YAP mütəşəkkil
və qüdrətli siyasi qüvvədir
Ölkəmizin
ən aparıcı siyasi partiyası olan Yeni Azərbaycan
Partiyasının 1992-ci il noyabrın 21-də
Naxçıvanda keçirilən təsis konfransında
Masallı ziyalısı Şirvan Əbilov da iştirak
etmiş və öz çıxışında Azərbaycanı
düşdüyü çətin vəziyyətdən
çıxara biləcək yeganə şəxsiyyət,
dünya şöhrətli siyasi xadim Heydər Əliyevə cənub
bölgəsi ictimaiyyətinin ən xoş arzularını
çatdırmışdır. Bundan bir qədər sonra -
1993-cü ilin fevralında birincilər sırasında
Masallıda da bu partiyanın rayon təşkilatı
yaradılmışdır. Hazırda ictimai-siyai həyatda,
sosial-iqtisadi inkişafda fəallığı və dominant
rolu ilə seçilən iqtidar partiyasının Masallıda
8 mindən artıq üzvü vardır.
Yeni
Azərbaycan Partiyasının yaradılmasının 19 illiyi
münasibətilə YAP Masallı rayon təşkilatı gənclər
birliyinin təşəbbüsü ilə tədbir
keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə
ulu öndərin abidəsini ziyarət edərək
önünə gül dəstələri qoymuşlar. Sonra
"dəyirmi masa" ətrafında davam edən tədbirdə
rayon təşkilatı sədrinin əvəzi, Səfalı
Paşayev partiyanın yaranma tarixi və ötən müddətdə
fəaliyyəti ilə bağlı ətraflı məlumat
vermiş, siyasi həmfikirlərini tarixi gün münasibətilə
təbrik etmişdir.
Masallı
Rayon İcra Hakimiyyəti başçısı
aparatının ictimai təşkilatlar və siyasi partiyalarla
iş şöbəsinin müdiri Seyfəddin Əliyev
ölkədə ən böyük siyasi qüvvə olan
YAP-ın yaranma zərurəti, ənənələri və
ümumxalq partiyasına çevrilməsi barədə fikirlərini
söyləmiş, cəmiyyətdə böyük nüfuzu
olan insanların bu partiyada cəmləşdiyini vurğulamışdır.
İqtidar partiyasının yaradıcısı olan
ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında tarixi xidmətlərini xatırladan natiq
bildirmişdir ki, hazırda ölkə Prezidenti İlham Əliyev
YAP-a rəhbərlik etməklə ulu öndərin siyasi
kursunu layiqinə davam etdirir.
"Dəyirmi
masa"da gənclərdən Elvin Cəfərov, Sübhan
Şiriyev və başqaları da çıxış edərək
YAP sıralarında təmsil olunmaqdan şərəf
duyduqlarını söyləmiş, Dövlət Gənclər
siyasətinin onların qabiliyyətlərini göstərmələrinə,
vətənə daha çox xeyir vermələrinə şərait
yaratdığını bildirmişlər. Rayon rəhbərliyinin
diqqət və qayğısı sayəsində Masallıda gənclərin
inkişafı üçün hər cür şərait
yaradılmasından razılıqla bəhs edən natiqlər
hazırda rayonda müasir Olimpiya İdman Kompleksinin fəaliyyət
göstərməsini, Gənclər Mərkəzinin tikilməsini,
gənc mütəxəssislərin məsul vəzifələrə
irəli çəkilməsini diqqətə
çatdırmışlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 22 noyabr.- S. 9.