Su təsərrüfatı
işçilərinin təltifolunma mərasimi keçirilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Ceyranbatan Su Kəmərləri
İdarəsininin 50 illiyi ilə əlaqədar 2011-ci il
sentyabrın 7-də imzaladığı sərəncamlarla
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəxri
ad və medallarla təltif olunmuş əməkdaşlarının
təltifolunma mərasimi keçirilmişdir.
Tədbiri
giriş sözü ilə açan "Azərsu" ASC-nin
sədri Qorxmaz Hüseynov ölkə Prezidenti İlham Əliyevin
su təsərrüfatı işçilərini fəxri ad və
medallarla təltif etməsini, eləcə də bu il sentyabr
ayının 8-də yeni ultrasüzgəcli sutəmizləyici
qurğunun təməlqoyma mərasimində iştirak etməsini
kollektivə göstərilən yüksək diqqət və
qayğının parlaq təzahürü olduğunu
vurğulamışdır. Q.Hüseynov bütün
bunların kollektivin məsuliyyətini daha da
artırdığını diqqətə çatdıraraq cənab
Prezidentin su təsərrüfatı işçilərinin
qarşısına qoyduğu tapşırıqların
vaxtında və keyfiyyətlə icra edilməsi
üçün bundan sonra da səylə
çalışacaqlarını və göstərilən
etimadı doğruldacaqlarını bildirmişdir.
Sonra
"Ə.Ş.Məmmədova "Əməkdar mühəndis"
fəxri adı verilməsi" və "Azərsu"
Açıq Səhmdar Cəmiyyətinin işçilərinin
"Tərəqqi" medalı ilə təltif edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları
oxunmuş, səhmdar cəmiyyətinin əməkdaşlarına
vəsiqə və medallar təqdim edilmişdir.
Fəxri
ad və medalla təltif olunan "Azərsu" ASC-nin
işçiləri Prezident İlham Əliyevə dərin təşəkkürlərini
bildirmiş və bu etimadı doğrultmaq üçün
daha əzmlə çalışacaqlarını söyləmişlər.
Xatırladaq
ki, ölkə Prezidentinın sözügedən sərəncamları
ilə "Azərsu" ASC-nin Sukanal Elmi-Tədqiqat Layihə
İnstitutunun direktor müavini Əhməd Məmmədov
"Əməkdar mühəndis" fəxri adı, 5 nəfər
əməkdaş isə "Tərəqqi" medalı ilə
təltif olunmuşlar.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 5.