"Şərq
Tərəfdaşlığı" Mədəniyyət
Proqramı Azərbaycanın Avropaya inteqrasiyasını
sürətləndirəcək
Avropa Birliyi Azərbaycanda mədəniyyət
sahəsində bir neçə proqramı
reallaşdırır. "Şərq Tərəfdaşlığı"
Mədəniyyət Proqramı da onlardan biridir. Bu layihə 1910-cu
ildən həyata keçirilir. Bu yaxınlarda həmin
proqramın reallaşması ilə bağlı dəyirmi masa
keçirildi. Tədbiri proqramın Regional monitorinq və
imkanların gücləndirilməsi bölməsi təşkil
etmişdi. Ümumiyyətlə, bu proqramın məqsədi
regionda davamlı inkişafa dəstək vermək və
dövlət səviyyəsində mədəniyyət siyasətinin
genişləndirilməsi və təcrübələrin
bölünməsini stimullaşdırmaqdır.
Mədəniyyət Avropaya inteqrasiyanın mühüm bir hissəsini təşkil edir. Azərbaycan da bu istiqamətdə təşəbbüsləri dəstəkləyir. Bu mənada "Şərq Tərəfdaşlığı" Mədəniyyət Proqramı mühüm əhəmiyyət kəsb edir. Yeni proqram müvafiq qanunvericilik vasitəsilə mədəniyyət sahəsində təşəbbüslərin, fəaliyyətlərin gücləndirilməsini nəzərdə tutur. Bununla bağlı ölkələr arasında mədəniyyət əlaqələrini daha da genişləndirmək üçün "Şərq Tərəfdaşlığı" Mədəniyyət Proqramı iştirakçı ölkələrə çoxtərəfli bir platforma təklif edir.
Dəyirmi masada bu məsələlər barədə ətraflı söhbət aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə bildirib ki, bu proqram ölkəmizdə mədəni layihələrin reallaşdırılması üçün yeni imkanlar yaradır, Avropada mədəni proseslərin inkişafına təkan verir. Onun sözlərinə görə Azərbaycan Avropa Birliyi ilə mədəni layihələrin birgə reallaşmasına xüsusi önəm verir. O bildirmişdir ki, əməkdaşlığın başlanğıcında inkişafa yardım diqqət mərkəzində olmuş, sonrakı mərhələlərdə isə siyasi dialoq, iqtisadi inkişaf, ətraf mühitin mühafizəsi və mədəniyyət kimi sahələr də strateji tərəfdaşlığa çevrilmişdir.
Bu gün Avropa Birliyi ilə mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin də genişləndirilməsi, regional səviyyədə mədəniyyət, mədəni irs, incəsənət, mədəni turizm sahəsində siyasətin prioritet sahələrinin müəyyən edilməsi, ehtiyacların öyrənilməsi və s. məsələlərə xüsusi diqqət yetirilir.
"Şərq Tərəfdaşlığı" Mədəniyyət Proqramı Avropa İttifaqı ilə ölkəmiz arasında yeni mədəni əlaqələrin gücləndirilməsinə, Azərbaycanın Avropaya inteqrasiyasına güclü təsir göstərəcəyi şübhəsizdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 16 noyabr.- S. 6.