Azərbaycanın Avropa məkanına inteqrasiyası öz nəticələrini verməkdədir

 

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq və tərəfdaşlığın genişlənməsi bu tendensiyanı sürətləndirir.

Böyük uğurlara imza atan müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzu güclənməkdədir. Məhz bunun nəticəsidir ki, müxtəlif aparıcı dünya dövlətləri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən ölkəmizlə bir çox məsələlərdə yaxın əməkdaşlıq qurmaqda maraqlı olduğunu dəfələrlə bəyan etmiş, əlaqələri daha da möhkəmləndirmək istiqamətində siyasi iradə ortaya qoymuşlar.

BMT-nin Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməyimiz də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən uğurlu xarici siyasətin məntiqi nəticəsi olmaqla yanaşı, həm də ölkəmizə böyük marağın, beynəlxalq etimadın göstəricisidir. Bu mənada, milli maraqlarımızı ön planda tutan rəsmi Bakı güclü və etibarlı tərəfdaş kimi, əhəmiyyət kəsb edən bütün sahələrdə yeni-yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətini reallaşdırır. Azərbaycan - Avropa İttifaqı münasibətlərinin inkişafı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

İqtisadisiyasi potensialına görə beynəlxalq aləmdə mühüm təsir imkanlarına malik olan Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri 1993-cü ildən sonra inkişaf etməyə başlamışdır. Həmin il rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmişbu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Münasibətlərin hüquqi əsasını təşkil edən "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" isə 1996-cı il aprelin 22-də Lüksemburq şəhərində imzalanmış və tərəflərin sənədi ratifikasiyasından sonra - 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir. Həmin sənədin əhəmiyyəti ondan ibarət idi ki, burada əlaqələrin möhkəmləndirilməsi üçün artıq konkret müvafiq mexanizmlər müəyyənləşdirilmiş, sazişdə siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulmuşdu.

Onu da əlavə edək ki, proqram çərçivəsində Avropa İttifaqının Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərini inkişaf etdirməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına madditexniki yardımlar nəzərdə tutulmuşdur. Təkcə 2001-ci ilə qədər Avropa İttifaqı bu proqram çərçivəsində 100 milyon avrodan çox vəsait qoymuşdur. Bütün bunlar münasibətlərin daha da inkişafına təkan vermişdir.

Ötən zaman ərzində sərhədləri genişlənən ittifaq Avropada yeni qonşular qazanmış və bu da onu 2003-cü ildə "Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü" adlı proqram qəbul etməyə sövq etmişdir. İttifaqın xarici işlər nazirləri 2004-cü ilin yanvarında üç Cənubi Qafqaz ölkəsini bu təşəbbüsə dəvət etmək üçün Avropa Komissiyasına təkliflər hazırlamaq haqda tapşırıq vermişlər. Bundan sonra Azərbaycanı Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Avropa İttifaqı Şurasının 2004-cü il iyunun 14-də qəbul etdiyi qərar ikitərəfli əməkdaşlığın inkişafında mühüm addım olmuşdur. Əlaqələrdə daha yüksək səviyyəli siyasiiqtisadi inteqrasiya vəd edən həmin qərarda ölkəmiz üçün bir sıra imkanlar yaranmışdır. Onlar arasında siyasi, iqtisadiinzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı, vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiyaliberalizasiya proseslərində iştirak, Avropa İttifaqına üzv ölkələr ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, həmçinin ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s. kimi məsələlər xüsusi yer tuturdu.

Rəsmi Bakı Avropa İttifaqı ilə bütün sahələrdə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımların atılması ilə bağlı öz mövqeyini aydın ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il iyunun 1-də imzaladığı "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı da əlaqələrin gücləndirilməsinə xidmət etmiş, həmin sənəddə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elmi-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulmuşdu.

Sərəncam həm də Avropa İttifaqının Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədini də qarşıya qoyurdu. Beləliklə, yaradılmış münbit əməkdaşlıq mühiti və qarşılıqlı anlayış şəraitində 2006-cı il noyabrın 14-də Brüsseldə "Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı" adlı sənəd qəbul edilmişdir. Bununla da daha əvvəl "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" ilə tənzimlənən Azərbaycan - Avropa İttifaqı münasibətlərinin gələcək inkişafının istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində qeyd olunan Fəaliyyət Planı ilə müəyyən olunmuşdur.

Əməkdaşlığın və tərəfdaşlığın aparıcı elementinə çevrilən "Şərq tərəfdaşlığı" təşəbbüsü isə Avropa İttifaqı xarici işlər nazirlərinin 2008-ci il mayın 26-da Brüsseldə keçirilmiş görüşü zamanı Polşaİsveç tərəfindən irəli sürülmüşdür. Avropa Qonşuluq Siyasətinə qoşulan ölkələr üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, MoldovaBelarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir. 2009-cu il mayın 7-də Praqada Zirvə görüşü keçirilmiş, həmin tədbirdə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən birgə bəyannamə qəbul edilmişbununla da "Şərq tərəfdaşlığı" təşəbbüsünün həyata keçirilməsi yüksək səviyyədə elan edilmişdir. Təşəbbüs Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, ittifaq və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud tərəfdaşlıq və əməkdaşlıq sazişləri əvəzinə yeni, Assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə, onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.

Onu da deyək ki, təşəbbüs Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə yeni format əlavə etmişdir. Çoxtərəfli format tərəfdaş ölkələr arasında əlaqələri təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və "Şərq tərəfdaşlığı" təşəbbüsünün gələcək inkişafına dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulur. Bu format çərçivəsində təşəbbüsə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu il sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir. Avropa İttifaqı ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammitdə bildirilmişdi ki, tədbirin keçirilməsində əsas məqsəd "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir. Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasiiqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Sonda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində birgə bəyannamə qəbul edilmişdir.

Göründüyü kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr hər keçən gün daha da inkişaf etməkdədir. Ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, sosial, mənəvi layihələr və ölkə həyatında aparılan islahatlar Azərbaycanın Avropa məkanına inteqrasiyasıdaha da sürətləndirir. İnkişaf etmiş Qərb ölkələrinin qoşulduğu qloballaşmanın tələblərinə əməl olunması, açıq qapı siyasəti yürüdülməsi, daxili bazarın, istehsal və xidmətin tam liberallaşdırılması, ölkənin demokratik transformasiyasının başa çatdırılması prosesi çox uğurlu nəticələr verməkdədir. Heç də təsadüfi deyil ki, Avropada bir sıra siyasi dairələr Azərbaycanı "Şərqdə Avropanın qabaqcıl mayakı" adlandırırlar. Bu, ölkəmizin uğurlu daxilixarici siyasətinin təzahürü, Avropaya inteqrasiya məsələsində nümayiş etdirdiyi güclü siyasi iradənin parlaq nəticəsidir.

Azərbaycan Qərbə inteqrasiya siyasətinə sadiqdir. Ona görə yox ki, Avropa İttifaqı və ya hansısa digər beynəlxalq qurumlar bunu tövsiyyə edir. Ona görə ki, Avropaya inteqrasiya çərçivəsində aparılan islahatlar, görülən işlər Azərbaycanın inkişafına, ölkəmizdə sarsılmaz demokratik cəmiyyətin qurulmasına və insanların sosial problemlərinin köklü həllinə aparıb çıxaracaq və hazırda bu tendensiya uğurla gedir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dəyişməz mövqeyini bəyan edərək demişdir: "Hədəf müasir Azərbaycandır, sülhdür, bütün ölkələrlə sülh münasibətləri və Avropa ölkələri ilə yaxşı münasibətlərdir. Bu, elə bir ölkə olmaqdır ki, orada sosial-iqtisadi sabitlik, qanunun aliliyi vardır, demokratik elementlər mövcuddur, insanlar dinc şəraitdə yaşayır və həyatdan həzz alırlar... Müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Avropaya olan münasibətinin təcəssümüdür. Bu, çox vacibdirbu gün əslində biz yeni, olduqca perspektivlieyni zamanda, çox mürəkkəb bir mərhələyə qədəm qoyuruq. Bu, Avropa ilə Azərbaycanın münasibətlərinə aid olan bir mərhələdir. Bu, münasibətlərimizin rəsmiləşdirilməsinə aparan yoldur və tərəfdaşlıq sazişimiz əsasında ölkəmizin, münasibətlərimizin inkişaf perspektivini müəyyən edəcəkdir."

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 6 noyabr.- S. 1-2.