Nəsimi rayonunda 2011-ci ilin 9 ayına yekun vuruldu

 

Nəsimi rayonunda bu ilin 9 ayında sosial-iqtisadi sahədə görülən işlərə yekun vurulmuşdur.

Bununla əlaqədar keçirilmiş tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açmışdır. O bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə olduğu kimi, hesabat dövründə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində uğurlar əldə edilmişdir.

Bu dövr ərzində əhalinin pul gəlirləri 19 faiz artmış, ölkənin valyuta ehtiyatları isə 11 milyard dollar artaraq 40 milyard dollar təşkil etmişdir. İlin 9 ayı ərzində 74 min yeni yeri açılmışdır.

Natiq bildirmişdir ki, 2011-ci ilin 9 ayında Nəsimi rayonunda da sosial-iqtisadi sahədə bir sıra nailiyyələr əldə edilmişdir. Bu dövr ərzində rayonda keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çox sənaye məhsulu istehsal edilmiş xidmətlər göstərilmişdir. İstehlak bazarının dinamik inkişafı davam etmiş rayon əhalisinə 888,2 milyon manatlıq geniş çeşidli mallar satılmış pullu xidmətlər göstərilmişdir. Rayonun rabitə müəssisələri tərəfindən 20,2 miyon manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvaviq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 215 milyon manatlıq görülmüş xidmətlər göstərilmişdir. 2011-ci ilin 9 ayı ərzində tikinti-quraşdırma təşkilatları 223,7 milyon manatlıq podrat işləri görmüşlər. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 7 faiz çoxdur. Cari ilin 9 ayı ərzində işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 391,2 manat təşkil etmişdir.

Bu ilin 9 ayı ərzində rayonda 1590 yeni yeri yaradılmışdır. Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1533 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları 373 tənha, ahıl əlil vətəndaşa evlərdə sosial-məişət xidməti göstərmişlər.

Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı tikinti, yenidənqurma abadlıq işləri həyata keçirilir. Bu dövrdə rayon ərazisində 7 orta məktəb 2 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri görülmüşdür. Daha 2 bağça əsaslı təmirdən sonra yaxın günlərdə istifadəyə veriləcəkdir. Hazırda 151 nömrəli orta məktəbdə 160 yerlik, 35 nömrəli orta məktəbdə isə 250 yerlik əlavə korpusların tikintisi davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev yeni dərs ili ərəfəsində 35 44 nömrəlı məktəblərdə təmir işlərinin gedişi yekunu ilə şəxsən maraqlanmışdır.

Cari ilin 9 ayı ərzində S.Vurğun, Cavadxan, H.Seyidzadə, C.Məmmədquluzadə digər küçələrdə 12,200 kvadratmetr asfalt vurulmuş, R.Behbudov küçəsinə 1500 kvadratmetr tamet döşənmişdir. Azadlıq prospektində, Ş.Bədəlbəyli, 28 May digər küçələrdə bəzi binaların fasad girişlərindəki elektrik xətləri təmir edilmişdir. 2-ci mikrorayondakı "Heydər parkı"nda, Vaqif Azadlıq prospektlərinin, A.Bakıxanov S.Vurğun küçələrinin kəsişməsində yerləşən parklarda yenidənqurma abadlıq işlərinə başlanılmışdır.

Ə.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanası əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa etmişdir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda tikinti-quraşdırma, "Nizami" kinoteatrında isə əsaslı təmir işləri davam etdirilir.

Hesabat dövründə "Zabitlər parkı"nın, "BakıElektrikŞəbəkə" ASC-nin inzibati binasının 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin açılışı olmuşdur. Açılış mərasimlərində Prezident İlham Əliyev iştirak etmişdir.

Nəsimi Qaz İstismarı İdarəsi 2011-ci ilin 9 ayı ərzində istehsalçılara 6,3 milyon manatlıq təbii qaz satmışdır. Ümumi satışın 105,5 faizi ödənilmişdir.

Hər həftənin şənbə bazar günləri "Təzə Bazar" MMC 3-cü mikrorayon ərazilərində kənd təsərrüfatı məhsullarının satışı təşkil edilir. Bu yarmarkalarda bazar qiymətlərindən ucuz 40-50 ton müxtəlif çeşidli kənd təsərrüfatı malları satılır.

Rayon ərazisində istehsal olunan satılan islehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə keçən ildən rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya tərəfindən çoxsaylı reydlər keçirilir görülmüş işlər barədə rayon icra hakimiyyəti başçısına mütəmadi olaraq məlumat verilir. Sakinlərdən rayon rəhbərliyinə edilən müraciətlərin heç biri cavabsız qalmır problemlərin həlli istiqamətində daim aparılır.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009 - 2013-cü illər)" icrası ilə əlaqədar Nəsimi rayonunda tədbirlər davam etdirilir nəzərdə tutulan vəzifələrin həlli rayon rəhbərliyinin daim nəzarətindədir.

Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon su kanal sahəsinin rəisi Eyvaz Budaqov, rayon qaz istismar sahəsinin rəisi Eldəniz Həsənlı başqalarının çıxışları dinlənildi. Onlar görülmüş işlərdən qarşıda duran vəzifələrdən danışdılar. Nəsimi Rayon İcra Hakimiyyətinin başçışı Nəsib Məhəməliyev yekun sözü ilə çıxış etdi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 5.