağlı nə deyərdiniz?

- Şəhərlərimizdə reklam problemləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Şəhərlərin reklam siyasətinə ciddi yanaşmaq lazımdır. Bu gün Bakıda tarixi-memarlıq abidələrinin yerləşdiyi sıx məhəllələrdə açıq hava reklamlarından istifadə olunur. Mən bu reklamların yazılışında əcnəbi dillərdən gələn sözlərin işlədilməsini demirəm, ümumiyyətlə onların özləri bəzən çox primitiv formada, köhnə konstruksiyalı qurğularda yerləşdirilir. Bunlar yolverilməzdir. Belə yerlərdə quraşdırılan reklamlar bəzən tarixi binaların, digər abidələrin gözəlliyinə, ümumi estetik görünüşünə xələl gətirir.

1895-ci ildə Bakı Şəhər Dumasında reklamla bağlı xüsusi qərar qəbul olunmuşdur. Həmin qərarla şəhərin tarixi binaları üzərinə reklamların vurulması qadağan edilmişdi. O vaxt reklamçılar tərəfindən 114-dək xüsusi dirək hazırlanmışdı. Həmin dirəklərin üzərinə xüsusi reklamlar yapışdırılırdı. Bunlar 15 ildən sonra dairəvi formalı daş konstruksiyalarla əvəzləndi. Bu, şəhərsalmaya kiçik bir obraz kimi daxil edildi. Biz 6 il bundan əvvəl Lənkəranda bunu tətbiq etdik. İndi Bakının bir çox yerlərində bu tip reklamlardan istifadə olunur.

Son iki ildə biz regionlara reklamla bağlı layihələr veririk. Bu vaxta qədər regionlardakı şəhərlərimizdə reklamdan pərakəndə şəkildə istifadə olunurdu. Məsələn, elə reklamlar görmüşdüm ki, onlar bütöv binanın, tarixi abidənin qarşısını kəsirdi. İndi isə bunlara son qoymaq vaxtı çatmışdır. Reklam işi şəhərlərimizin gözəlliyinə xidmət etməlidir. Bunun üçün isə reklam işinə mütəxəssislər cəlb olunmalıdır.

Ümumiyyətlə isə, ölkəmizdə şəhərsalmanın mütərəqqi üsul metodları artıq tətbiq olunmaqdıdar. Dövlətimizin qayğısı nəticəsində yaxın gələcəkdə təkcə Bakımız deyil, regionlardakı şəhərlərimiz gözəlləşəcək, onlar öz milli, klassik müasir memarlıq nümunələri ilə Azərbaycana gələn qonaqları heyrətləndirəcək.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 2 noyabr.- S. 7.