Kərəm
Bıkmaz: "Azərbaycanın inkişafı, xüsusən
də səhiyyədəki uğurlar, müasir xəstəxanalar, onların mükəmməl
və olduqca müasir
avadanlıqlarla təchizatı son dərəcə
önəmli hadisədir"
-Kərəm bəy, söhbətimizə dünyaca məşhur və mükəmməl bir imic qazanmış türk səhiyyəsi ilə tanışlıqdan başlamaq istərdim. Bu sahəni bir həkim kimi təqdimatınız maraqlı olardı...
-Sahib olduğu yüksək texnologiya
və təcrübəli mütəxəssis kadrları sayəsində
Türkiyə, qonşularından hər ay
minlərlə xəstənin sağlamlıq turizmi
üçün müraciət etdiyi, tamamilə etibarlı bir
ölkədir. İstanbulda çoxlu "Joint Commission
International" (JCI) tərəfindən akkreditə olunmuş xəstəxana var. Dünyada
JCI xəstəxanaların sayı
ən yüksək olan ölkə Türkiyədir. "Joint
Commission İnternational" (JCI) "Joint
Commission Resourses"in beynəlxalq
hissəsi olaraq,
1994-cü ildən indiyədək
80-dən çox ölkədə
səhiyyə xidmətlərinin
təşkili, səhiyyə
nazirlikləri və ümumdünya təşkilatları
ilə birlikdə işləyir.
Ölkənin təxminən 60 tibb fakültəsində minlərlə
türkiyəli və
xarici tələbələrə
tibb təhsili və mütəxəssislik
təhsili verilir və bu kadrlar
Türkiyədə müasir
sağlamlıq xidmətinin
keyfiyyətli insan gücünü əmələ
gətirir. İstanbuldakı bütün xəstəxanalar
dünya standartlarına
uyğun və müasir texnoloji cihazlarla təmin edilmişdir. Bu xəstəxanalarda etibarlı
və münasib qiymət normaları vardır. İndi Türkiyə sağlamlıq
ilə əlaqədar
olan yüksək standartları əldə etmiş, üzvlük kriteriyalarını yerinə
yetirmiş olan AB-nə namizəd ölkədir. "Pfizer",
"GlaxoSmithKline", "Johnson and Johnson", "Sanofi-Aventis", "Merci",
"Novartis", "Roche" və
"Astra Zeneca" kimi təxminən
bütün böyük
dərman firmalarının
Türkiyədə bölgə
mərkəzləri və
istehsal müəssisələrindən
başqa, yerli istehsalçıları da
mövcuddur. Bütün sağlamlıq idarələrinin
ehtiyacı olan qan etibarlı və yeganə qaynaqdan - "JCI"də
akreditə olunmuş
"Qızılay" ("Türk Qızılay")
tərəfindən təmin
edilir.
Avropa və Asiya qitələri arasında körpü kimi uzanan mərkəzi
yerə sahib olan İstanbul, dünyanın
hər nöqtəsindən
qısa uçuşlarla
xəstələrə asan
gəliş imkanı
verir. Ayrıca, İstanbulun çox
mədəniyyətli və
canlı atmosferası,
xəstələr və
xəstə yaxınları
üçün etibarlı
və rəngli bir şəraiti yaradır. "Check-up" müayinələr və
ya gündəlik əməliyyatlardan sonra əyləncəli bir həftəsonu keçirmə
şansı verir.
- Bu cür mükəmməl səhiyyə sisteminə malik olan bir
ölkədə fəaliyyət
göstərən "İstanbul
Neyrocərrahi və Ağrı Mərkəzi"
(İNKA) haqqında nə
deyərdiniz?
- Ağrılar və neyrocərrahi kimi tibbin yüksək səviyyədə təcrübə
tələb edən sahəsində istinad mərkəzi olma missiyasıyla işlərini
davam etdirən INCA
("İstanbul Neyrocərrahi
və Ağrı Mərkəzi"), müasir
tibbin ən seçmə imkanlarını
qiymətləndirərək beynəlxalq səviyyədə
müalicə xidmətləri
verməyə davam edir. Xəstə məmnuniyyətini daim ön planda
tutan mərkəz təcrübə və məlumat təcrübəsi,
yüksək səviyyədə
tibb texnologiyaların tətbiqi ilə diqqət çəkir.
Arkanzas Universitetinin Neyrocərrahiyə və Kirişimsel Radyologiya Mərkəzi, "Darthmouth
Hitckock Neyrocərrahiyə
və Ağrı Mərkəzi", "Rochester Mayo Klinic Hərəkət Pozuqluğu Mərkəzi",
Florida Cleveland Klinic "Hərəkət
Pozuqluğu Mərkəzi
ilə əlaqələndirilmiş
olaraq işləyən
INCA-nın bunlarla yanaşı Arkanzas Neyrocərrahiyə Mərkəzi
ilə kadr mübadiləsi vardır.
Neyrocərrahiyə beyin, onurğa iliyi, onurğa və bütün bədən qisimlərində
(əllər, ayaqlar qollar, üz) iştirak edən sinirləri əhatə edən bütün sinir sistemi və
bu sistem xəstəliklərinin diaqnoz
və müalicəsi
ilə maraqlanan bir ixtisas sahəsidir. İntizam, səbir
və uyğunlaşma
prinsipləri altında
qurulmuş olan
İNCA-da beyin, onurğa iliyi və periferik sinir sisteminə istiqamətli bütün kompleks xəstəliklərə
diaqnoz qoyulması, cərrahi xarici müalicələr və
cərrahı müdaxilələr
gənc, dinamik, beynəlxalq təcrübəyə
sahib uzman qrupları tərəfindən həyata
keçirilir.
-Mərkəzdə həyata
keçirdiyiniz işlər
barədə nə deyə bilərsiniz?
-Mərkəzimizdə beyin,
onurğa iliyi və periferik sinir sisteminə istiqamətli bütün kompleks xəstəliklərə
diaqnoz qoyulur və ən müasir cərrahi əməliyyatlar və müalicələr həyata
keçirilir.
İNCA-da məqsədimiz
xəstələrimizin mümkün
qədər ənənəvi
üsullarla müalicə
edərkən, stansiya
və periferik sinir sistemi xəstəliklərində
cərrahi müalicə
lazım bilinən yeni və yüksək
texnologiyanı istifadə
və tətbiq etməkdir. Neyrocərrahiyədə multidisipliner yanaşma
və texnologiyanın
da maksimum ölçülərdə istifadə
edilməsi ilə yanaşı, anatomiya məlumatı və yüksək səviyyəli
mikrocərrahi təcrübəyə
də laqeydlik edilməməlidir.
-Azərbaycana gəlişinizi,
burada iş qurmaq niyyətinizi alqışlayır və
uğurlar diləyirik.
-İlk növbədə qardaş Azərbaycandan bizə olan yüzlərcə müraciəti nəzərə aldıq. Xəstələrlə daha yaxın təmasda olmaq üçün bura gəlişim mütləq idi. Digər tərəfdən ölkənizdəki inkişaf, xüsusən də səhiyyədəki uğurlar, çox müasir xəstəxanalar və onların mükəmməl və olduqca müasir avadanlıqlarla təchizatı son dərəcə önəmli hadisədir. Digər tərəfdən, bu çox müasir tibb qurğuları ilə işləmək üçün kadrlar, işi mükəmməl bilən kadlar lazımdır. Azərbaycanın inkişaf edən bir ölkə kimi bahalı avadanlıqları almağa imkanı çatır, amma kadrların, xüsusən tibb və həkim kadrlarının yetişməsi üçün onillər lazımdır. Böyük fərəh hissi ilə deyilməlidir ki, bu sahədə ölkə Prezidenti İlham Əliyev qlobal işlər aparır və bu tendensiya uğurla davam etdirilməkdədir. Bütün bunlar Azərbaycanın ümidli və böyük gələcəyindən xəbər verir. Məhz bu ümidlərlə də qardaş ölkəyə-Azərbaycana gəldik. Hazırda "Bakı Medikal Plaza" da xəstələri qəbul edir, onlara ilkin köməkliklərimizi edir, məsləhətlər veririk. Az da olsa əməliyyatlar da aparmışıq, çox uğurlu alınıb. Daha ciddi fəsadları olanları "İstanbul Neyrocərrahi və Ağrı Mərkəzi"nə dəvət edirik. İstanbulda biz xəstələrimizə çox aşağı qiymətlərlə yardımçı oluruq, amma yol və digər həyat xərcləri də nəzərə alınanda bu rəqəmlər artır. Ona görə də ən yaxın vaxtlarda biz bütün işləri burada həyata keçirmək üçün böyük planlaşdırma aparırıq. Əminəm ki, bu cəhdlərimiz bütün xəstələrimizə böyük müjdə olacaq.
-Sizə uğurlar
arzulayırıq.
Müsahibəni apardı: Namiq QƏDİMOĞLU
"Xalq qəzeti" nin
müxbiri
P.S.
Dr. Kərəm Bıkmazın Bakıdakı iş rejimi
haqqında bildiririk ki, o, hər ay "Bakı Medikal
Plaza"da xəstələri qəbul edir. Əlavə məlumat
üçün "BAKU MEDICAL PLAZA"ya müraciət etmək olar. Ünvan: Bakı şəh, Xətai rayonu, Babək prospekti, 92 Tel: (012) 909; (012) 375-06-01; (012)
375-06-02. Koordinator: Elza
Allahverdiyeva, tel: 055
491- 22- 66
Xalq qəzeti.- 2011.- 4 noyabr.- S. 7.