Heydər Əliyevin
siyasi hakimiyyətə
qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin
nicatı demək idi
1993-cü il oktyabrın 3-də ulu
öndər böyük səs çoxluğu ilə prezident
seçildi
Mən
həmişə xalqla bir olmuşam, xalqın taleyini öz
taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə
həsr etmişəm və son nəfəsimədək bu
yolda mübarizə aparacağam.
Heydər ƏLİYEV,
Ümummilli lider
Müasir
Azərbaycan həqiqətlərinin yaddaşlarda min illər
boyu yaşayacaq çoxsaylı məqamlarından ikisi məhz
ulu öndərdən gətirdiyimiz bu sitatda özünün
mükəmməl əksini tapmışdır: " Heydər
Əliyevin daim xalqla bir yerdə olması və son nəfəsinədək
xalqın xoşbəxtliyi üçün mübarizə
aparması". Biz bu sitatı ulu öndərin öz nitqindən
seçsək də, əslində həmin həqiqəti
milyonların dilindən daim eşidirik.
"Heydər
Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində
işləyərkən öz xalqına xidmət edirdi",
"Heydər Əliyev respublikamızın rəhbəri
olanda Azərbaycanı heç zaman görünməyən
bir şəkildə inkişaf etdirdi", "Ulu öndər
Moskvada işləyərkən bütün türk
dünyasının himayədarı kimi çıxış
edirdi", "Ümummilli liderimizin Naxçıvana rəhbərlik
etməsi Muxtar Respublikanı Qarabağın taleyini
yaşamaqdan xilas etdi", "Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin qorunub
saxlanılmasını təmin edə biləcək yeganə
siyasətçi idi" - və sairə bu kimi ifadələri
hər gün eşidirik. Bu ifadələrin hər biri ulu
öndərin siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini
əhatə etsə də, məzmun eynidir - xalqın
böyük oğlunun xalqa xidməti.
Bu yazıda məhz o böyük dövlət xadiminin xalqa xidmətinin konkret bir mərhələsi - 1993-cü ilin yayından sonra siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirməsi, xalqı vətəndaş müharibəsindən qurtarması, torpaqlarımızın işğalının dayandırılmasına nail olması və başqa məqamlardan söhbət açacağıq. Bütün bunlar barədə söz açmaq üçün isə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərini yada salmaq zərurəti var. Çünki həmin seçkidən əvvəlki Azərbaycan dövlətinin ictimai-siyasi həyatı kimi sosial-iqtisadi vəziyyəti də xatırlanmalı, xalqın bu seçimdə göstərdiyi qətiyyətin, nümayiş etdirdiyi iradənin miqyası barədə təsəvvür yaradılmalıdır.
Əslində seçkidən əvvəlki üç ay ölkənin qismən sabitləşdiyi, insanların sabaha inamının yarandığı dövr idi. Çünki hələ iyunun 15-də xalq öz ümummilli liderini parlament sədri seçmiş, həmin addımla da vətəndaş müharibəsinin qarşısı alınmışdı. O zaman Azərbaycandakı ictimai-siyasi vəziyyəti qiymətləndirən həm yerli, həm də əcnəbi ekspertlər yekdilliklə bildirirdilər ki, ölkədəki xaos və anarxiyanın qarşısını almaq üçün siyasi hakimiyyət uğrunda mübarizə aparan tərəflərin səlahiyyətli nümayəndələri bir araya gəlməli, səbir və təmkinlə müzakirə aparmalıdırlar. Yəni AXC-Müsavat iqtidarı ilə bu iqtidardan əvvəl ölkəyə rəhbərlik edən şəxslərin təmsilçiləri və ya Elçibəyin nümayəndələri ilə Surət Hüseynovun nümayəndələri görüşsün və müzakirə aparsınlar.
İlk baxışda
pis yanaşma deyildi. Tarixən belə müzakirələrin
səmərə verdiyi
proseslər çox olmuşdur. Ancaq adıçəkilən bu tərəflər geridə qalan müddətdə körpüləri
elə şəkildə
yandırmışdılar ki, heç bir danışıq, heç bir müzakirə mümkün
deyildi. Cəbhəçilər
Ayaz Mütəllibovu topla-tüfənglə qovub
rüsvay eləmişdilər,
Surət Hüseynov
AXC-Müsavat iqtidarının
Gəncəyə göndərdiyi
nümayəndələrin qolunu bağlayıb zirzəmiyə atdırmış,
AXC-Müsavat iqtidarı
isə ona qarşı müharibə
elan etmiş, üstünə havadan və yerdən zərbə endirən qoşun göndərmişdi.
Bütün bunların
fonunda tərəflər
bəzi vasitəçilərin
təşəbbüsü ilə müzakirə stolu arxasında oturmaq istəmiş, buna nail
ola bilməmişdilər.
Yəni
"tərəflər bir
masa ətrafında əyləşsinlər" - deyə
yol göstərənlərin
heç bir proqnozu özünü doğrultmurdu. Ona görə
də xalqın seçiminə, xalqın
müdrikliyinə ehtiyac
var idi.
Xalq o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik
edən ulu öndər Heydər Əliyevin Bakıya dəvət edilməsini, ölkənin siyasi hakimiyyətinə kömək
etməsəni məqsədəuyğun
saydı. Hər zaman xalqın
yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması
üçün öz
canını belə əsirgəməyən ulu
öndər Muxtar Respublikadan paytaxta gəlməklə xalqın
ölməkdə olan
ümidlərini özünə
qaytardı. O, iyunun
13-də Gəncəyə - AXC-Müsavat iqtidarının
əməllərindən bezərək
silaha əl atmış polkovnik Surət Hüseynovun görüşünə getdi.
Uzun çəkən müzakirələrdən
sonra qardaş qırğınının qarşısının
alınması üçün
müəyyən addımlar
atıldı. Xalq ulu öndərin bu nailiyyətini çox yüksək qiymətləndirdi
və iyunun 15-də deputatlar onu Milli Məclisin sədri seçdilər.
AXC-Müsavat iqtidarına
inamı və etimadı olmayan beynəlxalq ictimaiyyətin
rəsmi nümayəndələri
bir çox məsələlərdə Azərbaycan
Parlamentinin sədri ilə məsləhətləşmələr
aparır, razılığa
gəlirdilər. Parlament sədrinin həmin
nüfuzunun kölgəsində
qaldığını görən
dövlət başçısı
iyunun 17-də gecə,
xəlvəti şəkildə
paytaxtı tərk etdi və dövlətin
idarə olunmasının
bütün məsuliyyəti
- bəli, o zaman söhbət səlahiyyətdən
deyil, məsuliyyətdən
gedirdi - parlament sədrinin üzərinə
düşdü. Belə olanda
deputatlar prezidentin səlahiyyətlərinin də
parlament sədrinə
verilməsi barədə
qərar qəbul etdilər. Bu isə o demək idi ki, ölkədə
növbədənkənar prezident
seçkiləri keçirilməlidir.
Yuxarıda qeyd etdiyimiz kimi ulu öndərin
paytaxta gəlişindən
1993-cü il oktyabrın 3-nə təyin
edilmiş prezident seçkilərinə qədər
keçən üç
ay müstəqillik tariximizin
çox həyəcanlı
dövrü idi.
1991-ci il oktyabrın 18-dən 1993-cü il
iyunun 15-nə qədər
yaşadığımız ağır və məhrumiyyətlə dolu
günlərin arxada qalacağına inam və ümid yaranmışdı. Ancaq xalqın
yaddaşında daha bir tarixi məqam
yaşayırdı - 1918-20-ci illərdə mövcud olmuş müstəqil dövlətimizin taleyi.
1993-cü ilin 3 oktyabr
seçkiləri ərəfəsində
insanlar bir-birinə xəbərdarlıq edirdilər:
"Bu seçkidə Heydər
Əliyevi seçə
bilməsək, müstəqillik
əldən getdi",
"Heydər Əliyev
vətəndaş müharibəsinin
qarşısını aldı,
indi qalır müstəqilliyin qorunması",
"Heydər Əliyevdən
başqa heç kəs bizim azadlığımızı qoruyub saxlaya bilməyəcək" və
sairə. Məhz bu prinsiplərlə,
bu çağırışlarla
seçkiyə gedən
Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü
deməyi bacardı.
1993-cü
il oktyabrın 3-də
keçirilən prezident
seçkilərinin tarixçəsini
yazan politoloqların qeydlərində oxuyuruq:
"Birinci dəfə
idi ki, Azərbaycana
ATƏT-dən, Beynəlxalq
Əmək Təşkilatından,
İnsan Hüquqları
üzrə Helsinki Qrupundan,
eləcə də
ABŞ, Almaniya, Türkiyə,
İran, Rusiya və Qazaxıstandan müşahidəçilər gəlmişdi. Eyni zamanda, o zamanlar
üçün böyük
göstərici olan sayda - təxminən 60 nəfər əcnəbi jurnalist 3 oktyabr seçkilərinin gedişini
işıqlandırırdı. Həmin seçkilər Azərbaycan
xalqı üçün
mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti
üçün isə
qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs
çoxluğu ilə
öz böyük oğlunu, dahi siyasətçi Heydər
Əliyevi prezident seçdi və həmin seçimlə də bu günkü
qüdrətli Azərbaycan
dövlətinin təməli
qoyuldu.
1993-cü
il 3 oktyabr
seçkilərinin nəticələrini
biz bu gün ölkəmizin ictimai-siyasi
həyatında və
sosial-iqtisadi inkişafında
görürük. Ulu öndərin
siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev respublikamızı iqtisadi
inkişaf baxımından
dünyanın aparıcı
dövlətlərinin sırasına
qaldırıb. Bu gün Azərbaycan yoxsulluğun və işsizliyin azaldılmasına,
adambaşına düşən
ümumi daxili məhsul istehsalının
artırılmasına, ordu
quruculuğunun sürətləndirilməsinə,
ölkənin beynəlxalq
aləmə inteqrasiyasına
və bir çox göstəricilərə
görə dünyanın
öncül dövlətləri
sırasındadır. Bütün bunlar isə 1993-cü il
3 oktyabr prezident seçkilərinin nəticəsi
kimi qiymətləndirilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 3.