Saatlı: qurub-yaratmaqda zamanla yarışanlar diyarı

 

2011-ci ilin ötən dövrü Saatlı rayonu və onun əhalisi üçün bir çox məsələlər baxımından əhəmiyyətli olsa da, may ayının 5-də Prezident İlham Əliyevin rayona növbəti səfəri - ulu öndərin abidəsini ziyarət etməsi, tikintisi başa çatmış Saatlı-Musalı-Məzrəli avtomobil yolunun, eyni zamanda "Aqrolizinq" ASC-nin Saatlı Aqroservis filialının müasir baza kompleksinin açılışlarında iştirakı, sakinlərlə görüşü, görülən işlərlə maraqlanaraq qaldırılan hər bir məsələnin həlli ilə bağlı dərhal göstərişlər verməsi şübhəsiz ki, hələ uzun müddət xoş xatirə kimi yaddaşlarda qalacaq və insanları qurub-yaratmaq əzminə kökləyəcək. Elə bu əhval-ruhiyyənin təsirindəndir ki, ilin ötən dövründə kifayət qədər iş görülüb, uğur qazanılıb.

 

Ölkə başçısının bölgəyə səfərindən dərhal sonra - 11 və 12 may tarixlərində imzaladığı iki sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan Saatlının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 2 milyon manat, rayonda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır.

Görülmüş işlərin təhlili və statistik hesabatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində müəyyən nəticələr əldə olunmuşdur. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına və ötən dövr ərzində 339 yeni iş yerinin açılmasına zəmin yaratmışdır. Ümumiyyətlə, 2009-2010-cu illər və cari ilin 6 ayı ərzində 1815 yeni iş yeri açılmışdır ki, bunun da 837-si daimi iş yerləridir.

2011-ci ilin birinci yarısında rayondakı pambıq zavodları ilə istehsalçılar arasında 6463 hektar sahədə pambıq toxumu əkilməsinə dair müqavilə bağlanmışdır. Rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 208,6 ton çiyid, 414 min manat pul verilmişdir. "Aqrolizinq" ASC-nin Saatlı "Aqroservis"in filialı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 3136,6 ton azot gübrəsi, 203,6 ton nitroammofoska və 219,3 ton superfosfat dərman preparatları satılmış, lizinq yolu ilə 1750 hektar sahədə şum aparılmış, 4200 hektar sahədə isə kombaynlarla biçin işləri görülmüşdür.

Dövlət başçısının iştirakı ilə may ayında "Aqrolizinq" ASC-nin Saatlı Aqroservis filialının baza kompleksinin istifadəyə verilməsi rayonun iqtisadi həyatında əlamətdar hadisə olmuşdur. Kompleksin ərazisi 1 hektar olmaqla 4 min ton mineral gübrə saxlayan anbar binası, 50-yə yaxın maşın və texnika saxlanılmaq üçün talvar, təmir emalatxanası, ofis binası inşa edilmiş, əraziyə asfalt vurulmuş, müxtəlif növ dekorativ ağaclargül kolları əkilmiş və yaşıllıq zolaqları salınmışdır. Bunun nəticəsində Aqroservisin maddi-texniki bazası xeyli gücləndirilmişdir.

Rayonun kənd təsərrüfatında işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaratmışdır. Bu il bitkiçilik sahəsində məhsuldarlıq yüksək olmaqla ərzaq təhlükəsizliyinin təminatında əsas məhsul olan taxılın biçini optimal müddətdə və mütəşəkkil qaydada başa çatdırılmışdır. 21991,5 hektar sahədən 71315 ton məhsul yığılmışdır. Bundan 19530,5 hektarı buğda olmaqla 64646 ton buğda məhsulu, 2461 hektar arpa əkini sahəsindən 6669 ton arpa məhsulu yığılmışdır. Taxılçılıqda məhsuldarlıq hər hektardan 32,4 sentner olmuşdur. Müqayisə üçün : ötən il hər hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Builki mövsümdə hər hektardan 33,1 sentner buğda, hər hektardan 27,1 sentner arpa məhsulu götürülmüşdür.

Son illər rayonda sahibkarların fəaliyyətinə lazımi şərait yaradılmışdır. İş adamları, fermersahibkarlar tərəfindən yeni istehsal müəssisələrinin açılması, yerlərinin yaradılması istiqamətində bütün təkliflərə rayon icra hakimiyyəti dəstək göstərməklə bu sahələrə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyinin edilməsinə də hərtərəfli kömək göstərmişdir. Bu sahədə görülən ən mühüm işlərdən biri rayonun Gomuşçu kəndi ərazisində, magistral yolun kənarında tutumu 2000 ton olan və 1,5 hektar ərazini əhatə edən, smeta dəyəri 3,2 milyon manat təşkil edən soyuducu anbar kompleksinin tikintisidir. Soyuducu kameranın inşası üçün Sahibkarlığa Kömək Milli Fondu 2 milyon manat uzunmüddətli güzəştli kredit ayırmışdır. Avadanlıqlar Türkiyə, Almaniya, İtaliya istehsalıdır.

Ötən il baş vermiş təbii fəlakət rayonun iqtisadiyyatına, əsasən də kənd təsərrüfatına, bir neçə yaşayış məntəqəsində fərdi təsərrüfatlara, ev və tikililərə, əkinlərə ciddi ziyan vurmuşdur. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında danışarkən bunu qeyd etmək yerinə düşər ki, bu gün də hökumət qərarlarına uyğun olaraq dəymiş ziyanla bağlı əhaliyə maliyyə yardımları ödənilir, yeni fərdi evlər tikilir, təmir edilirya bərpa-gücləndirmə tədbirləri həyata keçirilir.

Ötən müddətdə əhaliyə dəymiş ziyanın həcminin müvafiq komissiya tərəfindən qiymətləndirilməsi əsasında rayon üzrə bu günə kimi 2 milyon 231 min manat kompensasiya ödənilmişdir.

Bunu da xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və göstərişləri, dövlət orqanlarının, xüsusən də Fövqəladə Hallar Nazirliyinin böyük səyi, ardıcıl tədbirləri sayəsində subasmaya məruz qalmış yaşayış məntəqələrində iqtisadisosial həyat bərpa olunmuş, bütün infrastruktur yenidən qurularaq insanların rahat şəraiti təmin edilmişdir.

Cari ildə tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma və təmizlik sahəsində rayonda genişhəcmli işlər görülmüş, Saatlı şəhərinin, habelə rayonun digər yaşayış məntəqələrinin daha abad, təmiz və müasir görkəmdə olması üçün bütün qüvvə və imkanlar səfərbər edilmişdir.

Rayonun sosial-iqtisadi həyatında ən mühüm tədbirlərdən biri heç şübhəsiz ki, dövlət başıçısının sərəncamına əsasən Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən tikilməsidir.

Ümumi uzunluğu 17 kilometr olan Saatlı-Musalı-Məzrəli avtomobil yolu (14,6 km Saatlı şəhər-Məzrəli kəndi, 2,4 km Musalı kənd yoludur) əsaslı şəkildə yenidən tikilmişdir ki, bunun da nəticəsində qonşu İmişli rayonuna daha qısa və rahat yol təmin olunmuşdur. Yolun kənarında Saatlı şəhər ərazisində piyadalar üçün səkilər düzəldilmiş, M.F.Axundov küçəsindən Məzrəli kəndinədək yaşıllıqların salınması ilə əlaqədar ağaclar əkilmiş və yol boyu ətraf ərazi abadlaşdırılmışdır.

Saatlı şəhərinin M.F.AxundovM.Ağayev küçələrində 2000 kvadratmetrdən artıq mişar daşından, 1600 kvadratmetr sinklənmiş metal vərəqələrdən hasar çəkilmişdir. 950 kvadratmetr ağlay piltələrdən səki düzəldilmiş, 4000 kvadratmetrdən artıq sahədə rəngləmə işləri görülmüş, avtomobil yolunun sağsol hissələrindəki tikililərin müasir görkəmə gətirilməsi üçün işlər görülmüşdür. M.F.Axundov, M.Ağayev, H.B.Zərdabi və C.Cabbarlı küçələrini işıqlandırmaq üçün 116 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır.

Abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biriümumi sahəsi 5,6 hektar olan Heydər Əliyev adına parkın və meydanın yenidən əsaslı şəkildə qurulmasıdır. Heydər Əliyev meydanında 5000 kvadratmetrdən artıq sahəyə milli ornamentli bəzək piltələri döşənmiş, park və meydanın ərazisinə həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilərək yeni yaşıllıq zolaqları salınmış və meydan bütünlüklə müasir görkəmdə abadlaşdırılmışdır.

Bundan əlavə, Saatlı şəhərinin M.Əliyev, M.Ağayev küçələrinə, Xətai və Q.Qarayev küçələrində yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə 6384 kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur.

Rayona girişdə, Bəylik kəndi ərazisində yerləşən abidə kompleksində əsaslı yenidənqurma işləri aparılaraq 200 kvadratmetr sahə yüksək keyfiyyətli üzlük piltə ilə üzlənmiş, 2 ədəd saat quraşdırılmış və abidə kompleksi abadlaşdırılaraq yenimüasir görkəmə gətirilmişdir.

Saatlının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlərə uyğun olaraq Prezidentin Ehtiyat Fondundan ayrılmış iki milyon manat vəsait hesabına şəhərin Heydər Əliyev prospektinin 6,2 kilometrinin əsaslı şəkildə yenilənməsi, M.F.Axundov, H.B.Zərdabi küçələrində işıqlandırma sisteminin qurulması, "Şəhidlər" abidə kompleksinin yeni tərtibata salınması, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası üçün birgə, Şahmat məktəbi üçün yeni binaların tikilməsi nəzərdə tutulmuşdur. Hazırda həmin obyektlərin tikintisi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, dövlət başçısının sərəncamının icrasını təmin etmək məqsədilə Olimpiya İdman Kompleksinin tikintisi ilə əlaqədar şəhərin M.Ağayev küçəsində yerləşən Saatlı bələdiyyəsinə məxsus torpaq sahəsindən 6 hektar ayrılmış, obyektin layihə-smeta sənədlərinin hazırlanması işləri aparılır ki, bu işlər də yaxın günlərdə həyata keçiriləcəkdir.

Aran zonasında yerləşən rayonun təbiətini dəyişmək, yaşıllaşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Buna görə də ötən dövrdə təşkilatların, yerli icra strukturlarının və bələdiyyələrin, əmək kollektivlərinin iştirakı ilə ağacəkmə kampaniyası davam etdirilmişdir. Şəhərin Heydər Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi küçələri boyu, eləcə də şəhərdən başlamaqla Məzrəli kəndinə qədər olan yol boyu, habelə Bəylik kəndindən Varxan kəndinə qədər olan 25 kilometr məsafədə torpaq işləri görmək, ərazilər hazırlamaqla eldar şamı, görüş, gəncə çinarı, limon (şərq) tuyası, şəmşəd, sərv, zeytun, lüqustra ağacları əkilmişdir. Ümumiyyətlə, keçən dövr ərzində minlərlə rayon sakininin iştirakı ilə ümumrayon iməcliklərində 28 mindən çox həmişəyaşıl və dekorativ ağacın, gül kolları və bəzək ağaclarının əkilməsi fərəhləndiricidir.

Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyəti əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud problemlərin müəyyən edilərək aradan qaldırılmasına, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılmasına, istehlak olunan elektrik enerjisi, qazsuyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılmasına gündəlik diqqət və qayğı ilə yanaşmışdır. Bir sözlə, kommunal sektorda vəziyyət müntəzəm olaraq təhlil edilmiş, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq qərargahın işi gücləndirilmiş, yerli icra strukturlarının aidiyyəti təşkilatlarla əlaqəli fəaliyyəti önə çəkilmişdir. İlk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün bu xidmət sahələrində işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Artıq iki ilə yaxındır ki, rayonun elektrik şəbəkələrinin və yarımstansiyaların yenidən qurulması tədbirləri həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq ötən müddətdə Saatlı şəhəri ilə yanaşı, rayonun Mollavazlı, Qıraqlı, Mustafabəyli və Bəylik kəndlərində SİP kabel sisteminə keçirilməsi başa çatdırılmışdır. Sarıcalar və Qara Nuru kəndlərində bu işlərin görülməsi yaxın vaxtlarda nəzərdə tutulmuşdur.

Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində Saatlı şəhəri də daxil olmaqla respublikanın 22 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur. Cari ildə bu tədbirin həyata keçirilməsi ilə əlaqədar "Azərsu" ASC rəhbərliyinin məktubuna müvafiq olaraq tələb olunan həcmdə torpaq sahəsinin ayrılması üçün işlər görülmüş, əlaqədar mərkəzi icra orqanlarına məlumatlar verilmişdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 12 iyul tarixində keçirilən iclasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin çıxışında Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 2011-ci ilin sonuna qədər bir sıra rayonlarla yanaşı, Saatlı rayonunda da içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılmasına başlanılacağı bildirilmişdir.

Qeyd olunanlardan əlavə, ötən dövrdə yaşayış məntəqələrində içməli su qurğularından istifadə edilməsi, yenilərinin tikilməsi və şəhər əhalisini təmiz içməli su ilə təmin etmək üçün mövcud su qurğuları sisteminə nəzarətin gücləndirilməsinə başlıca diqqət ayrılmış, daxili imkanlar səfərbər edilmişdir. Eyni zamanda, yaşayış məntəqələrində son illər istifadəyə verilmiş 19 sudurulducu qurğudaninşa olunmuş bulaqlardan səmərəli istifadəyə və yaranmış nasazlıqların dərhal aradan qaldırılmasına xüsusi fikir verilmişdir. Rayonun 17 kənd yaşayış məntəqəsində sudurulducu qurğuların yanında iritutumlu su anbarları inşa olunur.

Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən son illər rayonda əhalinin müraciətləri əsasında hazırlanan sosial yönümlü məsələlər ardıcıl olaraq öz həllini tapır. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri ilə bağlı müraciətlərin nəzərə alınmasından və dərhal işlərə başlanılmasından ruhlanan rayon ictimaiyyəti ölkə başçısına minnətdarlıq məktubları ünvanlamışdır. Bu gün hər şey göz önündədir. Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində Saatlı rayonunda irimiqyaslı işlərin görüldüyünün hər kəs şahididir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz tədbirlər həyata keçirilir ki, bunlardan biri də Mərkəzi Rayon Xəstəxanasının əsaslı şəkildə yenidən qurulmasıdır.

Azərbaycan Prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamı ilə ilkin olaraq ayrılmış 1,5 milyon manat vəsait hesabına MRX-nın təmirinə başlanılmış və 2010-cu ildə 1237,5 min manatlıq görülmüşdür. 2100 kvadratmetr sahəsi olan poliklinika şöbəsi əsaslı təmir olunub, MRX-nın 4300 kvadratmetr dam örtüyü dəyişdirilmiş, daxili kommunikasiya, qazanxanakanalizasiya qurğuları sistemləri yenidən qurulub, bina ətrafında abadlıq işləri görülmüşdür. İkinci rübdən etibarən xəstəxananın digər şöbələrində təmir işlərinə başlanılmış və 225 min manatlıq görülmüşdür. Xəstəxana binasının 2012-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Son illər Mircəlalkənd, Dədə Qorqud, Fətəlikənd, Məzrəli, Qaracalar, Sarıcalar, Genişkənd və digər məktəblərin əsaslı təmiri, bir sıra məktəblərin tipinin dəyişdirilməsi ilə bağlı əsaslandırılmış məktublar hazırlanmışdır. Uzun illər Kamallı kəndində də şagirdlər çox primitiv, köhnə və uçuq bir binada təhsil almaq məcburiyyətində qalmışlar. Ən nəhayət rayon rəhbərliyinin bu məsələ ilə bağlı müraciətləri əsasında ötən tədris ilinin əvvəlində Kamallı kəndində 200 şagird yerlik yeni məktəb binası istifadəyə verildi.

Bundan əlavə, Novruzlu kəndi üçün salınmış yeni qəsəbədə müasir tələblərə cavab verən məktəb inşa edildi. Məlumat üçün qeyd edək ki, 2013-cü ildaxil olmaqla qarşıdakı 3 ildə rayonda 7 yeni məktəb binasının tikintisi və 11 məktəbdə əsaslı təmir işlərinin aparılması Dövlət Proqramına daxil edilmişdir. Eyni zamanda, 2011-ci ilin ikinci yarısında rayonun Genişkənd kəndində 180 yerlik ümumi orta məktəb binasının tikintisinə başlanılması nəzərdə tutulur.

Təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə ötən 3 il ərzində görülən işlər haqqında əhaliyə müxtəlif yerlərdə keçirilən görüşlərdə, səyyar qəbullarda hərtərəfli məlumat verilir. O cümlədən, 10 minə yaxın nadir eksponatı, maddi-mədəniyyət nümunələri olan Tarix-Diyarşünaslıq Muzeyinin, qeyri-münasib binalarda yerləşdirilmiş Rəsm Qalereyasının, Şahmat məktəbinin, kənd yerlərində bir sıra məktəb və uşaq bağçalarının, tibb məntəqələrinin, klub və kitabxanaların, ən əsası isə uzun illər heç bir idman kompleksi olmayan Saatlı rayonunda müasir Olimpiya İdman Kompleksinin tikilməsi sahəsində işlərin reallaşmaq üzrə olması barədə həyata keçirdiyimiz tədbirlər ictimaiyyətə çatdırılır. Məhz bütün bunlara görədir ki, son illər rayonda heç bir sosial məsələ diqqətdən kənarda qalmır. Bunlar da əhali tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır və insanlar dəfələrlə bu işlərə görə dövlət başçısına öz razılıqlarını ifadə edirlər.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov söhbət zamanı vurğuladı ki, bu gün Saatlıda görüləsi işlər çoxdur, ancaq əsas odur ki, bütün rayon ictimaiyyəti bu işləri yerinə yetirmək üçün səfərbər olunub və ölkə başçısının etimadını doğrultmağa hazırdır.

...Yazının əvvəlində qeyd etmişdim ki, rayonun girəcəyində saat qurulub. Ola bilsin, kimsə bunu rayonun adının mənalarından biri kimi yozur və digər variantlar da mövcuddur. Ancaq mən hər hansı bir etimoloji yozum etmək fikrindən uzağam və elə bilirəm ki, simvolik olaraq qurulmuş bu saat əməksevər insanlar olan saatlılıların zamanla yarışmalarına işarə edir. Zamanla yarışmağı bacaranlar isə fədakar, əzmkar və qalibiyyət duyğusuna da malik olurlar.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 15 oktyabr.- S. 7.