Ölkənin uğurları Yeni Azərbaycan Partiyasının nüfuzunu daha da artırır

 

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının IX konfransı partiyanın banisi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başladı. Təşkilatın geniş iclas salonunda keçirilən konfransı YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov açdı. Seçilmiş 291 nümayəndədən 286 nəfərin konfransın işində iştirak etdiyini bildirən sədr toplantının gündəliyini elan etdi.

 

Hesabat seçki konfransının gündəliyi yekdilliklə təsdiq olunandan sonra hesabat məruzəsi ilə çıxış etmək üçün söz təşkilatın sədri Hüseynbala Mirələmova verildi. Natiq qeyd etdi ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 19 ildən artın bir vaxtda ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunması üçün misilsiz xidmətlər göstərmiş və iqtidar partiyası olaraq xalqın böyük rəğbətini qazanmışdır. Hazırda ulu öndər Heydər Əliyevin yaratdığı bu partiyanın sıralarında 560 mindən artıq insanın birləşməsi bunu bir daha sübut edir.

H.Mirələmov YAP-ın keçdiyi tarixi yola, Azərbaycan dövlətçiliyində və ictimai-siyasi həyatındakı yerinə ətraflı nəzər salaraq qeyd etdi ki, bu partiya bütün fəaliyyəti dövründə müstəqilliyimizin qorunması və möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqelərinin möhkəmlənməsinə, xalqın rifah halının durmadan yaxşılaşmasına xidmət etmişdir. Partiyanın bütün üzvləri onun yaradıcısı və xalqımızın lideri olan Heydər Əliyevin ideyalarına daim sadiq olmuş, onun göstərdiyi yolla getmişlər. Böyük şəxsiyyət və dahi insan Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti onun davamçısı, yeni əsrin lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün çox böyük uğurla həyata keçirir.

Sonra natiq YAP Xətai rayon təşkilatının VIII konfransından keçən 3 il ərzində görülən işlərdən ətraflı məlumat verərək bildirdi ki, bu müddətdə təşkilatın üzvləri istər 2008-ci ilin prezident seçkisində, istər 2009-cu ildəki referendumda, istər 2009-cu ilin dekabrındakı bələdiyyə seçkilərində, istərsə də 2010-cu ilin noyabrında keçirilən parlament seçkilərində yüksək fəallıq nümayiş etdirmiş və qarşıya qoyulan vəzifələrin həllinə nail olmuşlar.

Hazırda üzvlərinin sayı 16130 nəfərə çatan YAP Xətai rayon təşkilatında 145 ərazi ilk partiya təşkilatı birləşir. Partiya üzvlərinin 4754 nəfərini gənclər, 7819 nəfərini qadınlar təşkil edir. Hesabat dövründə rayon təşkilatının tərkibində 4 yeni ərazi ilk partiya təşkilatı yaradılmışdır. Bu müddətdə təşkilat tərəfindən Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş 2220 nəfərdən 738-i gənc, 856 nəfəri isə qadındır.

H.Mirələmov partiya təşkilatının Xətai rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatında da fəal iştirak etdiyini, rayon icra hakimiyyətinin həyata keçirdiyi tikinti, abadlıq və yenidənqurma işlərinə daim dəstək verdiyini bildirdi.

Təşkilatın qadınlar şurası, gənclər birliyi və digər strukturlarının fəaliyyətindən, həyata keçirilən ictimai-siyasi tədbirlərdən ətraflı məlumat verən natiq hesabat məruzəsini bu sözlərlə tamamladı:

- Partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışlarında Yeni Azərbaycan Partiyasının amallarını daim yüksək tutmağı, onun qarşıya qoyduğu vəzifə və tapşırıqlara ciddi əməl etməyi tapşırır. Biz bütün fəaliyyətimiz dövründə bu tövsiyyəyə əməl etməyə, partiyamızın bayrağını daim uca tutmağa çalışmışıq.

Məruzə ətrafında çıxışlar başladı. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Vüqar Rəhimzadə, Fikrət Xəlilov, YAP Xətai rayon Gənclər təşkilatının sədri Sərxan Əliyev də digərləri hesabat dövründə görülən işləri yüksək qiymətləndirib hesabatı qənaətbəxş saydılar.

Sonra söz Yeni Azərbaycan Partiyasının sədrinin birinci müaviniicra katibi Əli Əhmədov çıxış edərək partiyanın 19 illik fəaliyyətinin əsas uğurlarından və qarşıda duran prioritet vəzifələrdən danışdı. Ə.Əhmədov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası üzərinə düşən tarixi missiyanı 19 ildir ləyaqətlə yerinə yetirir. Müstəqil Azərbaycanın istər siyasi, istər iqtisadi uğurlarının demək olar ki, hamısı bu partiyanın liderləri ulu öndər Heydər Əliyev və cənab İlham Əliyevin adı ilə bağlıdır.

Natiq Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi son uğura - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə də münasibət bildirərək qeyd etdi ki, bu bir daha iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının və onun lideri cənab İlham Əliyevin milli maraqlarımıza yüksək səviyyədə xidmətini nümayiş etdirir. Ölkəmizin beynəlxalq siyasi arenadakı nailiyyətlərinin artması,sosial-iqtisadi sahədə qazandığımız uğurlar partiyamızın ictimaiyyət arasında mövqeylərini də günü-gündən möhkəmləndirir. Bu uğurlarda Xətai rayon təşkilatının da öz payı var.

Ə.Əhmədov YAP Xətai rayon təşkilatının son illərdəki fəaliyyətinə yüksək qiymət verərək bildirdi ki, bu gün bu rayonda isra strukturunun rəhbərliyi ilə partiya arasındakı birlik, səmimi və işgüzar münasibətdər heçaz əhəmiyyət kəsb etmir.

Çıxışlardan sonra YAP Xətai rayon təşkilatının hesabatı səsə qoyuldukonfrans nümayəndələri tərəfindən qənaətbəxş qiymətləndirildi. Konfransın gündəliyinə uyğun olaraq nəzarət-təftiş komissiyasının da hesabatı dinlənildi və fəaliyyəti qənaətbəxş sayıldı.

Sonra konfrans iştirakçıları YAP Xətai rayon təşkilatının Siyasi Şurasının, idarə heyətinin və nəzarət təftiş komissiyasının tərkibini seçib təsdiq etdilər. Hüseynbala Mirələmov yekdilliklə YAP Xətai rayon təşkilatının sədri seçildi.

İclasın sonunda Xətai rayon icra hakimiyyətinin başçısı, YAP Xətai rayon təşkilatı sədrinin müavini Razim Məmmədov çıxış edib qarşıda duran vəzifələr və onların həlli istiqamətləri barədə fikirlərini açyqladı. Natiq qeyd etdi ki, YAP-ın hər bir üzü ulu öndər Heydər Əliyev Partiyasının sıralarında olduğunu unutmamalı və onun irsinə yüksək sədaqət nümayiş etdirməlidir.

R.Məmmədov YAP Xətai rayon təşkilatının yeni heyyətinə uğurlar dilədi və sonda bildirdi ki, keçilən şərəfli yol gələcək fəaliyyətimiz üçün çox yaxşı bünövrədir.

Sonda konfrans nümayəndələri adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevə müraciətin mətni oxundu və yekdilliklə qəbul edildi. Bununla da YAP Xətai rayon təşkilatı öz işinə yekun vurdu.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 30 noyabr.- S. 5.