Azərbaycanda müstəqilliyin bərpası sahibkarlığın yaranması və inkişafı üçün əlverişli zəmin yaratdı

 

Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən anarxiya, siyasi və iqtisadi böhran, dövlət çevrilişi cəhdləri xalqın həyat şəraitini olduqca ağırlaşdırmışdı. Bu, ölkə iqtisadiyyatını xeyli zəiflətmiş, istehsal səviyyəsi azalmışdı. İntensiv şəkildə dəyişən qiymət indeksi nəticəsində inflyasiya prosesi dərinləşmişdi. Bununla yanaşı, hiperinflyasiyaya səbəb olan büdcə-pul-kredit siyasətinin aparılması fəaliyyətdə olan müəssisələrin maliyyə durumunun xeyli pisləşməsinə, dövlət xəzinəsinin boşalmasına, bank sisteminin çökməsinə, iqtisadiyyatın tamamilə dağılmasına rəvac vermişdi.

 

Belə şəraitdə planlı təsərrüfat sistemindən yeni iqtisadi münasibətlərə keçid olduqca çətin xarakter daşıyır, bu istiqamətdə hər hansı əhəmiyyətli tədbirlər görülmürdü. Halbuki 1991-ci ildə ölkədə demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurət kimi çıxış edirdi.

Xatırladım ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü iki əsas mərhələyə ayrılır: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri. Mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin səciyyəvi olduğu birinci dövr istər A.Mütəllibov iqtidarı, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində yeridilən yanlış siyasətin nəticəsi olaraq iqtisadi tənəzzül prosesinin dərinləşməsi, xalqın yaşayış səviyyəsinin son dərəcə pisləşməsi, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə üz-üzə qalması ilə xarakterizə olunurdu. Həmin dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əməkhaqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə gətirib çıxardı. Qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması ölkədə bahalaşma ilə müşayiət olunurdu. Nəticədə 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdi. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdı.

Yalnız dünya miqyasında tanınmış siyasətçi, həyatını xalqına xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə hadisələrin inkişaf axarı dəyişdi. Azərbaycan həqiqi dövlət müstəqilliyinə qovuşmaqla öz tərəqqisinin sürətli yüksəliş mərhələsinə qədəm qoydu. Proseslərin inkişaf istiqamətini əvvəlcədən görən, nüfuz və təşkilatçılıq bacarığına malik olan, qətiyyətlilik, prinsipiallıq nümayiş etdirən Heydər Əliyevin apardığı məqsədyönlü, ardıcıl siyasət mövcud iqtisadi tənəzzülün qarşısını aldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti tədricən sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Azərbaycanda sərt büdcə, pul-kredit, vergi, gömrük siyasəti aparılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun xeyli məhdudlaşdırılması nəticəsində ümumi daxili məhsulun real həcminin aşağı düşməsi prosesini dayandırmaq, büdcə kəsirini və inflyasiyanı yol verilən səviyyədə saxlamaq, pul dövriyyəsini normal hala salmaq, manatın məzənnəsini sabitləşdirmək, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi kimi mənfi tendensiyanın qarşısını almaq mümkün oldu. Ulu öndərin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində 1993-1995-ci illərdə respublikada ictimai-siyasi sabitlik yaratmaq, yeni iqtisadi münasibətlərin elmi əsaslarını formalaşdırmaq mümkün oldu.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə yeni tariximizə "Əsrin müqaviləsi" adı ilə daxil olan möhtəşəm kontraktlar imzalandı və bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin hərtərəfli inkişafının möhkəm təməli qoyuldu.

Neft sektoru ilə yanaşı, ulu öndərin rəhbərliyi altında, eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Belə ki, bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

Baş verən dəyişikliklər nəticəsində artıq 1995-ci illərin sonlarından başlayaraq iqtisadi böhrana son qoyuldu, ölkədə makroiqtisadi sabitliyə nail olundu, dinamik iqtisadi inkişafı təmin etmək üçün əlverişli şərait yarandı. Həmin dövrdə ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil edirdi. Özəlləşdirmə və torpaq islahatı, habelə özəl sektorun inkişafı üçün əlverişli şərait yaradılması nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payı daha sürətlə artmağa başladı. Bütün bunlar iqtisadi inkişafda yeni bir mərhələnin başlandığını göstərirdi. Yeni mərhələnin əsas hədəfi isə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət idi. Şübhəsiz ki, bütün bunlar Heydər Əliyev dühası ilə reallaşırdı.

Sahibkarlığın inkişafının hüquqi əsaslarının formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.Bu, qısa zaman kəsiyində öz bəhrəsini verərək ölkənin iqtisadi potensilanın daha dolğun şəkildə reallaşması ilə xarakterizə olundu. Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar sahibkarlığın inkişafına güclü təkan verdi.

Sahibkarlar sinfinin yaranmasına Heydər Əliyevin xüsusi diqqət və qayğı göstərməsi isə səbəbsiz deyildi. Belə ki, keçmiş SSRİ-nin dağılması ilə yeni yaranan müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyil. Bu reallığı aydın görən Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas qayələrindən biri də məhz sahibkarlığın inkişafının təmin edilməsi idi.

Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu.

1997-ci ilin 24 iyun tarixində isə "Azərbaycan Respublikasında kiçikorta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" qəbul olundu. Bu proqramın hazırlanması mühüm bir zərurətdən irəli gəlirdi. Çünki ölkədə sahibkarlığın inkişafını nəzərdə tutan və 1993-1995-ci illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yalnız bir qismi həyata keçirilmişdi. Düzdür, yeni proqramın qəbuluna qədər sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit edilmişdi. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlarbazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdu. Eyni zamanda sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədlər hazırlanmış, sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminininformasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edilmişdi. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, KiçikOrta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdı.

Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahiya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.

Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın bir növ məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçikorta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənədin uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçikorta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi.

Ulu öndərin siyasi kursunun ləyaqətli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə sahibkarlığın inkişafında yeni dövr başlandı.

Prezident İlham Əliyevin son 8 ildə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin bugünkü uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuşdur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlarbir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərmanın imzalanması istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

2011-ci ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznesinvestisiya mühiti yaratmaqla daxilixarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır.

Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirərək onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir.

Kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Ümumilikdə, 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacağa, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 284,1 milyon manat, o cümlədən 2010-cu ildə 55,5 milyon manat məbləğində subsidiya verilib. Bu istiqamətdə 2011-ci ilin məhsulu üçün 57 rayon üzrə buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 23,5 milyon manat subsidiya verilməsi nəzərdə tutulub. İstehsalçılara yardımın ödənilməsi üçün sənədlər və Respublika Komissiyasında müvafiq qərarlar qəbul edilib. Bununla yanaşı, istehsalçılara mineral gübrələrin 50 və 70 faiz güzəştlə satılması hesabına 2007-2010-cu illərdə 40,1 milyon manat subsidiya verilib. I və II reproduksiyalı toxumlara və tinglərə görə isə 2007-2010-cu illərdə 15,1 milyon manat subsidiya ödənilib.

Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə yanacaq verilir. Söz yox ki, kənd təsərrüfatının, özəl sektorun, kiçik orta sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da gücləndiriləcəkdir. Dövlət , insanlar da aparılan işlərin keyfiyyətli görülməsinə, istehsalın həcminin keyfiyyətinin dünya standartlarına uyğun olmasına görə sahibkarlara daha böyük ümidlər bəsləyir.

 

 

Məhərrəm ŞƏFİYEV,

"Bərdə-Çörək"ASC idarə

heyətinin sədri, iqtisadiyyat

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 3.