Turizm sənayesinin inkişafı, problem və perspektivləri, qarşılaşdığı bəzi çətinliklər

 

Azərbaycan böyük turizm potensialı olan ölkə kimi bu sahədə yüz ildən çox təcrübəyə malikdir. Amma bu potensialın inkişaf etdirilməsi sahəsində sistemli fəaliyyət sovet dövründə başlamış və geniş sanatoriya-kurort kompleksi yaradılmışdır. Xüsusilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə bir çox sanatoriya, kurort kompelksləri tikilmiş, xarici turistləri səfərləri təşkil olunmuşdur.

Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində turizm imkanlarının genişləndirilməsinin vacibliyini nəzərə alan Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə İttifaq miqyaslı ikinci kurort zonasının Xəzərin qərb sahillərinə salınmasına nail olmuşdu. Bununla bağlı Dövlət Plan Komitəsi, elmi tədqiqat və layihə institutları əsaslı işlər aparılmışdı. Hətta 1983-cü ildə Heydər Əliyev Azərbaycana gəldiyi dövrdə Nabranda bu kurort zonasına daxil olacaq bir kompleksin yaradılması ilə bağlı mütəxəssislərlə görüşkeçirmişdi. Azərbaycanda ilk dəfə turzim sahəsində uzunmüddətli inkişaf planı məhz ulu öndərin təşəbbüsü və qayğısı ilə 1983-cü ildə qəbul edilmişdi. Həmin layihə 2005-ci ilədək dövrü əhatə etmişdi.

Sovet dövləti dağılsa da, ümummilli lider bu planı həyata keçirmək üçün yeni əsaslar yaratdı. 1994-cü ildən başlayan neft strategiyası 2000-ci illərdə qeyri-neft strategiyasının inkişaf etdirilməsi ideyasını ortaya çıxardı. Prezident Heydər Əliyev qeyri-neft sektorunun əmək tutumlu, potensialı olan və Azərbaycanda inkişaf etdirilməsi real olan sahələri müəyyən etdi. Bu sahələrin başında turizm gəlirdi. Turizm sahəsində dövlət siyasətini həyata keçirən nazirliyinqanunvericiliyin, yaradılması, birinci turizm inkişaf planının qəbul edilməsi və s. mühüm addımlar məhz ümumilli liderin birbaşa rəhbərliyi ilə atıldı.

Davamlı siyasət sonrakı illərdə uğurlu bəhrəsini bu sahədə də verdi. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu siyasət daha da dərinləşdirildi və şaxələndi. Artıq turizm Azərbaycanda prioritet sahədir və 2011-ci ilin "Turzim ili" elan olunması buna əyani sübutdur. Azərbaycan turzimi inkişaf etdirməklə, əslində bir neçə məsələni həll etmiş olur. Bu bir tərəfdən qeyri-neft sektorunun, diğər tərəfdən regionların inkişafı, məşğulluğun artırılması, ölkənin dünyada daha da tanıdılması və s. kimi mühüm məqsədlərə xidmət edir.

Ümumiyyətlə, son illər inkişaf etməkdə olan bəzi ölkələrin sürətli artım tempi ilə dünyada turizmyeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda turizm dünya miqyasında sürətlə inkişaf edən biznes sahələrindən biri kimi xarakterizə oluna bilər. Statistik məlumatlara görə, dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi birbaşa turizm sektorundaonunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarına görə, 2008-ci ildə dünyda turizmin inkişafı üzrə Avropa (-3 faiz) və Asiya (-3 faiz) regionlarında azalma, Amerika (+1 faiz), Afrika (+4 faiz) və Orta Şərqdə (+5 faiz) artım müşahidə olunub. Dünyada bu sahə üzrə 2005-ci ildə 805, 2008-ci ildə 924 və 2009-cu ildə isə 852 milyard dollarlıq gəlir əldə edilib.

ÜTT-nin hesablamalarına görə, 2020-ci ildə dünyada 1,6 milyard insan beynəlxlaq səviyyədə səyahət edəcəkdir. Onlardan 51 faiz əyləncə, rekreasiya və tətil, 15 faiz biznes, 27 faiz dini, səhiyyə və s. yönlü, 7 faiz isə diğər məqsədlər üçün turist olacaqlar. Turistlərin 52 faiz o zaman hava nəqliyyatından istifadə edəcəklər. 2008-ci ildə bu rəqəm 48faiz olub. Ümumilikdə, inkişaf etməkdə olan ölkələr bu sürətli artıma əsas təsir göstərirlər. ÜTT-nin məlumatında bildirilir ki, 2009-cu ildə dünya üzrə beynəlxalq turist axını 4 faiz (880 milyon nəfər) aşağı düşüb. Turizm sahəsində gəlirlər isə 6 faiz (852 milyon dollarya 611 milyon avro) azalıb. Ötən il ərzində daxili turizm böhrana daha çox müqavimət göstərib və hətta bəzi ölkələrin hökumətləri tərəfindən göstərilən dəstək və digər tədbirlər sayəsində turizm gəlirləri mühüm dərəcədə artıb. Nəticədə ümumi bazarın böyük hissəsini yerli bazar təşkil edən Çin, Braziliyaİspaniya kimi ölkələr hesabına beynəlxalq turizmin səviyyəsinin aşağı düşməsi qismən kompensasiya olunub. İl ərzində böhran ən çox Avropaya təsir göstərib. Avropada beynəlxalq turist gəlişləri 6 faiz (460 milyon nəfər), turizmdən gələn gəlir isə 7 faiz (296 milyon avroya 412 milyon dollar) aşağı düşüb. Təsadüfü deyil ki, 27 sentyabr 2011-ci il tarixində Avropa Parlamenti qitədə turzimin oynadığı rolu daha da gücləndirməklə bağlı əlavə tədbirlərin görülməsinə dair qərar qəbul etdi.

Nəticə etibarilə səyahət və turizm sənayesinin uğuru göz qabağındadır. Eyni zamanda, bu uğur həmin sahədə artımı davamlı və ictimai, iqtisadi və ətraf mühit sahələrində daha məsuliyyətli etmək zərurətini qabardır. Turizm bu gün üzləşdiyimiz iqlim dəyişkənliyi və yoxsulluğun azaldılması kimi iki ən ümdə məsələnin həllinə yardımçı ola bilər. Bu gün heç kim iqlim dəyişkənliyi reallığına şübhə etmironun təsirləri də göz qabağındadır. Turizm qlobal istiləşmənin həm qurbanı, həm də səbəbkarı olan amillərdəndir: Dəniz suyu səviyyəsinin qalxmasının, səhralaşmanın və meşələrin məhv olmasının, qar və buzların əriməsinin turizm sənayesinə ciddi ziyan vurması ilə yanaşı, sahə ozü də istiləşmə prosesinin artmasina təkan verir. Eyni zamanda, sahənin inkişaf perspektivi kasıb ölkələrdə turizmin inkişafı ilə birbaşa əlaqəlidir. Buna görə də iqlim dəyişkənliyinə qarşı yönəlmiş səylər digər prioritetləri gözdən qaçırmamalıdır.

Bu məsələ çərçivəsində davamlı inkişafa nail olmaq üçün vətəndaş cəmiyyətini, o cümlədən onun əsas sütunlarından biri olan özəl sektoru cəlb etməyə xüsusi diqqət ayrılmalıdır. Ona görə də turizmin faydalı potensialını möhkəmləndirmək və stimullaşdırmaq üçün əsas iştirakçı kimi özəl sektorun fəal iştirakına ehtiyac duyulur. Bunun üçün yalnız geniş təxəyyül və siyasi istək olmalıdır. Bu, həmçinin turistlərə insan amilinin inkişaf etdirilməsinə və mədəniyyətlərarası körpülərin qurulmasına dəstək kimi yanaşmalı olan sənayeləşmiş dövlətlər üçün də önəmli həqiqətdir.

Səyahət və turizm bu günlərdə vacib olan mədəni anlaşma, dözümlülükharmoniya üçün ən təsirli vasitələrdən biridir. Tarix boyu insanlar səyahət etməyi çox sevməklə yanaşı, onun mədəni və iqtisadi dəyərlərini də dərk etmişlər. Onlar səyahətləri və onunla birgə gələn yeniliklərlə tanışlığı, iqtisadi mənfəətləri stimullaşdırıblar.

Kütləvi şəkildə rekreasion rejimin dəyişilməsi üçün külli miqdarda vəsait lazımdır. Bunun üçün istirahət evlərinin, turist mehmanxanalarının və bazalarının, sanatoriyaların bütün personalını yenidən hazırlamaq, stata xüsusi hazırlanmış "istirahət texnologlarını" daxil etmək, televiziya, radio, mətbuat vasitəsilə böyük maarifləndirmə işləri görmək, məktəb, ali məktəblərin rejiminə və proqramlarına, əməyin normativ mühafizəsinə zəruri dəyişikliklərin edilməsi tələb olunur. Heç bir ali məktəb bu sosial sifarişi yerinə yetirməyə hazır deyildi. Bunun üçün lazım olan metodik ədəbiyyat və müəllimlər də yox idi. Hazırda Azərbaycan Turizm İnstitutu təhsil proqramlarını nəzəri əsaslar üzərində quran ali məktəblər sırasındadır.

Turizm bir çox sənaye və xidmət sahələrini qabaqlayaraq sürətli inkişaf tempinə keçmişdir. Kadrlara ehtiyac böyükdür. Bir çox ali təhsil ocaqları, təəssüf ki, öz tərkibində bu sahədə professional müəllim heyətinin olmadığı halda bu çağırışa qoşulurlar. ATİ bu sahədə ali məktəb müəllimlərinin ixtisasını artırmağa hazırdır. Nəzərə almaq lazımdır ki, bir vaxtlar hər sahə üzrə ixtisasartırma kursları mövcud idi. Yeni şəraitdə kadr tərkibinin müasir tələblərə uyğun səviyyədə saxlanması daha çox tələb olunur.

Son illər Azərbaycan Respublikasında turizm sahəsinin regionalyerli səviyyədə inkişafında müsbət tendensiyalar qeydə alınmışdır. Bəzi regionlarda turizmin inkişafı proqramlarının hazırlanması və həyata keçirilməsi işləri başlanıb. Bu cür layihələr Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Masallı, Quba, Şəki, Qəbələ və s. regionlarda uğurla həyata keçirilməkdədir. Bu görülən işlər ölkəmizin təbii iqlim şəraiti və tarixi memarlıq abidələri nəzərə alınmaqla Azərbaycan turizminin dünya turizm bazarında layiqli yer tutmasına səbəb olur.

Bu sahədəki ən böyük çatışmazlıq peşəkar kadr ehtiyatına olan tələbatın daim hiss olunmasıdır ki, bunun aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdır. İnstitut yarandığı gündən qabaqcıl dünya təcrübələrini öyrənməklə yanaşı, Boloniya təhsil prosesi əsasında kadr hazırlığı işinin həyata keçirilməsinə başlamışdır.

Eyni zamanda, turizm sənayesi, inkişaf edən ölkələrin təcrübəsi əsas götürülərək, turizm sektorunu kadrlarla təmin etmək üçün qısamüddətli kursların təşkili və həyata keçirilməsi ATİ-nin fəaliyyət sahəsinin bir hissəsidir. İnstitutda respublikada ehtiyac hiss edilən və dövlət tərəfindən inkişaf etdirilməsi nəzərdə tutulan hər bir ixtisas üzrə kadrlar hazırlanması nəzərdə tutulur.

Məlumdur ki, ölkəmizə ilk dəfə gələn qonaqda respublika haqqında birinci təəssürat bələdçilər tərəfindən yaradılır. Bu sahədə peşəkar kadr hazırlığı ATİ-də aparılır.

Ümumdünya Turizm Təşkilatının rəyinə görə, ekoloji turizm XXI əsrin ən perspektivli turizm istiqamətlərindən sayılır. Bu sahə Azərbaycanda da çox zəif inkişaf etmişdir. Ona görə də növbəti illərdə bu istiqamət üzrə kadr hazırlığı nəzərdə tutulmalıdır. Azərbaycanın bundan sonrakı turizm problemlərinin bir hissəsi onun zəif elmi təminatı və peşəkar turizm təhsilinin keyfiyyəti ilə bağlı ola bilər. Bu səbəbdən diqqət çoxpilləli, fasiləsiz və dünya turizm bazarında rəqabətə davam gətirə biləcək peşəkar turizm təhsili sisteminin qurulmasına yönəlməlidir. Qurulmağa başlayan bu sistem yeni təhsil proseslərini özündə əks etdirməklə yanaşı, beynəlxalq standartlara da cavab verməlidir.

Turizm təhsilinin göstərilən tələblərə cavab verməsi üçün bu sahədə çalışan, lakin turizm ixtisasları olmayanların kvalifikasiyasının artırılması, peşəkar turizm təhsilinin çoxmərhələli sisteminin keyfiyyətini yüksəltmək üçün tədbirlər həyata keçirilməlidir. Ölkəmizin ali təhsil məkanında Azərbaycan Turizm İnstitutunda mədəni turizm üzrə YUNESKO kafedrasının yaradılması, kadr hazırlığı spektrinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi üçün tədrisə yeni ixtisaslar daxil edilməlidir. Turizm təhsilinin beynəlxalq konqresini təsis etmək haqqında səslənən təkliflər dəstəklənməlidir.

Tələbələr arasında "Dünya irsi sənin əlindədir" adlı tədris kursunun həyata keçirilməsi və Azərbaycan ərazisində məktəblərdə və ali təhsil müəssisələrində tədris kursları və informasiya mərkəzlərinin yaradılması da vacibdir; YUNESKO-nun Dünya irsi siyahısına daxil olandaxil edilməli olan abidələrin siyahılaşdırılması və bərpası işlərinə cəlb ediləcək könüllü tələbə dəstələrinin yaradılması kimi tədbirlərin həyata keçirilməsinin də faydalı olacağını düşünürük. Yüksək səviyyəli kadrların hazırlanması məsələsi bir sıra vacib amillərin yerinə yetirilməsi ilə bağlıdır. Əvvəlcə Azərbaycanda turizmin bir elm və təhsil sahəsi kimi qəbul edilməsi və bu istiqamətdə kadr hazırlığının müxtəlif sahələr üzrə həyata keçirilməsi əsas amillərdəndir. Məsələn, menecment, marketinq, mehmanxana, restoran təsərrüfatlarının idarə edilməsi və s. turizm sahəsinin ixtisasları kimi nəzərə alınmalıdır.

Azərbaycan Turizm İnstitutunda bu istiqamətdə addımlar atılmaqdadır. Nəzərdə tutulan yeni ixtisaslar üzrə kadrların hazırlanması yeni yanaşma tələb edir. Bu istiqamətlər üzrə kadr hazırlığı təcrübəsi yox dərəcədədir. Belə ixtisaslar üçün tədris planlarının hazırlanması yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir. Bu istiqamətdə beynəlxalq təcrübədən istifadə edilməsi zəruri şərtlərdəndir.

Ümumiyyətlə, kadr hazırlığı işinin əsas mərhələlərindən birielmi potensialın yetişdirilməsidir. Turizm təhsili ilə məşğul olan universitetlərdə elmi tədqiqat bölməsinin yaradılması və maliyyələşdirilməsi, bu bölmədə dövlət strategiyasının və siyasətinin, turizm rekreasiya sahəsində regional proqramların inkişafının əsaslandırılması üzrə elmi tədqiqatların işlənməsi, turizmin ölkə iqtisadiyyatına təsirini nəzərə alaraq problemlərinin öyrənilməsi və s. araşdırılması məqsədəuyğun olardı. Hazırda turizm sahəsində çalışan və baza təhsil ixtisasları iqtisadiyyatın müxtəlif sahələri olan mütəxəssislər üçün ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili də turizm təhsili proqramının tərkib hissələrindən biri olmalıdır.

Bütün bunlar xidmət sahəsində kadr hazırlayan təhsil müəssisələrinin yenidən təşkilinə, müvafiq təşkilati-texniki şəraitə, Bakıda və regionlarda istehsalat-təcrübi bazalara ehtiyacı artırır. Yenicə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu istiqamətdə imkanları səfərbər edəcək dövlət sənədidir.

Beləliklə, çoxmərhələli təhsil sisteminin keyfiyyətini yüksəltmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsi və turizm sənayesi üçün savadlı və bacarıqlı kadrlar yetişdirilməsi yolu ilə ölkəmizdə iqtisadiyyatın vacib hissələrindən biri olan turizm sənayesini daha da inkişaf etdirmək olar.

 

 

Cəfər CƏFƏROV,

Azərbaycan Turizm İnstitutunun

rektoru, tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2011.- 2 noyabr.- S. 6.