Müasir Azərbaycan dövləti xalqımızın tarixi nailiyyətidir

 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına əsasən, bu tarixi hadisə respublikamızda dövlət səviyyəsində, təntənəli surətdə qeyd olunur.

Müstəqillik yollarında yenicə addımlarını atan hər bir ölkənin qarşısında müxtəlif istiqamətli vəzifələr durur. Hansı yolun müəyyənləşdirilməsi isə həmin dövlətin rəhbərinin siyasi təcrübəsinin, iradəsinin, idarəçilik bacarığının göstəricisidir. Azərbaycan müstəqilliyinin ilk illərində ciddi problemlərlə üzləşdi. Ölkədə ictimai-siyasi durum getdikcə gərginləşir, xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Bütün sahələrdə nəzərə çarpan tənəzzül müstəqilliyimizi təhlükə altına alırdı. Lakin dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz nicat tapdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf, tərəqqi yoluna çıxdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi daxil oldu.

İlk dəfə olaraq demokratik inkişafın əsas göstəricilərindən olan azad, şəffaf, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi təmin olundu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni konstitusiya layihəsi hazırlandı və xalqın müzakirəsinə çıxarıldı. 12 noyabr Azərbaycanın taleyində dönüş günü oldu. Həmin gün ümumxalq referendumu vasitəsi ilə dövlətin, cəmiyyətin hüquqi təminatı olan konstitutsiya qəbul edildi. İllərlə davam edən qanun boşluğuna son qoyuldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitliyin bərpası iqtisadi tərəqqini sürətləndirdi, dövlətimizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı, ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Ümummilli lider "Əsrin müqaviləsi"nin imzalanmasını gerçəkləşdirərək Azərbaycanı dünyaya qovuşdurdu.

Tarixi şərait və zərurətdən irəli gələrək Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri yeni şəraitdə iqtisadi inkişafın təmin edilməsi oldu. Bu isə elə də asan proses deyildi. 70 il ərzində mövcud olan təsərrüfat sistemindən imtina keçid prosesini özündə ehtiva edirdi. Bazar iqtisadiyyatı iqtisadi inkişafın tamam başqa mexanizmləri əsasında fəaliyyət göstərdiyindən təbii olaraq onun reallaşdırılması kifayət qədər dəqiq düşünülmüş siyasi konsepsiya, uzaqgörənlik tələb edirdi. Planlı sosialist iqtisadiyyatından kapitalist bazar münasibətlərinə keçid siyasi, sosial, mədəni və cəmiyyət həyatının digər vacib aspektlərilə bağlı proseslərlə də sıx əlaqəli idi. Qısa müddət ərzində iqtisadiyyatın liberallaşdırılmasına xidmət edən yeni mükəmməl proqramlar hazırlandı.

Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

2003-cü il prezident seçkilərində xalqın 76,84 faizinin səsini qazanan İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir: "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik". Beş ildə hər bir vədin konkret əməli işdə təsdiqi dövlət başçısı İlham Əliyevin 2008-ci ildə keçirilən növbəti prezident seçkilərində qələbəsini təmin etdi. 15 oktyabr 2008-ci il prezident seçkilərində xalqın 88,73 faizinin səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək yeni işləri diqqətə çatdırdı.

2003-cü ildən ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Son yeddi ilin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır.

Bu gün Azərbaycan Cənubi Qafqazın iqtisadi, siyasi, sosialümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutur. Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Bu regionda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalisinin gəlirlərinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir.

Regionun ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana məxsusdur. Burada bütün enerji qaynaqları üzrə ən zəngin ölkə də Azərbaycandır. Ölkəmizin 30-50 illik neft, 120 illik qaz ehtiyatları vardır. Azərbaycanın yalnız neftqazdan əldə etdiyi gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, bu, 100 il ərzində təkcə Azərbaycan xalqının yüksək səviyyədə yaşamasını təmin edəcək sərvətdir. Azərbaycan öz təbii resurslarından istifadə taktikasını müəyyən edərkən bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açmışdır.

Azərbaycan MDB məkanında da liderdir. Ölkəmiz qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısı olmaqla, dünya neft qaz bazarının əsas iştirakçılarından birinə çevrilmişdir. Dinamik inkişaf templərinə malik Azərbaycanın tərəqqisində əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilməkdə, geniş tədqiqat predmetinə çevrilməkdədir. Bunu şərtləndirən əsas səbəblərdən biri inkişafın Azərbaycan modelinin qısa zaman kəsiyində böyük müvəffəqiyyətlərin əldə olunmasını təmin etməsidir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev mövcud inkişaf strategiyasını özünəməxsus mütərəqqi innovativ əlavələrlə, zamanın çağırışlarına adekvat olan yeniliklərlə daha da zənginləşdirib. Bu isə ölkəmizə daha böyük müvəffəqiyyətlər qazandırır, Azərbaycanın dünya liderləri cərgəsində mövqelərini mütəmadi olaraq möhkəmləndirir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən səmərəli islahatlar, ilk növbədə, sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açır. Həmçinin, imzalanan mühüm fərman sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın daha yüksək templərlə xarakterizə edilməsinə səbəb olur. Bunun nəticəsidir ki, ölkəmizdə özünün inkişaf qabiliyyətinə malik olan sosialyönümlü, çoxşaxəli milli iqtisadiyyat formalaşıb.

Ümumiyyətlə, Azərbaycanın son illərdəki inkişaf dinamikasına nəzər saldıqda məlum olur ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, bütün kateqoriyalardan olan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər hazırda yüksək templə davam edir. Azərbaycanın uğurları, iqtisadi yüksəlişi, dövlətin hökumətin əzmkarlıqla apardığı islahatlar öz bəhrəsini verməkdədir. Bütün bunlar isə nəticədə güclü dövlət - güclü xalq anlamına gəlir.

Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən milli irsimizin qorunması istiqamətində mühüm addımlar atır. Fondun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Muğamların qorunub saxlanılması inkişafı, dünyada yayılması beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçirilməsi deyilənlərə əyani sübutdur.

Müstəqillik illərində digər hüquq-mühafizə orqanları kimi, Azərbaycan Prokurorluğunun da sivil demokratik baxımdan yenidən formalaşması, dövlətçiliyin maraqlarına xidmət edən mühüm bir qurum kimi təkmilləşməsi Heydər Əliyevin dövlətçilik siyasəti, qayıdışı nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu bayramın təsis edilməsi milli dövlətçilik dəyərlərinə tarixi keçmişə hörmətin, prokurorluğun cəmiyyətimizdə tutduğu yerə münasibətin təzahürüdür.

Respublikanın prokurorluq orqanları çətin mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçərək bugünkü səviyyəsinə yüksəlmişdir. Dövlətinə, xalqına prezidentinə hər zaman sadiqlik nümayiş etdirən Azərbaycan Prokurorluğu onun ayrı-ayrı strukturları qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutmuş, vətəndaşların azad təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirmişdir.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının cəmiyyətdə yüksək etimad qazanması dövlətçiliyin sadiq keşikçisinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi hüquqi islahatların nəticəsidir. Böyük strategin respublikada qanunçuluğun bərpası, insan vətəndaş hüquq azadlıqlarının təminatı, ədalət məhkəmələrində dövlət ittihamının daha prinsipial şəkildə həyata keçirilməsi istiqamətindəki mühüm addımlarından biri prokurorluq sistemində dövrün tələblərindən irəli gələn liberal islahatların aparılması olmuşdur. Qarşıda duran bu digər məqsədlərin həyata keçirilməsi baxımından 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minmiş "Prokurorluq haqqında" Qanunun müstəsna əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Hazırda prokurorluq öz inkişafının məzmunca keyfiyyətcə köklü surətdə yeni mərhələsinə qədəm qoymuşdur. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm islahatlar aparılmışdır. Prokurorluq orqanlarının məzmunca yeniləşməsində işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" müstəsna əhəmiyyət daşıyır.

Milli prokurorluğun tarixində yeni təkmilləşmə inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramı ölkəmizin hüquq sistemində prokurorluğun rolunun artırılması, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirmişdir. Bu gün Azərbaycan Prokurorluğu insan hüquq azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsinə cinayətkarlıqla mübarizəyə, hüquq sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfələrini verməklə, həm müstəqilliyimizin möhkəmləndirilməsinə, respublikamızın demokratik inkişafına, xalqımıza dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət edir. Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi illik yubileyi ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisədir. Bu illərdə respublikamızın keçdiyi zəngin inkişaf yolu, qazanılmış parlaq nailiyyətlər göz qabağındadır. Demokratik, hüquqisivil dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

 

 

Mobil İSMAYILOV,

Cəlilabad rayon prokuroru,

baş ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 4.