"Müasir əmlak idarəçiliyində
daşınmaz əmlakın vahid
kadastrının və milli məkan məlumatları
infrastrukturunun rolu"
mövzusunda beynəlxalq elmi-praktik
konfrans keçirilir
Bakıda
"Müasir əmlak idarəçiliyində daşınmaz
əmlakın vahid kadastrının və milli məkan məlumatları
infrastrukturunun rolu" mövzusunda ikigünlük beynəlxalq
elmi-praktik konfrans keçirilir.
Konfransda
20-dən çox ölkənin 90-a yaxın nümayəndəsi,
Azərbaycanın bir sıra dövlət və hökumət
nümayəndələri iştirak edirlər.Tədbirdə
ölkəmizdə bu sahədə indiyədək
görülmüş işlər, dünyada həyata
keçirilən layihələr, xarici və yerli mütəxəssislər
tərəfindən geniş təqdimatlar nəzərdə
tutulur.
Əmlak
Məsələləri Dövlət Komitəsinin sədri Kərəm
Həsənov tədbiri açaraq, Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etməsindən ötən 20 ildə qazanılmış
nailiyyətlərdən danışmışdır. O
bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra xalqımızın ümummilli lideri
Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət
quruculuğu prosesinin tərkib hissəsi kimi ictimai münasibətlərin
əsasını təşkil edən mülkiyyət
münasibətləri bazar iqtisadiyyatı prinsipləri istiqamətində
inkişaf etdirilmişdir. Ölkəmizdə əmlak
münasibətləri və bununla bağlı idarəçilik
məsələləri yeni və səmərəli əsaslarla
qurulmuşdur. Müstəqillik illərində
reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi
olaraq Azərbaycanda əmlak münasibətlərində ciddi
dəyişikliklər baş vermişdir. Ölkədə əmlak
üzərində xüsusi mülkiyyət ənənəsi
bərpa edilmişdir. Qəbul olunmuş dövlət
proqramları əsasında aparılan genişmiqyaslı
özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin
yeni strukturunun formalaşması ilə nəticələnmişdir.
Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin
bilavasitə təşəbbüsü və rəhbərliyi
altında sosial-iqtisadi münasibətlərin bütün sahələrində
olduğu kimi, əmlak idarəçiliyində də son
dövrlər əhəmiyyətli institusional və
qanunvericilik islahatları aparılmışdır. Əsas hədəf
kimi əmlak sahiblərinin hüquqlarının təmin edilməsi
sahəsində köklü addımlar
atılmışdır. Bütün bu ardıcıl tədbirlər
ölkəmizdə sürətli iqtisadi inkişafın təmin
edilməsində əmlak münasibətlərinin rolunu daha da
artırmışdır.
Konfransda Prezident Administrasiyasının şöbə müdiri Mayil Rəhimov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Dünya Bankının məsul işçisi Jan de Jank və başqaları çıxış edərək son 20 ildə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlardan, eyni zamanda, son illərdə əmlak bazarındakı canlanmanın investisiya prosesinin daha da sürətlənməsinə göstərdiyi müsbət təsirdən danışmışlar.
Xatırladaq ki,
konfransda daşınmaz əmlakın vahid kadastrı və milli
məkan məlumatları infrastrukturuna dair bXalq qəzeti.- 2011eynəlxalq təcrübə,
institusional və qanunvericilik aspektləri, bu sahədə
inkişafa dair konsepsiya təklifləri, ölkəmizin bu
istiqamətdə regionda aparıcı mövqeyinin qərarlaşması
məsələləri müzakirə olunacaqdır.
Konfransın
sonunda əmlak idarəçiliyinə dair beynəlxalq və
xarici ölkələrin təcrübələrinin təhlili
əsasında Azərbaycan üçün məqbul ola bilən
inkişaf konsepsiyası üzrə təkliflər də
hazırlanacaq.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 7 oktyabr.- S. 7.