Sabunçu rayonunda 2011-ci ilin
yekunları müzakirə olundu
Ölkəmizdə
quruculuq işləri uğurla davam etməkdədir. Bakı
şəhərinin Sabunçu rayonunda da inkişafın yeni
dövrü başlanmışdır. 2011-ci ilin doqquz
ayının yekunlarının müzakirəsində səslənən
fikirlər bunu bir daha təsdiq edir.
Yığıncaqda
rayon icra hakimiyyəti başçısının birinci
müvaini Qəzənfər Həsənov geniş məruzə
ilə çıxış etdi. O bildirdi ki, oktyabr
ayının 24-də ölkə Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz
ayının yekunlarına həsr olunan iclası
keçirilmiş, bu müddət ərzində
qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən
danışılmışdır.
Natiq
bildirdi ki, cari ilin 9 ayı ərzində Sabunçu rayonunun
iqtisadiyyatı daha da inkişaf etmiş, xeyli sosial əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir. Sənaye müəssisələri
və idarələri tərəfindən məhsul
istehsalı 20,3 faiz artaraq 124,4 milyon manat, əhaliyyə
göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz
artaraq 135,3 milyon manat, əsas kapitala yönəldilən
investisiyaların həcmi 77 faiz artaraq 51 milyon manat təşkil
etmişdir. Rayon üzrə orta aylıq əməkhaqqı
ötən ilin müvafiq dövründəkinə nisbətən
30,1 faiz artaraq 358,8 manat olmuşdur.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamlarına
uyğun olaraq 267 şəhid, 8 Milli Qəhrəman, 5 nəfər
20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə
Prezident təqaüdü, 1330 nəfərə kommunal, nəqliyyat
və digər xidmətlərə görə müavinət,
6074 nəfərə sosial müavinət təyin edilərək
ödənilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuş "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
çərçivəsində nəzərdə tutulmuş
16 sahəni əhatə edən 801 bənddən məhz 119 bəndi
Sabunçu rayonunun qəsəbələrinə aiddir. Rayon 66
bəndin icrasına 2011-ci ildə başlanması nəzərdə
tutulmuşdur ki, artıq bunlardan da 9-u üzrə işlər
başa çatdırılıb, 41-i üzrə isə davam
edir. 16 bənd üzrə isə layihə-smeta səndlərinin
tərtibatı və digər hazırlıq işləri
aparılmaqdadır. Qalan 53 bənd üzrə işlərin
yerinə yetirilməsi 2012-2013-cü illərdə nəzərdə
tutulmuşdur ki, artıq onların da 6-da işlərin
icrasına başlanılmışdır.
Proqram
üzrə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
rayonun 22, 108, 170, 188, 209, 215 və 296 nömrəli məktəblərində
əsaslı təmir işləri başa çatmış,
69 nömrəli məktəbdə idman və akt
zallarının, 169, 215 və 296 nömrəli məktəblərdə
isə hərəsində 15 əlavə sinif
otağının tikintisi davam etdirilir.
10 və
13 nömrəli peşə məktəblərində, Nardaran
qəsəbəsində 107 və 227, Bilgəh qəsəbəsində
281, Ramana qəsəbəsində 319, Sabunçu qəsəbəsində
310 nömrəli uşaq bağçalarında əsaslı
təmir işləri başa çatmaq üzrədir.
Səhiyyə
sahəsi üzrə nəzərdə tutulmuş 2 bənddən
ibarət işlərin də icrasına başlanmış,
hal-hazırda bu obyektlərdə tikinti davam etdirilir.
Proqramda
rayonun bütün qəsəbələrində yeni daxili
yolların tikintisi və təmiri üzrə də
böyük həcmli işlərin görülməsi nəzərdə
tutulmuşdur və artıq bunlardan xeyli hissəsi bir sıra
qəsəbələrdə yerinə yetirilib.
Sabunçu
- Bakıxanov yolunun çəkilişi ilə əlaqədar Əsədullayev,
Aydınbəyov küçələrinin kəsişməsində
yerləşən dəmiryolu keçidi də yeniləşdirilmiş,
keçidə ikitərəfli yol açılmış, yeni
çəkilən yolun ətrafı
yaşıllaşdırılmışdır. Aydınbəyov
küçəsinə asfalt vurularəkən burada yerləşən
istirahət parkında əsaslı təmir işləri
aparılaraq bütün oturacaq və avadanlıqlar dəyişdirilmiş,
yaşıllaşdırma və abadlıq işləri
aparılmışdır.
Rayon ərazisində
ümumilikdə 246951 metr uzunluğunda müxtəlif diametrli
qaz kəmərləri və 3835 ədəd "Smart-kart"
tipli qaz sayğacları quraşdırılmış, 23711 ədəd
köhnə qaz sayğacları "Smart-kart" tipli qaz
sayğacları ilə əvəz edilmişdir.
Maştağa
elektrik şəbəkəsi tərəfindən 29340 metr
müxtəlif gərginlikli hava və kabel xətləri
çəkilmiş, 4258 ədəd özüdaşıyan
izolə edilmiş naqillər üçün dayaqlar
basdırılmış və 110568 metr kabelləşmə
işləri aparılmışdır.
Bütün
bunlarla yanaşı Prezident İlham Əliyev cari ilin aprel
ayında Sabunçu qəsəbəsində aparılan
abadlıq işlərinin gedişi ilə tanış olarkən
sakinlərin müraciətini nəzərə alaraq 12
saylı şəhər poliklinikasının sökülərək
yerində yenisinin tikinisi üçün Prezident Fondundan 2
milyon manat vəsait ayrılmasına sərəncam
vermişdir ki. Hal-hazırda bu işin də icrasına
başlanmışdır.
Möhtərəm
Prezidentimiz yeni dərs ilinin başlanması münasibəti
ilə Bakı şəhərinin bir sıra digər məktəbləri
ilə yanaşı, Sabunçu qəsəbəsində yerləşən
170 saylı məktəbdə də olmuş, burada aparılan
tikinti-quraşdırma, əsaslı təmir işlərinin,
eləcə də təhsilin səviyyəsi ilə
tanış olmuş, görülən işlərdən
razı qalmışdır. Ümumiyyətlə, o da qeyd edilməlidir
ki, ölkə Prezidenti cari ilin mart- sentyabr ayları ərzində
6 dəfə rayonumuzda olmuş müxtəlif obyektlərin təməlqoyma,
açılış mərasimlərində iştirak
etmiş, proqramın, tapşırıqların icrası ilə
yerində tanış olmuş, sakinlərlə
görüşlər keçirərək onların arzu və
təkliflərini dinləmişdir. Biz bütün bunları
rayonumuza göstərilən diqqət və
qayğının təzahürü kimi dəyərləndiririk.
Cari ilin əvvəlindən
sosial-iqtisadi inkişaf planına uyğun olaraq mərkəzi
dövlət orqanları, eləcə də rayonun daxili
imkanları hesabına da xeyli sosial əhəmiyyətli tədbirlərin,
obyektlərin, qurğuların tikinti-quraşdırma və
abadlıq işlərinin aparılması təmin
edilmişdir.
Pirşağı
qəsəbəsində yerləşən köhnə
ambulatoriya binasında yenidənqurma, əsaslı təmir
işləri aparılaraq orada 36 saylı müasir tipli şəhər
poliklinikası və təcili tibbi yardım stansiyası
yaradılmış cari ilin fevral ayının 25-də Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanının
iştirakı ilə sakinlərin istifadəsinə
verilmişdir.
Bakıxanov
qəsəbəsində Sabunçu Rayon Polis İdarəsi
üçün inşa edilmiş 4 mərtəbəli, Əhalinin
Sosial Müdafiəsi Mərkəzi üçün 3 mərtəbəli,
Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon
şöbəsi üçün 2 mərtəbəli inzibati
binalar və Balaxanı qəsəbəsində yeni idman
kompleksi inşa edilmişdir. Maştağa qəsəbəsində
Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon idarəsinin
Maştağa bölməsi üçün 2 mərtəbəli
inzibati binanın və Bakıxanov qəsəbəsində
Dövlət Xəzinədarlığı Agentliyinin 10
saylı Xəzinədarlıq İdarəsi üçün
də 2 mərtəbəli inzibati binanın tikintisi başa
çatdırılmış, Sabunçu Rayon Mühafizə
İdarəsi üçün yeni inzibati binanın tikintisi
davam etdirilir.
Bakıxanov
qəsəbəsində Y.Əliyev küçəsində
A.Bakıxanovun heykəli qoyulmuş parkda təmir-tikinti,
abadlıq işləri də başa çatdırılaraq
istifadəyə verilmişdir. Sabunçu rayonu 7 saylı
istilik sistemləri istismar sahəsi tərəfindən cari
ilin 9 ayı ərzində 28 qazanxana, 5 istilik məntəqəsi,
magistral və məhəllədaxili istilik xətləri
istismar olunmaqla payız-qış aylarında 128
yaşayış binasına, 18 məktəbə, 8 uşaq
bağçasına, 7 səhiyyə obyektinə və 10 digər
istehlakçı obyektlərə fasiləsiz olaraq istilik
verilməsi mümkün olacaqdır.
Bakıxanov
qəsəbəsində 4090-94-cü məhəllədə
yerləşən 3, 4, 5 saylı binaların istilikpaylama xətləri
Dövlət Proqramına uyğun olaraq əsaslı təmir
olunmuşdur. Əhalinin su təchizatının
yaxşılaşdırılması məqsədi ilə 5200
metr müxtəlif diametrli su boruları dəyişdirilmiş,
1040 metr müxtəlif diametrli su boruları təmir
edilmiş, 2 nasosxanada təmir işləri
aparılmışdır. Bilgəh qəsəbəsində 1
ədəd yeni elektrik mühərriki və nasos
quraşdırılmışdır. 33 ünvanda pərakəndə
halda çəkilmiş su xətləri kollektorlara
qoşulmuş, 43 ünvanda aşkar edilmiş qəzalar aradan
qaldırılmışdır.
Əhalinin
qaz təchizatının yaxşılaşdırılması,
qaz itkisinin qarşısının alınması, ödəniş
səviyyəsinin artırılması, əhalinin fasiləsiz
olaraq təbii qazla təmin edilməsi məqsədi ilə
2011-ci ilin 9 ayı ərzində QİS və podratçı
təşkilatlar tərəfindən Bakıxanov qəsəbəsi
üzrə 2310 metr, Sabunçu qəsəbəsi üzrə
3420 metr, Zabrat qəsəbəsi üzrə 6100 metr,
Maştağa qəsəbəsi üzrə 127610 metr, Ramana qəsəbəsi
üzrə 24430 metr, Kürdəxanı qəsəbəsi
üzrə 22 330 metr, Pirşağı qəsəbəsi
üzrə 32620 metr, Bilgəh qəsəbəsi üzrə
18450 metr, Nardaran qəsəbəsi üzrə 1100 metr,
Balaxanı qəsəbəsi üzrə 8560 metr uzunluğunda
müxtəlif diametrli qaz kəmərləri
quraşdırılmışdır.
Ümumi
tutumu 6288 port olan geniş zolaqlı internet avadanlıqları
bütün elektron ATS-də quraşdırılmaqla internet
istifadəçilərinin sayı 5095-ə
çatdırılmışdır.
Natiq qeyd
etmişdir ki, bu müddət ərzində Zabrat və
Kürdəxanı qəsəbələri, Ramana
südçülük və 2 saylı Pirşağı
sovxozları, eləcə də Savalan ATS yeni tipli stansiyalarla əvəz
olunmuşdur. Nəticədə həmin stansiyaların
nömrə tutumu 17424 ədəd artırılaraq 18880-ə
çatdırılmışdır.
Cari ilin əvvəlindən
Bakı-Aeroport yolunun və eləcə də Bilgəh-Sumqayıt
yolunun rayon ərazisinə düşən hissələrində
yolun yenidən qurulması və genişləndirilməsi
işləri davam etdirilmişdir. Burada da rayon icra hakimiyyəti
tikinti təşkilatlarına zəruri köməklik göstərmişdir.
Həmin sahədə yolun kənarlarındakı bütün
bina və obyektlərdə təmir-bərpa işləri
aparılaraq, hasarlar çəkilmişdir və bu işlər
indi də davam etdirilir.
2011-ci
ilin 9 ayı ərzində rayon icra hakimiyyəti tərəfindən
sanitar-təmizlik işlərinin aparılmasına,
küçə və meydanların, istirahət
parklarının, məhəllədaxili ərazilərin
süpürülüb təmizlənməsinə, zibilin
vaxtında daşınmasına diqqət
artırılmış, bu istiqamətdə müvafiq tədbirlərin
həyata keçirilməsi təmin edilmişdir.
Bütün
bunların nəticəsində bu sahədə xeyli
dönüş yaranmışdır. Lakin, bununla belə bəzi
qəsəbə, bələdiyyə, MİS rəhbərlərinin
diqqətsizliyi, etinasızlığı nəticəsində
hələ də zibil vaxtında daşınmır, bəzi
küçələr, yolların kənarı, istirahət
parklarının ərazisi süpürülüb təmizlənmir.
Lakin dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq, meyvə-tərəvəz
və bostan bitkilərinin qeyri-qanuni küçə ticarətinin,
ət kəslib-satılmasının qarşısı hələ
də alınmamışdır. Göstərilən
nöqsanların hələ də aradan
qaldırılmamasında birinci növbədə qəsəbə
nümayəndələri, post-patrul xidmətinin əməkdaşları,
eləcə də bu işlərə birbaşa cavabdehlik
daşıyan və qanunsuz icazələr verən Gigiyena və
Epidemiologiya Mərkəzinin, Baytarlıq sahəsinin rəhbərliyi
məsuliyyət daşıyırlar.
Qəzənfər
Həsənov sonda bildirdi ki, gələcəkdə də fəaliyyətimizi
genişləndirərək qarşıda duran bütün vəzifələri
layigincə yerinə yetirəcəyik.
Milli Məclisin
deputatı Fazil Mustafa, Qaz İstismarı Sahəsinin rəisi
Eldəniz Nəcəfov, Enerji İstismarı Sahəsinin
baş mühəndisi Rövşən Qurbanov
çıxış edərək ölkə Prezidentinin
rayona göstərdiyi qayğıdan, rayonda həyata
keçirilən davamlı tədbirlərdən
danışdılar.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 4 noyabr.- S. 5.