Aqrar sahənin inkişafı dövlətin diqqət mərkəzindədir

 

Dövlət müstəqilliyimizin memarı olan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həyata keçirilən aqrar islahatlar öz bəhrəsini verir. Belə ki, aqrar islahatlardan sonra fərdi torpaq sahibinə çevrilən kəndli tam sərbəstlik əldə etmişdir. İndi o, öz əkin sahəsində hansı bitkinin əkilib-becərilməsinə özü cavabdehdir. Bununla yanaşı, o, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar vergidən azaddırlar. Üstəlik, əkin-biçin zamanı kəndliyə dövlət tərəfindən maddi yardım edilir, fermerlərə güzəştli kreditlər, subsidiyalar verilir. Bütün bunlar aqrar sahədə diqqətəlayiq nəticələr əldə edilməsinə gətirib çıxarır.

 

Müstəqilliyimizin bərpa olunmasının iyirminci ildönümündə fermerlərin və fərdi torpaq sahiblərinin qazandıqları nailiyyətlər daha ürəkaçandır. Kənd təsərrüfatı naziri İsmət Abasovun dediyinə görə, bu ilin doqquz ayında ölkə üzrə aqrar məhsulların ümumi istehsalı keçən ilin müvafiq dövründəkinə nisbətən xeyli artmışdır. Taxılçıların, tərəvəzçilərin, kartof becərənlərin, bostançıların, bağbanların əldə etdikləri nəticələr bir daha sübut edir ki, Azərbaycanda məhsul bolluğu yaratmaq, ərzaq təhlükəsizliyini təmin etmək kənd təsərrüfatı ilə məşğul olanların öz əlindədir.

Ölkəmizdə taxıl istehsalını 3 milyon tona çatdırmaq üçün hər cür şərait vardır. Qarşıya qoyulan məqsədə çatmaq üçün könüllülük prinsipi əsasında iri kooperasiyalar yaratmaq nəzərdə tutulmuşdur. Həmin kooperasiyaların sərəncamına 200 min hektar suvarılan torpaq sahələri veriləcəkdir. Hələlik isə yubiley ilində respublikamızda 2,4 milyon tondan çox taxıl istehsal olunmuşdur. İlin sonunadək bu rəqəmi 2,5 milyon tona çatdırmaq mümkündür. Ona görə ki, dənli bitkilər hesab olunan qarğıdalı və günəbaxan yığımı hələ davam edir.

Taxılçılıqda Şəki rayonunun fermerləri və fərdi torpaq sahibləri rekord nəticə qazanmışlar. Onlar bu il 72 min hektara yaxın sahədən 238,5 min tondan çox arpabuğda məhsulu yığmışlar. Əkin sahələrinin əksəriyyətinin dəmyə şəraitində olmasına baxmayaraq, rayonda hər hektardan orta hesabla 33,1 sentner məhsul götürülmüşdür ki, bu da keçənilki göstəricidən (18,3 sentner) az qala iki dəfə çoxdur. Dən üçün 1789 hektar sahədə qarğıdalı yetişdirən şəkililər 1657 hektarda yığımı başa çatdırmışlar. Hər hektardan 48,4 sentner məhsul götürən fermerlər indiyədək 8 min tondan çox qarğıdalı dəni əldə etmişlər.

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığımında Naxçıvan Muxtar Respublikası, Cəlilabad, Neftçala rayonlarının əməkçiləri də xüsusi fəallıq göstərirlər. Doqquz ay ərzində həmin ərazilərdə müvafiq olaraq 107,3, 114,2 və 101,9 min tondan çox taxıl istehsal edilmişdir. İndiyədək tədarük olunmuş 126 və 18,5 min tondan çox qarğıdalı və günəbaxan dənlərini də nəzərə alsaq, bu il ölkədə təqribən 2,5 milyon tona yaxın taxıl istehsal olunacağına şübhə yeri qalmır.

Yubiley ilində tərəvəzçilər də nümunəvi işləri ilə fərqlənirlər. Cari ildə onlar əkdikləri 80941 hektar sahənin 96,6 faizində yığımı başa çatdırmış, ölkə üzrə hər hektardan orta hesabla 144,4 sentner məhsul götürməklə 1 milyon 128,9 min tondan çox müxtəlif növ tərəvəz istehsal edərək bazarlaraemal müəssisələrinə göndərmişlər. Lənkəran-Astara, Gəncə-Qazax, Quba-XaçmazAran iqtisadi rayonları tərəvəz məhsullarının istehsalında yüksək nəticələr əldə etmişlər.

İşlərin gedişi göstərir ki, kartof istehsal edənlər bu ay 1 milyon tonluq həddi arxada qoyacaqlar. Doqquz ayda isə onlar 63995 hektar sahədən 923,3 min tondan çox qiymətli ərzaq məhsulu yığmışlar. Ölkə üzrə hər hektardan 144,3 sentner kartof götürülüb. Məhsulu yığılmamış 1193 hektar sahə qalır. Kartof istehsalında Gəncə-Qazax və Lənkəran-Astara iqtisadi rayonlarında çalışan fermerlər daha çox fərqlənirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ay ərzində respublikamızda 474,4 min tondan çox bostan məhsulları, 468,3 min tondan çox meyvə, 77,5 min tondan çox üzüm, 71,2 min tondan çox şəkər çuğunduru, 453,2 ton yaşıl çay yarpağı istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəki göstəricilərdən xeyli artıqdır.

Builki məhsul bolluğundan ruhlanan fermerlər və fərdi torpaq sahibkarları payızlıq əkini aqrotexniki müddətdə başa çatdırmaq üçün səylərini qat-qat artırmışlar. Hesabat dövründə ölkədə təmiz herik şumu da daxil edilməklə cari ilin payızlıq əkinləri üçün 501384 hektar sahə səpinə hazır vəziyyətə gətirilmişdir. Sentyabr ayı ərzində ölkə üzrə 37361 hektar sahədə dən və yaşıl yem üçün səpin aparılmışdır. Bu göstəricilər ötən ilin müvafiq dövründəki rəqəmləri xeyli üstələyir.

Oktyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında kənd təsərrüfatı məsələlərinə geniş yer verilməsi bir daha göstərir ki, ölkədə aqrar sahənin inkişaf etdirilməsi dövlətin daim diqqət mərkəzindədir. Bu barədə giriş nitqində söhbət açan Prezident İlham Əliyev dedi ki, kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər həyata keçirilir, proqramlar icra edilir və xüsusilə gələn il daha da böyük proqramlar icra ediləcəkdir.

Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov bu sahədə son 20 ildə əldə edilən uğurlardan danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1995-2003-cü illərdə kənd təsərrüfatı sektorunun hüquqi-normativ bazasının yaradılması istiqamətində mühüm işlər görmüş, bununla da ölkədə aqrar islahatlar uğurla icra olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində kənd təsərrüfatı sahəsində uğurların davamlı xarakter aldığını deyən İsmət Abasov son illərdə məhsul istehsalında yüksək artımın müşahidə olunduğunu, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığını və kənd təsərrüfatı sektorunun texnika ilə tam təmin edildiyini bildirdi:

- Dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin doqquz ayı ərzində 12 min 357 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 dəst texnoloji avadanlıq, o cümlədən soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istixana və digər avadanlıq, 300 min ton mineral gübrə, 300 ton pestisid alınmış, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılmış və ya lizinqə verilmişdir. Hazırda respublikanın əksər rayonlarında "Aqrolizinq" ASC-nin aqroservis filialları fəaliyyət göstərir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə hər hektar buğda və çəltik səpininə görə 2007-ci ildən indiyədək 360 milyon 300 min manat pul, toxumçuluqtinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə 2007-2010-cu illər ərzində dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 15 milyon 100 min manatdan çox subsidiya verilmişdir.

Bununla yanaşı, 2007-ci ildən hüquqifiziki şəxslər tərəfindən idxal olunan kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan 294 min 700 ton gübrənin dəyərinin orta hesabla 50 və ya 70 faizinin güzəştlə satılmasına görə həmin təşkilatlara 49 milyon manatdan çox vəsait ödənilmişdir.

Bu tədbirlərin nəticəsi olaraq kənd təsərrüfatında 2008-ci ildə 1 milyon 77 min 100 ton kartof, 1 milyon 228 min 300 ton tərəvəz toplanmış, 2009-cu ildə taxıl istehsalı 2 milyon 988 min 300 tona, o cümlədən buğda istehsalı 2 milyon 140 min 800 tona çatdırılmış, 2010-cu ildə 433 min 600 ton bostan məhsulları, 729 min 500 ton meyvə və 129 min 500 ton üzüm istehsal olunmuşdur.

2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə, kartof 2 dəfə, tərəvəz 1,5 dəfə, bostan məhsulları 1,7 dəfə, meyvə 1,5 dəfə, üzüm 1,7 dəfə, şəkər çuğunduru 5,4 dəfə, ət 2,3 dəfə, süd 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artmışdır.

Dünyanın əsas problemlərindən olan ərzaq çatışmazlığının hökm sürdüyü dövrdə respublika əhalisinin ərzaq təminatının yaxşılaşdırılmasını özlərinin ümdə vəzifəsi hesab edən və bu vəzifəni uğurla həyata keçirən fermersahibkarlar həmişə olduğu kimi əzmlə çalışırlar. Aqrar sahəyə göstərilən çoxşaxəli dəstəyin nəticəsi olaraq 2011-ci ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərdə olduğu kimi, öz dinamik inkişafını davam etdirmiş və kənd təsərrüfatında ümumi məhsul istehsalı 3 milyard 876 milyon 700 min manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz, o cümlədən bitkiçilikdə 10,6 faiz, heyvandarlıqda isə 3,7 faiz artım əldə edilmişdir.

Pambıq yığımı dövründə hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, oktyabrın 17-i vəziyyətinə 33 min 348 ton məhsul toplanmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 800 tonya 54,9 faiz çoxdur. Pambıq yığımı davam edir.

Bitkilərin, əsasən taxılın zərərli və xüsusi təhlükəli zərərvericilərdən mühafizə edilməsi, respublikanın fitosanitar sabitliyinin qorunması məqsədilə səmərəli mübarizə tədbirləri həyata keçirilmiş, məhsul itkisinin qarşısı alınmış, zərərvericilərin yayılma arealı xeyli azalmışdır.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da öz inkişafını davam etdirmiş, son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər məhsul istehsalına müsbət təsirini göstərmişdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi uğurla davam etdirilir.

Cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın sayı 47 min 100 baş artaraq 2 milyon 664 min başa, davarların sayı isə 116 min 350 baş artaraq 8 milyon 574 min 800 başa çatmışdır. Hesabat dövründə 333 min 613 ton (diri çəkidə) ət 1 milyon 230 min 353 ton süd istehsal edilmişdir.

Ölkə ərazisinin təhlükəli epizootik xəstəliklərdən qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısının alınması, ölkəyə gətirilən heyvan heyvan mənşəli məhsulların sanitar keyfiyyətinin yoxlanılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən geniş profilaktik tədbirlər həyata keçirilir.

Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə qurumları arasında imzalanmış müqavilələrə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən layihələr aqrar sahədə öz müsbət nəticəsini vermiş bu layihələrin daha da genişləndirilməsi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına kənd əhalisinin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərir.

Respublikada uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü satışında ciddi struktur dəyişiklikləri baş vermiş, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl soyuducu anbar kompleksləri tikilmiş bu işlər hazırda daha da genişləndirilir.

İsmət Abasov çıxışının sonunda respublika əhalisinin kənd təsərrüfatı məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi məqsədilə iqtisadiyyatın bu vacib sahəsinin inkişafına göstərilən diqqət qayğıya görə fermerlər, aqrar sahibkarlar adından dövlət başçısına öz dərin minnətdarlığını bildirdi. Əmin etdi ki, üzərlərinə düşən vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək, əhali daim keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunacaqdır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 20 noyabr.- S. 4.