TÜRKSOY
seriyasından olan yeni
kitablar
Son
dövrlər türk xalqları ədəbiyyatının Azərbaycanda
öyrənilməsi, ayrı-ayrı xalqların klassiklərinin
yaradıcılığından nümunələrin ölkəmizdə
nəşri türk dünyası ədəbi mühitinin daha
da inkişafına və əlaqələrin möhkəmlənməsinə
xidmət edir. Yarandığı gündən ortaq mədəni
irsimizi tanıtmağa çalışan TÜRKSOY-un bu
baxımdan fəaliyyəti göz önündədir.
TÜRKSOY seriyasından olan kitabların Azərbaycanda
işıq üzü görməsi digər türksoylu
xalqların ədəbiyyatı ilə tanışlığa
imkan yaradır.
Bu il
isə bu seriyadan Türkmənistan ədəbiyyatına aid
"Abdulla Şahbəndənin seçilmiş əsərləri"
və "Türkmən müəmmaları, deyişmələri
və vücudnamələri" kitabları Azərbaycan
türkcəsində işıq üzü görüb. AMEA
Folklor İnstitutu Elmi Şurasının qərarı ilə
nəşr edilən kitablardaki əsərləri türkməncədən
dilimizə uyğunlaşdıran və ön sözün
müəllifi professor Ramiz Əskər, redaktoru AMEA-nın
müxbir üzvü, professor Tofiq Hacıyev, məsləhətçi
professor Annaqurban Aşırovdur.
Birinci
kitabda klassik türkmən ədəbiyyatının tanınmış
şairi Abdulla Şahbəndənin bir sıra şeirləri,
"Şah Bəhram" və "Gül və
bülbül" dastanları yer alıb.
1720-ci
ildə Türkmənistanın Vas şəhərində
anadan olan A.Şahbəndə dövrünün yaxşı təhsil
almış, mütərəqqi ziyalılarından olub.
Şairin yaradıcılığında müəmma janrı mühüm yer tutur. Poetik irsinin bir hissəsi itsə də, çox əsəri dövrümüzə gəlib çatıb. Xeyirxahlığı, yaxşılığı, dürüstlük və mərdliyi aşılayan şairin şeirlərində tərbiyəvi motivlər güclüdür. Şeirlərdəki fikir və məzmun oxucunu düşündürür. A.Şahbəndə doğma dilində-türkcə yazmağa üstünlük vermiş, yaradıcılığında dilin zənginliyi və şirinliyindən bəhrələnməyə çalışmışdır. Şair həmkarlarına da bunu məsləhət görür, yad sözlərdən, ərəb və fars ifadələrindən uzaq olmağa çağırır.
Kitabda şairin müəmma janrında yazdığı ədəbi nümunələr mühüm yer tutur.
"Bəhram Şah" dastanının motivi hind mifologiyasının savaş, ovçuluq və zəfər tanrısı Varaxra ilə bağlıdır. Dastanda Bəhramın qulan ovuna çıxması onun həyatında dönüş yaradır. Qulan cildinə girmiş Dev Səidlə tanışlığı, eyş işrətə qurşanması, Balahüsn adlı pəri qızını sevməsi dastanı maraqlı süjetlərlə zənginləşdirir.
Dastanda qoşma, gəraylı, qəzəl, müxəmməs janrında şeirlər onun məzmununun daha da zdolğunlaşmasında mühüm rol oynayır.
Şairin " Gül və Bülbül" dastanı da mifik səhnə və obrazlarla zəngindir. Müəllifin düşüncəsinə görə əsər mifik obrazlarla daha romantik, daha sehrli olur. A.Şahbəndənin "Xocamverdixan" dastanı, "Səyahətnamə" əsəri də var.
Onun şeir və dastanlarının yüzdən artıq əlyazması Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda saxlanılır.
"Türkmən müəmmaları, deyişmələri və vücudnamələri" adlı ikinci kitabda A.Şahbəndə ilə yanaşı, Məxdumqulu Fəraqi, Anaqılınc Möhtaci, Miskin Qılınc, Dostməmməd, Molla Nəfəs kimi türkmən şairlərinin yaradıcılığından seçmələr nəşr edilib.
Şeirlər məzmunla yanaşı, dilinin səlisliyi, anlaşıqlığı, ahəngdarlığı ilə də fərqlənir.
Kitab ədəbiyyatsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əfsanə BAYRAMQIZITÜRKSOY seriyasından olan yeni kitablar
Son dövrlər türk
xalqları ədəbiyyatının
Azərbaycanda öyrənilməsi,
ayrı-ayrı xalqların
klassiklərinin yaradıcılığından
nümunələrin ölkəmizdə
nəşri türk dünyası ədəbi
mühitinin daha da inkişafına və əlaqələrin
möhkəmlənməsinə xidmət edir. Yarandığı gündən ortaq mədəni irsimizi tanıtmağa çalışan
TÜRKSOY-un bu baxımdan
fəaliyyəti göz
önündədir. TÜRKSOY
seriyasından olan kitabların Azərbaycanda
işıq üzü
görməsi digər
türksoylu xalqların
ədəbiyyatı ilə
tanışlığa imkan
yaradır.
Bu il isə
bu seriyadan Türkmənistan ədəbiyyatına
aid "Abdulla Şahbəndənin seçilmiş əsərləri"
və "Türkmən
müəmmaları, deyişmələri
və vücudnamələri"
kitabları Azərbaycan
türkcəsində işıq
üzü görüb.
AMEA Folklor İnstitutu
Elmi Şurasının
qərarı ilə nəşr edilən kitablardaki əsərləri
türkməncədən dilimizə
uyğunlaşdıran və
ön sözün müəllifi professor Ramiz
Əskər, redaktoru
AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, məsləhətçi
professor Annaqurban Aşırovdur.
Birinci kitabda klassik türkmən ədəbiyyatının tanınmış
şairi Abdulla Şahbəndənin
bir sıra şeirləri, "Şah
Bəhram" və
"Gül və bülbül" dastanları
yer alıb.
1720-ci ildə Türkmənistanın
Vas şəhərində anadan
olan A.Şahbəndə
dövrünün yaxşı
təhsil almış,
mütərəqqi ziyalılarından
olub.
Şairin yaradıcılığında müəmma janrı mühüm yer tutur. Poetik irsinin bir hissəsi itsə də, çox əsəri dövrümüzə
gəlib çatıb.
Xeyirxahlığı, yaxşılığı, dürüstlük və mərdliyi aşılayan şairin şeirlərində
tərbiyəvi motivlər
güclüdür. Şeirlərdəki fikir və məzmun
oxucunu düşündürür.
A.Şahbəndə doğma dilində-türkcə
yazmağa üstünlük
vermiş, yaradıcılığında
dilin zənginliyi və şirinliyindən bəhrələnməyə çalışmışdır.
Şair həmkarlarına
da bunu məsləhət
görür, yad sözlərdən, ərəb
və fars
ifadələrindən uzaq
olmağa çağırır.
Kitabda şairin
müəmma janrında
yazdığı ədəbi
nümunələr mühüm
yer tutur.
"Bəhram Şah"
dastanının motivi
hind mifologiyasının savaş,
ovçuluq və zəfər tanrısı
Varaxra ilə bağlıdır. Dastanda Bəhramın qulan
ovuna çıxması
onun həyatında dönüş yaradır.
Qulan cildinə girmiş Dev Səidlə tanışlığı,
eyş işrətə
qurşanması, Balahüsn
adlı pəri qızını sevməsi
dastanı maraqlı süjetlərlə zənginləşdirir.
Dastanda qoşma,
gəraylı, qəzəl,
müxəmməs janrında
şeirlər onun məzmununun daha da zdolğunlaşmasında
mühüm rol oynayır.
Şairin
" Gül və Bülbül" dastanı da mifik səhnə və obrazlarla zəngindir. Müəllifin düşüncəsinə görə əsər mifik obrazlarla daha romantik, daha sehrli olur.
A.Şahbəndənin "Xocamverdixan" dastanı, "Səyahətnamə"
əsəri də
var.
Onun şeir
və dastanlarının
yüzdən artıq
əlyazması Türkmənistan
Elmlər Akademiyası
Əlyazmalar İnstitutunda
saxlanılır.
"Türkmən müəmmaları,
deyişmələri və
vücudnamələri" adlı ikinci kitabda A.Şahbəndə
ilə yanaşı, Məxdumqulu Fəraqi, Anaqılınc Möhtaci,
Miskin Qılınc, Dostməmməd, Molla Nəfəs kimi türkmən şairlərinin
yaradıcılığından seçmələr nəşr
edilib.
Şeirlər məzmunla yanaşı, dilinin səlisliyi, anlaşıqlığı, ahəngdarlığı
ilə də fərqlənir.
Kitab ədəbiyyatsevərlər
və geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 23 noyabr.- S. 7.