Şərəfli siyasi mübarizə yolu keçmiş partiya

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü ilə bağlı tədbir keçirildi. Əsasən YAP rayon təşkilatı fəallarının, Milli Məclisin deputatlarından Hadı Rəcəblinin, Aqiyə Naxçıvanlının, Adil Əliyevin, 91-lərdən Kərim Kərimovun, YAP Nərimanov rayon təşkilatının sədr müavini, KİVDDF-in sədri Vüqar Səfərlinin iştirak etdiyi toplantını giriş sözü ilə açan RİH başçısı Abdin Fərzəliyev yığıncaq iştirakçılarını partiyanın 19-cu ildönümü münasibətilə təbrik etdi.

 

İcra hakimiyyətinin başçısı bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin liderliyi ilə yaradılmış YAP olduqca çətin bir dövrdə Azərbaycanın siyasi həyatına qədəm qoyub. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda mövcud olan qeyri-sabit ictimai-siyasi vəziyyət sonradan 91-lər adlanan Azərbaycan ziyalılarını o zaman Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə müraciət etməyə vadar edib. Heydər Əliyev partiyanın yaranmasına və ona sədrlik etməyə razılığını bildirib. Bununla da Naxçıvanda YAP-ın təsis konfransı keçirilib. 1993-cü ilin ortalarında isə Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Azərbaycan rəhbərliyinə dəvət edilib.

Lakin YAP-ın hakimiyyətə gəlməsindən sonrakı ilk illər ölkədə baş alıb gedən anarxiya və hərc-mərcliyin aradan qaldırılmasına sərf edilib. Sonrakı illərdə isə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsası qoyulub, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində real addımlar atılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Nəticədə, Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Ölkədə yaşayanan yüksəlişin əldə edilməsində YAP-çıların da danılmaz xidmətləri vardır. Abdin Fərzəliyev ölkə başçısını əmin edərək bildirdi ki, partiyanın Nərimanov rayon təşkilatı bundan sonra da ölkədə aparılan quruculuq işlərinin ön cərgələrində olacaq.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev qeyd etdi ki, YAP-ın Bakı şəhərindəki ilk təşkilatı Nərimanov rayonunda yaradılıb və sonrakı illərdə ümummilli lider iki dəfə rayonda olub. Onun sözlərinə görə, ulu öndərin uzaqgörən siyasəti nəticəsində YAP Azərbaycanın simasını kökündən dəyişib, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Xalqın qarşısında dayanan bütün vacib məsələlərin həllinə öz layiqli töhfələrini verib. Ulu öndərin YAP-ı iyirmi birinci əsrin partiyası adlandırdığını deyən natiq əlavə etdi ki, partiyanın yeganə məqsədi ölkəni inkişaf etdirmək, mütərəqqi dövlətlər sırasına çıxarmaqdır. Heydər Əliyevin qoyduğu bu yol hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan regionda ən qüdrətli dövlətə çevrilib, bu məkanda heç bir layihə ölkəmizin iştirakı olmadan həyata keçirilə bilməz.

91-lərin nümayəndəsi, partiyanın ağsaqqallarından biri, professor, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Əlişir Musayev ölməz şairimiz Səməd Vurğunun məşhur poemasından misal gətirərək YAP-ı "Zamanın bayraqdarı" kimi səciyyələndirdi. Onun sözlərinə görə, yarandığı gündən bəri partiya məhz zamanın bayraqdarı rolunda çıxış edib. Həmişə öndə olub, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqı öz arxasınca apararaq böyük uğurlar qazanıb. 90-cı illərin əvvəllərində partiyanın yarandığı dövr haqqında danışan professor bildirdi ki, hələ o zamanlardan xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini, ölkəni düşdüyü ağır bəlalardan xilas etməsini istəyirdi.

Ancaq o vaxtın siyasi hakimiyyəti buna imkan vermir, bu barədə danışanları cəzalandırırdı. 91-lər məhz belə bir zamanda özündə cəsarət taparaq Heydər Əliyevə müraciət edibondan müsbət cavab alıb. Sonra isə böyük siyasi xadim olan Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qoruyub saxlayıb, ölkənin çiçəklənməsini təmin edib. Buna görədir ki, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl deyib: "Heydər Əliyev böyük dövlət adamı idi".

Əlişir Musayev partiyanın Azərbaycan cəmiyyətindəki rolundan danışaraq qeyd etdi ki, partiya Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qoruyub saxlayıb, bu günonun keşiyindədir, ölkədə bütün siyasi partiyaların fəaliyyəti üçün demokratik şərait yaradıb, parlament seçkilərində ən çox səs qazanan partiya olubbu gün də belədir, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda iqtisadiyyatın artımı təmin edilir.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxilixarici siyasətinin parlaq nəticələridir. Ona görə də YAP-ı yalnız daim inkişafda olan partiya kimi səciyyələndirmək olar.

Partiyanın gənc üzvlərindən Eldar Aslanov və digərləri çıxış edərək partiyanın düzgün yolla irəlilədiyini bildirdilər və partiyadaşlarını Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək böyük uğurlara doğru irəliləməyə çağırdılar.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 22 noyabr.- S. 10.