12 noyabr Azərbaycan Konstitusiyası Günüdür.

 

 Azərbaycanda sivil, demokratik dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin formalaşmasının təməlində Əsas Qanunumuz dayanır

Bu Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verən bir sənəddir. Azərbaycan ərazisinin bölünməzliyini dünyada bir daha təsdiq edən, Azərbaycanda hakimiyyətin hansı bir qrup tərəfindən olursa-olsun, mənimsənilməsinin qarşısını alan bir sənəddir. Ona görə də bu bizim Qarabağ məsələsini, Ermənistanla Azərbaycan arasında olan münaqişə məsələsini də həll etməyə kömək edəcəkdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider,

2 noyabr 1995-ci il

 

 

Ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonra keçirilən ilk demokratik ədalətli parlament seçkilərinin eyni zamanda ilk milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü bütün soydaşlarımız tərəfindən böyük məmnunluq iftixarla qarşılanır. Əsas Qanunun sivil, demokratik müasir tələblərə cavab verən şəkildə ərsəyə gəlməsi tamamilə gözlənilən idi. Çünki xalqın böyük səs çoxluğu ilə dövlət başçısı seçdiyi siyasi lider həm qanunvericilik təcrübəsinə, həm zəngin siyasi idarəçilik təcrübəsinə malik idi.

 

1993-cü ilin iyun ayına qədər Azərbaycanın sivil, demokratik, dünyəvi hüquqi dövlət quruculuğu kursu götürəcəyinə böyük şübhə ilə yanaşan avropalı mütəxəssislər həmin tarixdən sonra çox böyük etiraflar səsləndirmək məcburiyyətində qalmışdılar. Heydər Əliyevin parlament sədri seçilməsindən etibarən, xüsusən, dövlət başçısı vəzifəsinə seçildikdən dərhal sonra dəfələrlə bəyan etdiyi fikirlər ölkə əhalisi xaricdəki dostlarımız tərəfindən böyük səmimiyyətlə qəbul edilirdi. Hamı birmənalı şəkildə inanırdı ki, ulu öndərin "biz sivil, hüquqi, dünyəvi demokratik dövlət quruculuğu kursu götürəcəyik" - deyə verdiyi bəyanatlar günün reallığına çevriləcək. Ancaq yuxarıda qeyd etdiyimiz bəzi xarici dairələr bu qənaətdə idilər ki, uzun müddət SSRİ rəhbərliyində işləmiş Heydər Əliyev demokratik dövlətçilik prinsiplərini yaxına buraxmayacaq. Tarix onların yanlış mövqedə olduğunu tez bir zamanda sübuta yetirdi. 1995-ci ilin dekabrında Almaniya parlamentinin ən tanınmış simalarından olan Villi Vimmer açıq şəkildə etiraf etdi ki, Heydər Əliyevin demokratik dövlətçilik yolu tutacağına inanmayanlardan biri mən idim. Ancaq onun rəhbərliyi ilə işlənib hazırlanan şəxsi nəzarəti altında qəbul edilən Azərbaycan Konstitusiyası sübut etdi ki, Heydər Əliyev əksər Avropa siyasətçilərinə nisbətən qat-qat üstün demokratik dünyagörüşünə malik bir siyasətçidir.

Əcnəbi ekspertlər həmin aylarda yazırdılar ki, gənc müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu insan hüquq azadlıqlarının qorunması, çoxpartiyalı siyasi mühitin bərqərar olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması, insanlara söz, fikir, mətbuat azadlığının verilməsi, bütün mərhələlərdən olan seçki referendumların ədalətli şəkildə keçirilməsinə şərait yaradılması baxımından bir çox Avropa ölkələrinin analoji sənədlərinə nisbətən qat-qat üstündür. ABŞ, Rusiya, Türkiyə, Fransa Almaniya kimi böyük dövlətçilik təcrübəsi olan ölkələrin siyasətçiləri ekspertləri Azərbaycanın 1995-ci il Konstitusiyasının az qala bütün müddəalarını təhlil edir, yüksək təqdiredici fikirlər söyləyirdilər.

Dünyanın aparıcı politoloqlarının fikrincə müstəqil Azərbaycan dövlətinin son 15-16 ildə əldə etdiyi qlobal nailiyyətlərin, sosial-iqtisadi ictimai-siyasi uğurların təməlində məhz bu ölkənin Əsas Qanunu dayanır. Belə uğurlar isə yüzlərlədir.

Azərbaycan geridə qalan illərdə Ermənistanın işğalçı dövlət olduğunun beynəlxalq səviyyədə təsdiqlənməsinə nail oldu. Halbuki, ilk milli Konstitusiyamızın qəbul edilməsinədək beynəlxalq aləmdə nəinki Ermənistanın işğalçı dövlət olduğunu dilinə gətirən yox idi, hətta bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı ittiham edənlər var idi. Ölkəmiz dərin iqtisadi böhrandan çıxmaqla, yeni əsrin ilk illərindən başlayaraq mərhələ-mərhələ yeni iqtisadi uğurlara imza atmaqla böyük tarix yazmış oldu. Bir neçə il ardıcıl olaraq adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı göstəricisinə görə bütün dünyada lider ölkə kimi qəbul olunduq. Halbuki, dövlət sərhədlərimizin o biri tərəfində - Ermənistanda sosial-iqtisadi böhran nəinki aradan qalxmır, üstəlik gündən-günə dərinləşir. Azərbaycan 1996-cı ildən etibarən, xüsusən, 2003-cü ilin oktyabrından sonra cəmiyyət həyatının bütün sahələrini elmi şəkildə işlənilib hazırlanmış Dövlət Proqramlarının icrası nəticəsində inkişaf etdirir, region ölkələri üçün əlçatmaz olan uğurlara imza atır. Ermənistan isə 1996-cı ildən indiyədək - təxminən 15 ildir ki, "Metsamor" atom elektrik stansiyasının təmiri üzrə dövlət proqramını reallaşdıra bilmir. Azərbaycan Qafqaz regionunun iqtisadiyyatının təxminən 75 faizini formalaşdıra bilib, Ermənistan isə SSRİ dövründən qalan iqtisadi imkanların təxminən 85 faizini ya satıb, ya borc əvəzinə ödəyib, ya da qarətçi dövlət məmurları tərəfindən talan edilib.

Bu gün regionun aparıcı dövləti olan Azərbaycan bütün dünyada söz sahibinə çevrilib. Rəsmi Bakının iştirakı olmadan bölgədə heç bir layihə reallaşdırılmır. Ermənistan isə bütün sosial-iqtisadi layihələrdən təcrid olunmuş vəziyyətdədir. Azərbaycanın tərəqqi inkişafının təməlində Heydər Əliyev dövlətçilik prinsipləri Prezident İlham Əliyevin prinsipiallığı, ədalətli idarəçilik normaları dayanır. Ermənistanın bütün bədbəxtliklərinin təməlində isə dövlət başçılarının prinsipsizliyi ədalət hissindən məhrum olmaları dayanır.

Təkcə son beş ildə Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər, ayrılan dövlət vəsaiti özünü erməni hesab edən bütün qonşularımızın başı üzərində qara buluda çevrilib. Üstəlik, Xəzərin Azərbaycan sektorunda rəsmi Bakının daha 100 il söz sahibi olmasını təmin edəcək yeni qaz yataqları aşkar edilib.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu isə o deməkdir ki, adı çəkilən qurumun iclaslarına sədrlik edəcək rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli məsələsinin gündəliyə gətirilməsinə nail olacaq. Elə bu yazının əvvəlində ulu öndərimizdən gətirdiyimiz sitat da məhz həmin məqamın təsdiqi kimi səslənirdi.

Bir daha qeyd edirik ki, ölkəmizin bütün bu uğurları ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində ərsəyə gəlmiş ilk Milli Konstitusiyamızın mükəmməlliyinin, müasirliyinin möhtəşəmliyinin nəticəsidir. Yeri gəlmişkən, ulu öndər hələ 1995-ci ilin sonunda qeyd etmişdi ki, bizim Əsas Qanunumuza ölkəmizin inkişafı fonunda bəzi dəyişiklik əlavələr oluna bilər. Bu proqnoz özünü həm 2002-ci ildə, həm 2009-cu ildə doğrultmuşdu.

Həmin illərdə Konstitusiyaya bəzi dəyişiklik əlavələr edilməsi üçün keçirilən ümumxalq səsvermələri (referendumlar) Əsas Qanunumuzu daha da təkmilləşdirmiş ən müasir anoloji sənədə çevirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim bütün uğurlarımızın təməlində Heydər Əliyev siyasəti ulu öndərin ərsəyə gətirdiyi Azərbaycan Konstitusiyası dayanır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 12 noyabr.- S.6.